şənbə günü, 03 oktyabr 2026
     

28 illik işğaldan sonra Azıxa ilk ayaq basan azərbaycanlı alim nələr gördü... - III yazı

Image


“Azıx kəndinə ezam olundum və noyabrın 27-də gedib oradan yüzdən artıq qutuda yerləşdirilən həmin materialları...”

9 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyevin azad edildiyini açıqladığı kəndlərimiz sırasında qadim Azıx mağarasının yerləşdiyi Azıx kəndi də vardı. Qədim insan sivilizasiyasının ilk beşiklərindən olan Azıx bütün bəşəriyyətin sərvətidir, amma təəssüflər olsun ki, 28 illik işğal dövründə ermənilər Azıxın altını üstünə çeviriblər.

Azıx işğaldan azad edildikdən sonra bura ilk qədəm basan alim tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi Azad Zeynalov olub. Müsahibimiz A.Zeynalovla

Azıxla bağlı danışdıq.

- Azad müəllim, bildiyim qədər, 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan qısa müddət sonra Azıx mağarasına səfər etmisiniz, 28 ildən sonra bura ilk qədəm qoyan arxeoloq-mütəxəssis olmusunuz. Azıxı illərdən sonra görmək necə bir hiss idi?

- Mənə elə gəlir ki, nəinki mən, eləcə də bütün Azərbaycan arxeoloqları Azıxa qayıdışı səbrsizliklə gözləyirdilər. Nəhayət, biz ona nail olduq.

Məlum olduğu kimi, Azıx mağarası 1960-cı ildə Azərbaycanda qədim daş dövrü elminin banisi Məmmədəli Hüseynov tərəfindən aşkarlanıb və 1982-ci ilə qədər Azıx mağarasında qazıntı işləri aparılırdı. Baxmayaraq ki, 1982-ci ildə Azıxın özündə arxeoloji qazıntı işləri yekunlaşdı, amma bu o demək deyil ki, Azıxla bağlı tədqiqatlar da yekunlaşdı, bu istiqamətdə tədqiqatlar davam edirdi, indi də davam etdirilir. Ümumiyyətlə, keçən əsrin 60, 70, 80-ci illərində Azərbaycan arxeoloqlarının tədqiqatları nəticəsində Azıx mağarasından 100 minlərlə ibtidai insanın ovladığı və yediyi heyvanların sümükləri və 6 mindən artıq daş əmək aləti aşkarlanmışdı. Bütövlükdə, Azıx mağarası çox qeyri-adi, unikal abidədir. Çünki Azıx dünyada yeganə abidədir ki, özündə 1 milyondan artıq il ərzində insan təkamülünün üç mərhələsini əks etdirib. İlk dəfə insanlar 1 milyon 200 min il əvvəl Azıxda məskunlaşıb, bir müddət yaşayıb, sonra 100 min illər keçdikdən sonra burada təkamülün digər mərhələsində, təxminən 600 min il bundan əvvəl insanın digər növü məskunlaşıb. Növbəti mərhələdə 300 min il bundan qabaq insan orada məskunlaşıb və həmin o beşinci təbəqədən insanın alt çənəsi fraqmenti aşkarlanıb. Bu gün Azərbaycanın Milli Tarix Muzeyinin qızıl fondunda saxlanan çənədir. 300 min il bundan əvvəl orada insan məskunlaşıb və sonuncu dəfə digər insan növü təxminən 150 min il əvvəl orada məskunlaşıb və yaşayıb. Düzdür, Azıxın lap üst təbəqələrində orta əsrlərdə də, hətta neolit dövründə də yaşayış olmayıb. Sadəcə, ola bilsin, ora çobanlar və sair gəlib yağışdan daldalanmaq üçün buradan istifadə ediblər, lakin bu dövrlərdə orada yaşayış olmayıb. Orada yaşayış ibtidai icma dövründə olub, qeyd etdiyim 3 mərhələdə.

Azıx mağarası ona görə unikaldır ki, dünyada ikinci belə bir mağara yoxdur.

- Demək istəyirsiniz ki, dünyada Azıxdan qədim abidə yoxdur, yoxsa?

- Azıxdan qədim abidələr də, cavan abidələr də var. Lakin Azıxdan başqa dünyada heç bir abidədə insanın və onun maddi mədəniyyətinin təkamülünü izləmək mümkün deyil, bu ancaq Azıxda mümkündür. Azıxda bundan əlavə, beşinci təbəqədə 600-300 min il bundan əvvəl oddan da istifadə ediblər. Azıxın ağzında daş hörgüsü vardı, görünür, bu o məqsədlə edilirdi ki, küləkdən, yağışdan qorunsunlar, odu küləkdən qorusunlar. Orada qeyri-adi tapıntılar vardı.  

- İşğal dövrundə Azıx mağarasında ermənilərin qanunsuz arxeoloji qazıntılar apardığı məlumdur.

- Mən deməzdim ki, işğaldan sonra ermənilər Azıxda tədqiqatlar aparıb, onlar bu işdə yalnız təşkilatçı olublar. Ermənilər Azıxa xaricdən alimləri cəlb ediblər, xarici alimlər burada bütün beynəlxalq konvensiyalara zidd olaraq, qanunsuz tədqiqatlar aparıblar. Beynəlxalq konvensiyalar işğal olunmuş ərazilərdə arxeoloji qazıntılar aparılmasını qadağan edir. Buna baxmayaraq, onlar orada qanunsuz işlər aparıblar. Mənə elə gəlir ki, bu alimlərdən daha çox onları maliyyələşdirən təşkilatların adlarını çəkmək vacibdir. Ermənilərin qanunsuz layihələrini maliyyələşdirənlər arasında İspaniyanın dövlət qurumları da var. İşğal dövründə ermənilərin Azıxda qanunsuz tədqiqatlarla bağlı həyata keçirdikləri layihəni maliyyələşdirən İspaniyanın Milli Təbiət Elmləri Muzeyidir. Ermənilərin bu layihəsini maliyyələşdirənlərdən biri də İspaniyanın Elm və Təhsil Nazirliyidir, Londonun Magistratura Kollecidir. Təbii ki, İngiltərədə ermənilərin xeyriyyə ittifaqının London filialı - o layihəni maliyyələşdirən əsas bunlar olub. Çox yaxşı olardı ki, bizim müvafiq qurumlar daha çox bunlara təsir göstərsinlər və bu məsələ dövlət səviyyəsində həmin dövlətlərin qarşısında qaldırılsın. Həmin konvensiyalara imza atan həmin dövlətlər ermənilərin qanunsuz layihəsini maliyyələşdiriblər ki, Azərbaycanın işğal olunmuş ərazilərində arxeoloji tədqiqatlar aparılsın.

- Ermənilərin bu cinayətləri nəticəsində abidəyə hansı ziyanlar dəyib?

- Qərb alimləri orada uzun illər işləsələr də, heç də böyük ərazidə tədqiqat aparmayıblar. Əgər biz 6 mindən artıq daş əmək aləti aşkarlamışıqsa, onların çap etdirdiyi kitabdakı məlumata əsasən, aşkarladıqları daş alətlərinin sayı heç 400-ə çatmır. Yəni bu bizim qazdığımız, əldə etdiyimizin heç 10 faizini də təşkil etmir. Azıxda aşkar olunmuş bütün daş və sümük materiallar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi fondunda saxlanır və həmişə əlçatandır. İstənilən ölkədən gələn alimlər istədikləri vaxt fonda gəlib, o materiallarla tanış olub, ona baxa və işləyə bilərdilər, işləyirdilər də. Bu hadisələr Sovet dövründə də, Azərbaycan Respublikası müstəqillik qazanandan sonra da olub. 2002-ci, 2003-cü illərdə, hətta 2019-cu ildə xaricdən, istər İngiltərədən, istər İspaniyadan, digər ölkələrdən alimlər gəlib Azıx materialları ilə tanış olub və işləyiblər.

Onu da qeyd edim ki, Azıxda aparılan qanunsuz tədqiqatlarla bağlı xaricdə çap olunan kitabla tanışam və həmin kitabın 45 müəllifi var, 16 fəsildən ibarətdir. Sizə deyim ki, onların texniki vasitələrlə əldə etdiyi nəticələrin böyük əksəriyyəti, bəlkə də 95 faizi, sadəcə olaraq, Azərbaycan və Rusiya alimlərinin 60-70-ci illərdə, əsasən də 70-ci illərdə Azıx mağarasında apardıqları kompleks tədqiqatlar zamanı əldə etdikləri nəticələrin təkrarıdır. Yenilik olsa da, çox cüzidir.

- Azıxın altının üstünə çevrildiyi deyilir. Azıxda ermənilər nə axtarırdılar və nə tapdılar? Ümumiyyətlə, onlar Azıxda nə aşkarlayıblar ki, onu hələ bizim azıxşünaslar aşkarlamayıblar?

- Bu çox maraqlı sualdır. “Ermənilər Azıxda nə axtarırdılar” sualına cavab verməyə çətinlik çəkirəm. Çünki bu sualı onların özlərinə vermək lazımdır. Amma ciddi desək, yenə də deyirəm, Azıxda əsasən işləyən və qanunsuz tədqiqat aparan Qərb alimləri olublar, həmin ekspedisiyanın formal rəhbəri Yepiskopyan idi. Bilmirsən o kimdir, genetikdir, bioloqdur, arxeoloqdur? Yəni bütün elmləri özündə cəmləşdirir. Mən onun bir müsahibəsini oxudum və orada elə bir cəfəngiyyat səsləndirib ki, onda bildim ki, o, heç əməlli-başlı alim də deyil. Onun dediyinə görə, üst təbəqələrdə (söhbət ibtidai icma quruluşundan getmir) Azıxın bir neçə yerində giriş var və onlar guya girişin birində insan qalığı tapıblar, iddia edirlər ki, “onun yaşı təxminən 7 min ildir”. Yepiskopyanın bu açıqlaması həddən artıq gülüncdür.  Erməni “mütəxəssisi” Yepiskopyan böyük tarixi saxtakarlığa yol verərək cəfəng iddia irəli sürür ki, guya 10, 7 min il əvvəl burada “ermənilərin əcdadları yaşayıblar”. Bilirsiniz, bu çox gülüncdür.

- Məlumatlara görə, Azıx mağarasında aşkarlanan arxeoloji materiallar daha çox İrəvan və London muzeylərinə daşınıb. Ermənilər Azıxdan nə qədər arxeoloji material oğurlayıblar və onlar əsasən hansılar olub?

- Dediyim kimi, bizim əldə etdiyimiz 6 mindən artıq daş aləti və yüzminlərlə sümük hamısı bizim institutun elmi fondunda saxlanır. Qərb mütəxəssislərinin işğal dövründə Azıxdan əldə etdikləri materialların bir qismi Ali Baş Komandanımızın rəhbərliyilə müzəffər Azərbaycan Ordusu Azıx kəndini azad etdikdən sonra xilas edilib. Əsgərlərdən biri görüb ki, evlərdən birində üstünə “Azıx” sözü yazılan qutular var. O, internet vasitəsilə bizim həmkarlardan birini tapıb və həmin həmkarım da mənə zəng edib deyib, nəhayət, üç gündən sonra Azıx kəndinə ezam olundum və noyabrın 27-də gedib oradan yüzdən artıq qutuda yerləşdirilən həmin materialları öz institutumuza gətirdim və hazırda bizim institutun elmi fondunda saxlanır. Lakin deməzdim ki, bu, bütün materiallardır, böyük ehtimalla hamısı deyil. Ola bilsin ki, bunların bir qismi başqa yerdədir, amma onların harada yerləşdiyini deməyə çətinlik çəkirəm. Amma ehtimal var ki, Azıx materiallarının böyük hissəsi Xankəndidə saxlanır, cüzi hissəsi isə İrəvana aparılıb. Londona aparılması haqda məlumatım yoxdur. Amma bizim diplomatlar diplomatik yolla London muzeyinə gedib, onu orada araşdıra bilərlər ki, orada Azıxın materialları saxlanır, yoxsa yox. Mən inanmıram ki, ora getsin. Təhlil üçün ora apara bilərdilər, amma muzey üçün heç bir material saxlanılmır. Materialların böyük əksəriyyəti elə Xankəndidədir. Mənim gətirdiyim materaialların böyük hissəsi heyvan sümükləridir, bir neçə qutu isə daş əmək alətləridir. Amma 90 faizi əsasən heyvan sümükləridir.       

- Azad müəllim, Azıxa yeni arxeoloji ekspedisiyanın təşkilinə ciddi zərurət var. Bu istiqamətdə hər hansı bir addım atılırmı?

- Təbii ki, buna ehtiyac var və bu zəruridir. Yəqin ki, bu olacaq. Azıxa arxeoloji ekspedisiyanın təşkil edilməsini mən də, başqa həmkarlarım da istəyir. Amma buna texniki cəhətdən müəyyən məhdudiyyətlər var. Azıxa hər gün gedib qalxıb düşmək var, orada ekspedisiyanı müəyyən texniki cəhətdən təmin etmək lazımdır. Ondan da əlavə, əgər bizə müfaviq qurumlar ora sərbəst gedib-gəlməyə, tədqiqat aparmağa icazə versələr, bu il də olmasa, gələn il gedəcəyik. Amma ümid edirəm ki, Azıxa arxeoloji qazıntıların təşkili bu il baş verəcək. Bizim Azıxda görüləcək çox işimiz var, indən sonra Azıxda 50-100 il də işləmək olar. Bu o demək deyil ki, orada daim qazıntı aparmaq lazımdır. Bu gün müasir texnologiyalar var, tədqiqat metodikası fərqlidir, orada başqa cür işləmək lazımdır. Orada bir az material əldə etdikdən sonra onlar laboratoriyada işlənilir və yeni üsullarla təhlil edilir.

Azıxın ən maraqlı təbəqələri alt təbəqələrdir. Hələ bu günə kimi elə alimlər var ki, orada aşkarlanan daş alətləri tam qəbul etmirlər. Demək olar ki, 80 faizi artıq bunu qəbul ediblər. M.Hüseynov ilk dəfə 1979-cu ildə arxeologiya elminə “Quruçay mədəniyyəti” adlı yeni mədəniyyət adı salıb. Bunu elmi dövriyyəyə gətirib. Bu, əsasən, Azıx mağarasının alt təbəqələrində aşkar olunmuş  nəhəng daş əmək alətlərinə əsaslanırdı. Baxmayaraq ki, bunu uzun illərdir qəbul etmirdilər, artıq demək olar ki, qəbul edilib.

Qaldı Qərb alimlərinə, onlara qarşı hansı tədbirlər görüləcəyini dövlət qurumları müəyyən edəcəklər. Təbii ki, Azıxda qanunsuz tədqiqat aparan Qərb alimlərinə müəyyən məhdudiyyətlər qoyulmalıdır ki, onlar qanunsuz işlərin məsuliyyətini daşımalı olduqlarını bilsinlər.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ