Göyçə-Zəngəzur Respublikasının prezidenti Rizvan Talıbov Azərbaycan XİN-ə müraciət etdi

img

Göyçə-Zəngəzur Respublikası prezidenti, QAQB sədri Rizvan Talıbov Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Ceyhun Bayramova məktub ünvanlayıb. (Məktuba QAQB Ali Məşvərət Şurasının Göyçə-Zəngəzur Respublikasının yaradılması haqqındakı tarixi Bəyannaməsi əlavə olunub).

Qərbi Azərbaycana(ermənistana) Qayıdış Birliyi Mətbuat xidmətinin məlumatına görə, məktubda Göyçə-Zəngəzur Respublikasının yaradılmasını zəruri edən tarixi məqamlar öz əksini tapıb.

“Eyni zamanda erməni millətçilərinin və havadarlarının, Azərbaycan xalqının tarixi qələbəsinin üzərinə kölgə salmaq məqsədi ilə, Dağlıq Qarabağ ətrafında yeni oyunlarını pozmaq, önləmək üçün, Göyçə-Zəngəzur Respublikası ərazilərini əhatə edəcək, Göyçə, Qaraqoyunlu, Vedibasar, Dərə-Ələyəz, Zəngəzur mahalları ərazilərinə, Ermənistan adlanan ərazilərdən zaman-zaman qovulmuş azərbaycanlı əhalinin, ilkin olaraq 500 000 (beş yüz min) nəfərin öz tarixi yurdlarına Qayıdışlarının təmin olunması və ermənilərin bu kateqoriyadan olan soydaşlarımıza vurduqları maddi-mənəvi ziyanların hesablanıb, əvəzinin ödənilməsi məsələlərinin masaya yatırılması və beynəlxalq gündəmə çıxarılmasına nail olmağın vacibliyi qeyd edilib. Bu göstərilmiş istiqamətlərdə və digər sahələrdə Azərbaycan hökuməti ilə əməkdaşlıq şəraitində Azərbaycan hökumətinin dəstəyini almaqla fəaliyyət göstərmək niyyəti öz əksini tapıb. Azərbaycan dövlətinin ermənilərin xaricdəki havadarlarının və erməni lobbisinin təzyiqlərinə məruz qalmaması üçün, bu məsələlərin gündəmdə saxlanılması və həllinə nail olunması məsələlərini Göyçə-Zəngəzur Respublikasının öz üzərinə götürmək istəyi ifadə olunub.

Millətimiz, Dövlətimiz, El-obamız üçün uğurlu, xeyirli olsun!!!” – məlumatda deyilir.

Son xəbərlər