Azərbaycan mədəniyyətindən oğurluq etməyə adət edən ermənilər bu dəfə də böyük oğurluğa, saxtakarlığa əl atıblar.
Azərbaycan-türk mədəniyyətinin, bayramlar sisteminin ayrılmaz hissəsi olan Novruz bayramına da əl uzadan ermənilər ona “Zatik” adı veriblər. Sosial şəbəkələrin erməni seqmentlərində, o cümlədən də bəzi internet resurslarında Ermənistanda “Zatik” bayramının qeyd edilməsi haqda məlumatlar, foto və videoçəkilişlər yer alıb. Qəribədir ki, ermənilər bizim bütün Novruz adətlərimizi, Novruzla bağlı inanclarımızı oğurlayaraq, səməni göyərtməkdən tutmuş, yumurta boyamaya qədər bir çox ənənəmizi mənimsəyiblər.
Əslində isə Novruzun, yaz bayramının ermənilərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Məsələ burasındadır ki, Ermənistanda yaşayan ermənilər Azərbaycan xalqının digər mərasimi olan Xıdır Nəbiyə uzun illər idi ki, “sahib çıxırdılar”, Novruzla bağlı oğurluqları isə yeni-yeni ictimailəşib üzə çıxır. Ola bilsin, əvvəllər də bunu ediblər, amma bu dərəcədə reklam etməyiblər. Vətən müharibəsindən sonra isə bu oğurluqlarını daha çox nümayiş etdirirlər və öz əsl mahiyyətlərini ortaya qoyurlar.
“...onların necə bir toplum olduğunu bir daha sübut edir”
BDU-nun Erməni araşdırmaları ETL-nin böyük elmi işçisi İsmayıl Tanrıverdi qeyd edir ki, Azərbaycan mədəniyyətinə qarşı böyük oğurluq cinayətləri edən ermənilər bayramlarımızı və bayram adətlərimizi də oğurlayırlar. “Ermənistanda “Zatik” bayramı keçirildi. Yəni onların bahar bayramı. Hər şeyimizi oğurladıqları kimi, bayram adətlərimizi də oğurlayıblar. Bizim Bahar bayramında icra etdiyimiz bütün adət-ənənələr ermənilər tərəfindən mənimsənilib. Səməni cücərtmək, yumurtaları rəngbərəng boyamaq, hətta yumurta döyüşdürmək, od üstündən atılmaq kimi Novruz adətlərimizi də ermənilər oğurlayıblar. Özlərinin tarixən heç bir mədəniyyəti, bayramı, mərasimləri, adət-ənənələri olmayan ermənilərin Azərbaycanın bayram adətlərini oğurlaması onların necə bir toplum olduğunu bir daha sübut edir. Ümumiyyətlə, onların özlərinin heç bir mədəni dəyəri yoxdur, təqdim etdiklərinin hamısı Azərbaycan türklərindən, o cümlədən də qonşu xalqlardan, eləcə də dünyanın başqa xalqlarından oğurluqdur”.
İ.Tanrıverdi qeyd etdi ki, ermənilərin mədəniyyətimizə qarşı oğurluq etməsi bu toplumu rəzil gününə salır. Onun sözlərinə görə, Ermənistanda saxta bayram qeyd edilərkən camaat ciddi yumurta qıtlığı ilə üzləşib, hətta yumurtanın bir ədədi bizim pulla 1 manatadək qalxıb: “Bu il Ermənistanda yumurta qıtlığı olduğundan, ermənilər bütün günü mağazalarda yumurta axtarmaq məcburiyyətində qalıblar. Yumurtanın qiyməti isə son iki-üç gündə bəzi yerlərdə hətta bizim pulla 1 manatadək qalxıb. Buna görə də İrəvanın küçələrində əhalinin əsas dərdi yumurta dərdi idi. Hamı şikayətlənirdi ki, hansı yolla yumurta əldə etsin və özlərinə aid olmayan bayramı keçirsin”.
İ.Tanrıverdinin fikrincə, ermənilərin bu oğurluqları göstərir ki, onlar yalnız torpaqlarımızı işğal etməyiblər, eyni zamanda, mədəniyyətimizə, adət-ənənələrimizə də təcavüz edərək onları oğurlayıblar. Müsahibimiz hesab edir ki, torpaqlarımızı erməni təcavüzündən azad etdiyimiz kimi, ermənilər tərəfindən oğurlanan mədəni dəyərlərimizi, bayram və mərasimlərimizi, adət-ənənələrimizi də xilas etməliyik. Onun sözlərinə görə, ermənilərə bu oğurluqlarına görə beynəlxalq səviyyədə dərs verilməlidir ki, saxtakarlıqlarından əl çəksinlər, bunu isə Azərbaycan alimləri etməli, elmi dəlillərlə ermənilərin oğurluğunu, saxtakarlığını isbatlamalıdırlar.
İradə SARIYEVA