şənbə günü, 03 oktyabr 2026
     

"Türk dünyasını yenidən birləşdirəcək Zəngəzur dəhlizi regionda sülhün daimi olmasına unikal imkanlar yaradacaq" - Vüqar Rəhimzadə

Image


“Bizim birliyimizdən çox şey asılıdır” söyləyən dövlətimizin başçısı  İlham Əliyev  daim bu çağırışı da  edirdi ki,  türkdilli dövlətlərin birliyi daha da gücləndirilməli, bir ölkənin problemi digər ölkənin problemi kimi qəbul olunmalıdır. Türkiyə-Azərbaycan birliyi ümumilikdə bütün türk dünyasına nümunə göstərilir. Möhtərəm Prezidentimiz  İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündəki nitqində yer alan fikirlər  yalnız  ölkəmizin deyil,  eyni zamanda,  türk dünyasının bu günü və gələcəyi baxımından xüsusi əhəmiyyətə malikdir."

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı  İlham Əliyevin toplantıdakı çıxışını əsasən Qarabağ mövzusuna həsr etməsi Onun   növbəti dəfə bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiə etdiyini ortaya qoyur: “Prezident İlham Əliyev Zirvə görüşündəki nitqində  Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə  faktlar əsasında diqqət yönəltdi.  Ermənistanın sistemli şəkildə təxribatlar törətdiyini, azərbaycanlıların milli heysiyyatı ilə oynadığını, bu hərəkətlərin dözülməzliyini, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının və 2020-ci ilin yayında Ermənistanın sabiq müdafiə nazirinin yeni əraziləri işğal etmək anonslarını bir daha diqqətə çatdıran cənab İlham Əliyev ardıcıl təxribatlara cavab olaraq 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən və  Azərbaycanın hərbi-siyasi Qələbəsi,  Ermənistanın kapitulyasiyası ilə nəticələnən   44 günlük Vətən müharibəsinin baş verdiyini bildirdi.  Bir daha qeyd etdi ki, Ermənistanın xarici dəstək olmadan Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaması mümkünsüz idi. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ucbatından yaranmış vəziyyət,  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qalması işğalçı dövlətin danışıqlar prosesini imitasiya naminə aparması ilə müşayiət olunurdu. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri –ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik daimi üzvləri, dünyanın aparıcı dövlətləridir, 30 ilə yaxın müddətdə işğalçı Ermənistana qətnamələrə məhəl qoymamasına, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasına görə hansısa bir sanksiyanın tətbiq edilməməsi daim sual doğuran məqamlardan olub. Ərazisinin   20 faizi  işğal altında, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində olan  Azərbaycan  haqsızlıqlarla, dünyanın ikili siyasəti ilə üz-üzə qalanda Ermənistanın işğalçılıq, etnik təmizləmə, soyqırımı və sair kimi  cinayətkar əməllərinə hüquqi və siyasi qiymət verilməsi aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları qətiyyən  düşündürmürdü.  Dövlətimizin başçısı İlham Əliyev  nitqində səslənən   “Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi» kimi bəyanatlar 30 ilə yaxın dövrdə Ermənistana maddi və mənəvi dəstək göstərən, bu kasıb, hətta mən deyərdim ki, dilənçi  ölkəyə ən müasir, alınması böyük məbləğdə vəsait tələb edən silahlar hədiyyə edən dövlətlərə ciddi dərs olmalıdır. Bəyanatlar kağız üzərində qalıb saraldıqca dünya dövlətləri özlərinə qarşı inamsızlıq mühiti yaratmaqla yanaşı, beynəlxalq hüquq probleminin yaşandığını  da təsdiqləmiş olurdular.  Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilin işğalına son qoydu, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bu müddətdə edə bilmədiklərini 44 gündə etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu."

Baş redaktor bildirib ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı şanlı tarixlə regionda və dünyada yeni reallıqlar yaratdı.  Bu gün həmin reallıqların ölkəmizin qarşısında  geniş imkanlar açdığının şahidiyik: «Hazırda “Dağlıq Qarabağ” adında ərazi subyekti yoxdur və olması da mümkün deyil. Bu gün Azərbaycan yalnız öz daxilində deyil, regionda və dünyada  təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısı kimi çıxış edir. Dövlətimizin başçısının  nitqində yer alan digər   məqam - Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti də bunu deməyə əsas verir. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyevin Zəngəzurla əlaqədar söylədiyi “2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir» fikirləri perspektivlərin aydın mənzərəsini yaratmışdır. Həmin bəyanatın səsləndirilməsindən, yəni 2009-cu ildən ötən  müddət ərzində  qarşıya qoyulan məqsədə nail olmaq üçün ciddi səylər göstərilib.  Cənab İlham Əliyev Türk Şurasının qeyri-formal Zirvə görüşündə  bugünümüzün reallıqlarına söykənərək bu fikri böyük əminliklə qeyd etdi ki,  Zəngəzur türk dünyasını yenidən birləşdirəcək, regionda sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın daimi olması üçün yeni imkanlar yaradacaq.  Verilən  hər bir mesaj özündə müəyyən hədəfləri ehtiva etməklə yanaşı, türk dünyasına çağırışdır. Məhz bu baxımdan cənab İlham Əliyev Zirvə görüşündəki  nitqini Dağlıq Qarabağ məsələsinə həsr etdi. Bununla bir daha bəyan etdi ki,  dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərindən bilməlidirlər. Bu əminlik də ifadə olundu ki,  növbəti canlı təmaslar əsnasında  bu məsələni daha geniş formatda müzakirə edəcəyik.»

Vüqar Rəhimzadə  bildirib ki, göründüyü kimi,  hər bir beynəlxalq səviyyəli tədbir əhatə etdiyi mövzunun aktuallığı ilə yanaşı, quruma üzv dövlətlərin  malik olduğu imkanların, həmçinin bir-birinə münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynayır: «Ən əsası bu reallıq bir daha önə çəkilir ki, səylər birləşdiriləndə, məsələyə ədalətli yanaşma olduqda hədəfə tez və lazımi səviyyədə çatmaq mümkündür. Azərbaycan-Türkiyə birliyini önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, Vətən  müharibəsinin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq.  Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Türkiyə Prezidenti dünyaya bu mesajı çatdırdı ki, Azərbaycan tək deyil, Türkiyə daim onun yanındadır. Azərbaycan bu dəstəyi Vətən müharibəsi başlanandan bu günə, işğalandan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinin aparılmasınadək hiss edir.   Türk Şurasının  Zirvə görüşündə “Qırx dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb, Dağlıq Qarabağ Ana Vətənlə yenidən qovuşub” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən qısa zamanda - Ramazan bayramından sonra özünün dediyi kimi, qardaşı, dövlətimizin başçısı  İlham Əliyevlə  birgə Şuşanı ziyarət etmək arzusu da bu birliyin uğurlu davamının, sarsılmazlığının göstəricisidir."




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ