şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanda seks-video həmləsi davam edir, ikinci və üçüncü də üzə çıxdı, gərginliyə necə son qoyulacaq...

Image


Bir neçə gün öncə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızının olduğu iddia edilən intim görüntülər yayılıb. Cəmil Həsənli ilk açıqlamasında qızına aid olduğu iddia edilən intim görüntülərin yayılması ilə bağlı hüquqi müstəvidə işlərin görüldüyünü bildirib. O, Facebook hesabında qızının görüntüsünün yayılmasını özünün siyasi fəaliyyəti ilə əlaqələndirərək, bunda ölkənin siyasi hakimiyyətini ittiham edib.

Cəmil Həsənli vurğulayıb ki, qızı yetkin insandır və öz şəxsi həyatını necə yaşamaq istəməsi onun şəxsi işidir. Ardınca Cəmil Həsənlinin qızı Günel Həsənli yayılmış videogörüntüdəki şəxsin özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını bildirib. Cəmil Həsənli isə yayılmış ilk video ilə bağlı öz Facebook hesabında açıqlama verərək, 38 yaşlı qızının öz şəxsi həyatının ola biləcəyini bəyan edib:

"Mənim qızım Günel Həsənlinin 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur". O bildirib ki, əxlaqsızlıq başqasının intim həyatına burun soxmaqdır.

Martın 31-də isə Günel Həsənli baş verənlərlə bağlı ətraflı izahat verdi və görüntülərdə şəxsən özünün olmasını təsdiqlədi. Hətta videoda onunla birlikdə olan şəxsin adını da açıqladı. Günel Həsənli həmin açıqlamasına belə başlayır: "Mən, Həsənli Günel Cəmil qızı sosial şəbəkələrdə şəxsi həyatıma qanunsuz müdaxilə ilə bağlı yayılan məlumatların, xüsusilə həmin məlumatların ailəmin və atam Cəmil Həsənlinin şəxsiyyətinə ağır zərbə olduğunun dərin məyusluğunu və məsuliyyətini yaşayıram. Heç şübhəsiz ki, öz məsuliyyətsizliyim səbəbindən də yaşadıqlarım və doğmalarıma yaşatdıqlarımı özümə bağışlamıram…”

Cəmil Həsənlinin qızı bunların arxasında ustalıqla qurulmuş geniş bir əməliyyat olduğunu bildirir, özünü isə bu əməliyyatın hədəfi kimi təqdim edir. Mahir adlı şəxsin onunla evlənmək niyyətində olduğunu, hətta ona qızıl üzük də aldığını, etimadını qazandığını və sonda aldadıldığını bildirir. Günel Həsənli son görüşdə ona meyvə şirəsi verildiyini və sonra olanları xatırlamadığını bildirib. Bunun ardınca isə məhz həmin iki partnyor arasında olanları əks etdirən daha iki video yayıldı. Məlum iyrənc kadrlarda üzü gizlədilən kişi partnyoru Günel Həsənliyə pul verir. Cəmil Həsənlinin qızı həmin pul məsələsini belə izah edir: "Pul məsələsinə gəlincə, Mahir mənə yalnız bir dəfə 400 manat pul verib. 8 mart hədiyyəsi ala bilmədiyi üçün üzrxahlıq etdi, təkidlə bu pulu mənə verdi və özün nə istəyirsən al dedi. Tanış olduğumuz dörd ay ərzində bundan başqa ondan heç vaxt pul almamışam”. 

Bunun ardınca videodakı kişinin kimliyi ilə bağlı sosial şəbəkələrdə maraqlı məlumatlar paylaşılıb. Bildirilir ki, videodakı Mahir Nizami oğlu Allahverdiyev  ”Porchse” markalı avtomobillə 2 uşaq anasını vurub öldürən 14 yaşlı Ağaəli Fərəcovun atası ”Bentley” Fizulinin sürücüsü işləyib. F.Fərəcov koronovirusa yoluxub dünyasını dəyişəndən sonra Mahirin hansı işlə məşğul olması barədə məlumat yoxdur.  Cəmil Həsənlinin qızının gizli video çəkilişində iştirak edən şəxsin kimliyi ilə bağlı yayılan digər məlumatda isə deyilir ki,  Naxçıvan MR-in Ordubad rayonundan olan Mahir Cavadov uzun  müddət “Avrora” şirkətində işləyib.  Bütün bu faktlar bir daha onu deməyə əsas verir ki, bu video qalmaqalında siyasidən daha çox məişət motivləri görünür. Digər aspektdən yanaşdıqda isə görünür ki, hansısa qüvvə bu üsullarla ölkədəki gərginliyi artırmaq istəyir. Hətta ilk videonun məhz DTX-nın 102 illik bayramını qeyd etdiyi gündə yayılması da buna sübutdur. Bununla, sanki hansısa qüvvələr ölkənin onurğası sayılan bir qurumu hədəfə gətirməyə çalışır. Video qalmaqlaı üzərindən qurulan bu təxribatın qarşısını necə almaq olar?

  • Arzu Nağıyev: “Əgər DTX belə bir əməliyyat keçiribsə, onda niyə özü-özünə “sürpriz” edib,  bunu öz peşə bayramında ortaya qoyurdu?”

Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı, millət vəkili Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son vaxtlar KİV materiallarına nəzər saldıqda belə halların yalnız Azərbaycanda baş vermədiyinin  şahidi oluruq: “ABŞ və Qərbin  bir sıra dövlətlərində bu səpkili materiallar verilməkdədir. Sanki bunların hamısı bir mərkəzdən idarə olunur. Bəzi qüvvələr çalışır ki, bunu DTX-nın keçirdiyi əməliyyat kimi qələmə versin. Bu inandırıcı görünmür. DTX belə bir əməliyyat keçiribsə, onda niyə özü-özünə “sürpriz” edib,  bunu öz peşə bayramında ortaya qoyurdu? Bir neçə video yayılıb. Görünür ki, bəzi insanların həyat tərzi orada göstərilən kimi olub. Hər bir insanın öz şəxsi həyatı var. Belə metodlardan istifadəni biz də kəskin qınayırıq. Azərbaycan Cinayət Məcəlləsinin belə materialların yayılmasına görə cəza nəzərdə tutan maddələri var. Bununla yanaşı, hər bir ictimai nüfuzlu şəxs və onun ailəsi də başa düşməlidir ki, onların ehtiyatsız davranışı cəmiyyətdə geniş müzakirə oluna bilər. Hər bir şəxs belə məsələlərdə həssas olmalıdır. Təbiidir ki, elə vəziyyətə düşmüş insan həmin videonu kiminsə boynuna atmağa çalışacaq. Bu inandırıcı görünmür.  Bunda üçüncü qüvvələrin maraqlı olduğu üzə çıxır. İqtidar və müxalifət arasında  gedən dialoq, görünür, kimlərisə narahat edir. Cəmiyyətimiz bu cür hallarla bağlı çox ehtiyatlı olmalıdır”.

  • Bədrəddin Quliyev: “Bu vəziyyətlə bağlı dövlətin əlaqədar qurumları çıxıb açıqlama verməlidir ki, xalqımız belə təxribatlara uymasın” 

Müxalif mövqeli Cümhuriyyət Xalq Partiyasının (CXP)  sədri Bədrəddin Quliyev isə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkənin indiki dönəmində belə bir hadisənin üzə çıxması təxribatdır: “Ölkədə müxalifətlə iqtidar arasında bir dialoq mühiti hakimdir. Mən dəfələrlə demişəm ki, Ermənistanda seçkilər keçirilənə qədər müəyyən qüvvələr ölkəmizin daxilində vəziyyəti gərginləşdirməyə çalışacaq. Cəmil Həsənlinin qızı ilə bağlı məsələ də bu planın tərkib hissəsi ola bilər. Kənar kəşfiyyat qüvvələri həm iqtidar, həm də müxalif qüvvələri üz-üzə qoymaqla öz maraqlarını təmin etməyə çalışırlar. DTX-nın 102 illik yubileyində belə bir videonun ortaya çıxması təxribatdan başqa nəsə deyil. Hesab edirəm ki, bu vəziyyətlə bağlı dövlətin əlaqədar qurumları çıxıb açıqlama verməlidir ki, xalqımız belə təxribatlara uymasın.  Belə məsələlərin çox da qabardılmasının tərəfdarı deyiləm. Bunu edənlər hakimiyyətin daxilindədirlərsə, onların fəaliyyəti dərindən araşdırılmalıdır”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ