şənbə günü, 03 oktyabr 2026
     

Ermənistan Azərbaycandan tam asılı vəziyyətə düşür…

Image


Cari ilin iyununda Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca, bu ölkədə siyasi müstəvidə vəziyyətin daha da gərginləşməsi müşahidə edilir. Yaranmış vəziyyətdə revanşist mövqedən çıxış edən qüvvələrin fəallaşması da özünü qabarıq büruzə verir. Ancaq reallıq belə qüvvələrin, əslində cəmiyyətdə hansısa ciddi dəstəyə malik olmadığını da qabarıq nümayiş etdirir.

Azərbaycan yenə Ermənistan ordusunu darmadağın etməyə hazırdır

Ermənistanda revanşist qüvvələrin, hakimiyyətə gəldiyi təqdirdə belə, Azərbaycanla bağlı hansısa addımlar atması mümkünsüz sayılır. İlk növbədə o baxımdan ki, Ermənistanın bundan sonra 44 günlük müharibə zamanı dağılmış ordusunu bərpa etməsinə uzun illər lazımdır. Digər tərəfdən, Ermənistan müasir ordu yaratmaq üçün hansısa real imkanlara da malik deyil. Bu mənada, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyanın açıqlamaları xüsusi diqqət çəkir. O qeyd edir ki, Ermənistan lazımi dərslər çıxarmasa idi, 44 günlük müharibənin tam fərqli yekunu və fərqli müddəti olardı. Onun sözlərinə görə, Ermənistan atəşkəsə razılıq verməsəydi, vəziyyət daha acınacaqlı ola bilərdi: “Əlbəttə, ilk növbədə Qarabağı bütövlükdə itirərdik. İkincisi, biz bu döyüşləri 15-20 gündən sonra dayandırmalı idik”.

Hadisələrin gedişi göstərir ki, Ermənistan üçün əsas çıxış yolu Azərbaycanla əməkdaşlığı bərpa etməkdir. Əks mövqedən çıxış edənlərə isə Azərbaycanın cavabı yenə çox sərt olacaq. Eyni zamanda, istənilən revanş cəhdi olarsa, Azərbaycan yenə Ermənistan ordusunu darmadağın etməyə hazırdır. Bunu rusiyalı ekspert Vladislav İsayev də xüsusi olaraq vurğulayır. O hesab edir ki, növbədənkənar parlament seçkilərində Azərbaycanla əməkdaşlığı istisna edən qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi mümkün deyil. Belələrinə cəmiyyət hansısa dəstək verməyəcək: “İndi Ermənistanda vəziyyət mürəkkəbdir, növbədənkənar parlament seçkilərindən sonra hakimiyyət dəyişikliyi və revanşistlərin hökumət başına gəlməsi isə mümkünsüz görünür.  O baxımdan ki, belə qüvvələr iqtidara gələrsə, bu halda Ermənistan üzərindən kommunikasiya açılması barədə danışmaq çətin olacaq. Yeni müharibə başlamasa yaxşıdır. Ümumilikdə isə, Ermənistanın döyüşmək üçün heç nəyi yoxdur, buna baxmayaraq, yumruq silkələmək istəyi yarana bilər. Nikol Paşinyan hakimiyyətdə qala bilsə, iqtisadi situasiyanı qaydaya salmalı, yəni nəqliyyat dəhlizlərinin açılmasına razılıq verməli olacaq. İndi Ermənistanın baş naziri, dolayı əlamətlərlə əlaqədar olaraq, müharibəni deyil, iqtisadiyyatın inkişafını dəstəkləyən Rusiyanın mövqeyindən çıxış edir. Onun rəqibləri, elcə də Ermənistanın ikinci prezidenti Robert Köçəryanı dəstəkləyən qüvvələr isə, əksinə, Moskvanın dəstəyini itirir. Bu da Paşinyan üçün sərfəlidir”. Həqiqətən də 44 gün davam edən Vətən müharibəsinin nəticələrini əsas götürən müxalifət etiraz aksiyaları təşkil edərək, Nikol Paşinyanı bu yolla hakimiyyətdən uzaqlaşmağa vadar edəcəyini düşünsə də, hadisələrin sonrakı gedişi bu qüvvələrin yanıldığını göstərdi. Müxalifət partiyalarının birləşdiyi  “Vətənin xilası uğrunda hərəkat” çoxsaylı etiraz aksiyaları  təşkil etsə də, cəmiyyətdən lazımı dəstək ala bilmədi. Bununla belə, hazırda Ermənistanda mövcud siyasi böhran kontekstində bu ölkədə bəzi qüvvələr Qarabağ məsələsindən spekulyativ məqsədləri üçün faydalanmağa cəhd edir, revanşist mövqe sərgiləyirlər. Lakin onların istənilən cəhdi iflasa məhkumdur.

Ermənistanın iqtisadi dirçəlişi Azərbaycanla sülh müqaviləsindən keçir

Vətən müharibəsi zamanı Azərbaycanın istənilən təxribatı dəmir yumruqla susdurmaq imkanına malik olmasına ermənilər bilavasitə şahidlik edib. Bu mənada, belə təxribatların yenidən ermənilərə baha başa gələcəyini Ermənisytanda yaxşı bilirlər. Məsələni bu rakursdan şərh edən fransalı politoloq Maksim Qauin də bildirir ki, Ermənistan qonşu ölkələrlə münasibətlərini tezliklə yoluna qoymalı, dinc siyasət yürütməlidir: “Əks halda, immiqrasiyanın güclü olduğu bu ölkənin əhalisi kəskin surətdə azala və ermənilərin bu ərazilərdə bundan sonra da qalıb yaşamaları sual altına düşə bilər".

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla müharibəyə girmək qərarı bu ölkəyə çox baha başa gəldi: "Nikol Paşinyan Azərbaycanla münasibətlərdə mövqeyini tez-tez dəyişən bir obrazdır. Hakimiyyətə gəlməzdən əvvəl Dağlıq Qarabağı boşaltmalı olduqlarını, Ermənistanın bu torpaqlarda heç bir hüququnun olmadığını bildirmişdi. Lakin hakimiyyətə gəldikdən sonra özündən əvvəlkilərdən də artıq millətçi mövqe nümayiş etdirdi. Ermənistanın işğal etdiyi torpaqlar üçün yeni doktrina və yeni müharibə təklif etdi. Lakin bu doktrina ona çox baha başa gəldi. Hakimiyyəti təhlükə altına düşdü, döyüş meydanında gülünc vəziyyətdə qaldı". Qauin bildirir ki, Ermənistanda valideynlər bundan sonra öz övladlarını müasir standartlara uyğun gəlməyən silah-sursatla təchiz olunmuş ordunun tərkibində Azərbaycanın sayca çox və daha mütəşəkkil təlim keçmiş ordusu ilə döyüşə göndərmək niyyətində deyillər: "Nəhayət, Paşinyan tərəflər arasında böyük güc fərqinin olduğunun fərqinə varıb. Bunun üçün ona iki il vaxt lazım oldu. O, Azərbaycan ordusunun gücünü və müasir silahlardan yararlanmaq qabiliyyətini düzgün qiymətləndirmədiyini başa düşüb. Bundan başqa, Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi sözün üstündə duracağını da nəzərdən qaçırmışdı. Türkiyənin dövlət başçısı bu münaqişədə Azərbaycanı dəstəkləyəcəyinə söz vermişdi və sonadək sözünün üstündə durdu. Bu gün Paşinyan kimi, onun seçiciləri də üçüncü müharibənin əleyhinədir. Onlar öz övladlarını Azərbaycan hərbçiləri ilə döyüşə göndərmək niyyətində deyillər. Lakin təəsüflər olsun ki, Ermənistanda müxalifət nümayəndələri real vəziyyəti hələ də düzgün qiymətləndirə bilməyiblər". Fransalı politoloq vurğulayır ki, Azərbaycanla sülh müqaviləsi imzalaması Ermənistanın iqtisadi dirçəlişinə səbəb ola bilər: "Görəsən, Paşinyan yolun sonunadək gedərək sülh müqaviləsi imzalayacaqmı? Çünki yolun sonu sülh müqaviləsi, ikitərəfli əlaqələrin yaradılmasıdır. Bu yol Ermənistanın iqtisadi infkişafı üçün vacibdir. Əks halda Ermənistanda immiqrasiya daha da artacaq, ölkə əhalisi kəskin surətdə azalacaq. Ermənistan son 30 ildəki siyasətindən əl çəkməsə, nə Azərbaycan, nə də Türkiyə özünü düşmən ölkə kimi aparan bir dövləti regional layihələrə daxil etməyə razı olacaq". Digər ekspertlər diqqəti ona yönəldir ki, Azərbaycan və Türkiyə ilə Ermənistan sərhədlərinin bağlı olması bu ölkənin iqtisadiyyatının tənəzzülə uğramasının əsas səbəbidir. Sərhədlər bağlı olduğu müddət ərzində Ermənistan iqtisadiyyatının çöküşü davam edəcək.

Ermənistan üçün Gürcüstan nümunəsi...

Azərbaycan Ermənistanla normal münasibətlərin qurulmasında maraqlı olduğunu indi açıq bəyan edir. Bakının mövqeyinə əsasən, regionda qarşılıqlı hörmət əsasında münasibətlərin qurulması bütün ölkələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Məsələn, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Hər iki ölkə bir-birini dəstəkləyir, regionda çoxsaylı transmilli  layihələr icra edir. Bu, hər iki ölkənin dinamik inkişafında mühüm rol oynayır. Azərbaycan Gürcüstanın ən böyük xarici investorlarından, bu ölkədə ən böyük vergi ödəyicilərindən biridir. Ermənistan Azərbaycanla normal münasibətlər qurmadığından,  ölkəmizin Gürcüstan üçün yaratdığı imkanlardan özünü məhrum edib.  

Azərbaycan ərazilərini işğal etdiyi dövrlərdə Ermənistan dalana dirənib. Məhz bu işğal nəticəsində regionda son illərdə həyata keçirilən transmilli layihələr, məsələn, Bakı-Tiflis-Qars dəmir yolu xətti Ermənistandan yan keçib. Amma Qarabağ münaqişəsi başa çatdıqdan sonra Ermənistan üçün yeni şanslar yaranıb. Azərbaycanla münasibətlərin normallaşması ilə Ermənistan nəinki ölkəmizlə, həm də Türkiyə ilə yüksəksəviyyəli əlaqələr qura bilər. Yəni Ermənistanın Türkiyə ilə də sərhədləri açıla və bu ölkənin dənizə çıxışı təmin oluna bilər. Digər tərəfdən, Qarabağda qalan ermənilər də ümumi prosesdən faydalanmaq imkanı qazana bilər. Ölkəmizin vətəndaşlığını qəbul edəcəkləri təqdirdə Qarabağ erməniləri Azərbaycanın azad edilmiş ərazilərdə reallaşdırmaqda olduğu müxtəlif sosial və iqtisadi layihələrdən faydalana bilər. Hazırda Qarabağda ermənilər yoxsulluq içində yaşayır. Bu yerlərdə tam işsizlik, yoxsulluq hökm sürür və infrastruktur dağıdılıb. Lakin Azərbaycan dövləti işğal altındakı əraziləri azad etdikdən sonra Qarabağda yaşayan ermənilərə kömək edə bilər. Bir şərtlə ki, onlar Azərbaycan qanunları çərçivəsində yaşasınlar. Bu da onların yaşadıqları ərazilərin Azərbaycanın digər bölgələri kimi dinamik inkişafına səbəb olacaq.

Yuxarıda qeyd olunduğu kimi, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki bu ölkənin bazarı kiçikdir və getdikcə daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır və bu gedişlə o daha da azalacaq. Çünki ölkədə məşğulluq səviyyəsi çox aşağıdır, iş yoxdur. İşğal altındakı çox məhsuldar torpaqlardan məhrum olması isə Ermənistanı daha böyük problemlərin, ərzaq qıtlığının gözləməsi deməkdir. İşğal altındakı ərazilərin azad edilməsi ilə Ermənistan mühüm kənd təsərrüfatı seqmentindən məhrum olduğuna görə daha böyük problemlərlə üzləşəcək və ölkə daha tez tənəzzülə uğrayacaq. Bu halda, sosial-iqtisadi çöküşlə yanaşı, Ermənistanın demoqrafiya problemi dərinləşəcək. Azərbaycanın əhalisi 10 milyondan artıq olduğu halda, Ermənistanın əhalisi iki milyondan azdır. Bu fonda ölkənin qarşıdakı illərdə necə yaşayacağı indi bütün erməniləri düşündürməlidir. Əks halda Ermənistan ölkə kimi məhvə məhkumdur. Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmadan bir dövlət kimi Ermənistanın tənəzzülü daha dinamik xarakter alacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

 

 

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ