şənbə günü, 03 oktyabr 2026
     

Heydər Əliyev erməni quyruqçusu yunanların İçərişəhərdə İsa həvarisinin “dağıdılmış” (?) qəbri oyununu necə pozdu - təxribatçı xəbəri yenidən oynadanlar var...

Image


Yunanların türklərə qarşı hansı münasibətdə olduqları məlumdur. Hər zaman erməni yalanlarına ayaq verən, bu yalanların yayılmasına dəstək olan yunanlar torpaqlarımız erməni işğalında olduğu dövrlərdə müxtəlif formalarda bizə qarşı təxribatlarla məşğul olublar. Hətta onlar İçərişəhərdə Qız qalasının yanında kilsə tikmək kimi təşəbbüslərdə də bulunublar.

Uzun illərdir vaxtilə Qız qalasının yanında “qədim kilsə” olduğu haqda söz-söhbətlər dolaşır. Bəzi KİV-də rast gəldiyimiz məqalələrdən birində qeyd edilir ki, 1964-cü ildə Bakıda arxeoloqlar qazıntı apardığı zaman İsa Məsihin 12 apostolundan biri, Azərbaycanın hamisi sayılan Apostol Varfolomeyin məzarı tapılıb və sonradan həmin məzarın qalıqları SSRİ təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən götürülərək Moskvaya aparılıb, məhv edilib və sair.

Əldə etdiyimiz məlumata görə, hətta 2000-ci ildə Yunanıstan Heydər Əliyevdən xahiş edib ki, vaxtilə İsa Məsihin 12 apostolundan birinin "dəfn edildiyi" Qız qalasının yanında kilsə tikilməsinə icazə verilsin, amma onların təklifi geri çevrilib.

Bir sıra alimlər hesab edirlər ki, əslində, Qız qalasının yanında İsa Məsihin 12 həvarisindən hansısa birinin məzarının olması inandırıcı sayılmır. Əslində isə belə bir məzar olmadığı deyilir.

  • “...Azərbaycana qarşı təxribat etmək istəyirlər”

AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, bu iddianın əsası yoxdur və bu, Azərbaycan üçün təhlükəli bir məsələdir. M.Zülfüqarlının sözlərinə görə, bu məsələ 20 il əvvəl də gündəmə gətirilib, amma əsassız olduğu üçün reallaşmayıb. “Bəri başdan deyim ki, Azərbaycan tarixinin obyektiv öyrənilməsi üçün çox səylər göstərilməlidir. Çünki Çar Rusiyası və Sovet dövründə tariximiz o qədər saxtalaşdırılıb ki, bağlanmış qara düyünləri açmaq üçün bizə çox vaxt lazımdır. Xüsusən də müstəqilliyimizi bərpa etdikdən sonra bu sahədə müəyyən qədər öyrənilsə də, bəzi problemlərin olması buna imkan vermir. Bu problemlərdən biri odur ki, hələ də bizim əhalinin çoxu Azərbaycan tarixinə islam psixologiyası ilə baxmaqda davam edir. Bilirsiniz ki, islam ən cavan dindir, 622-ci ildə yaranıb. Buna qədərki tariximizə ögey münasibət erməni, rus və digər millətlərə məxsus tarixçilər tərəfindən onun saxtalaşdırılmasına gətirib çıxarır. Biz bilməliyik ki, islama qədərki tarix də, abidələr də bizimdir. Bu baxımdan müasir dövrdə tariximizin obyektiv öyrənilməsi bir vəzifə kimi qarşımızda durur. Tarixçilər tariximizi öyrənib xalqa düzgün izah etməlidirlər. Azərbaycan və Ermənistan arasında başlanan münaqişə, sonradan bunun müharibəyə çevrilməsi məlumdur. Bizim tarixə yanaşmamızdan istifadə edərək ermənilər Azərbaycan tarixini saxtalaşdırmaq istəyib və alban abidələrini öz adlarına çıxmağa cəhd ediblər, buna da Çar Rusiyası, sonradan isə Sovetlər dəstək verib, əhalinin məlumatsızlığı isə buna rəvac verib.

Qız qalasının yanında vaxtilə İsa Məsihin 12 apostolundan birinin məzarının olması barədə təxribatlarla bağlı onu deyə bilərəm ki, bu məsələnin geniş şərh olunmasının, geniş müzakirəyə çıxarılmasının tam əleyhinəyəm. Çünki bunu düşmən tərəf ortaya atıb və müzakirələr artdıqca, insanların diqqətini erməni cinayətlərindən, bizim dağıdılmış abidələrdən, viran qoyulmuş kəndlərimizdən, şəhərlərimizdən yayındırmağa çalışırlar. Ermənilər o qədər məkrli və hiyləgər siyasət yeridirlər ki, tariximizin ən qədim dövrlərinə dair təxribat törədirlər. Çünki müasir dövr tariximizi saxtalaşdırmaq mümkün deyil. Ona görə də onlar eradan əvvəl, yaxud miladın əvvəllərinə “istinad” etməklə tariximizi saxtalaşdırırlar və konkret bir hadisə ilə Azərbaycana qarşı əks-təbliğat apararaq dünyada xalqımıza xas olmayan mənfi bir imic yaratmaq istəyirlər. Bu da konkret nədən ibarətdir? Bilirsiniz ki, xristianlıq dini birinci əsrdə yaranıb. Yəni bu gün bizim işlətdiyimiz tarix İsa peyğəmbərin anadan olduğu tarixdir və milad tarixi də bundan başlayır. Yəni 2021 il bundan əvvəl İsa peyğəmbər dünyaya gəlmiş və xristianlıq da onun adı ilə yayılmağa başlamışdı. Birinci əsrdə ermənilər, yunanlar, romalılar və ya Qafqazda yaşayan heç bir xalq xristian olmamışdı, xristianlığın yayılması da apostollar tərəfindən təbliğat vasitəsilə yayılırdı. İsa peyğəmbərin 12 həvarisi müxtəlif ölkələrə gedərək, təbliğat yolu ilə bu dini yaymağa çalışırdılar. Aydın məsələdir ki, o dövrdə müxtəlif ölkələrdə müxtəlif dinlər vardı, çoxallahlılıq idi, Azərbaycan ərazisində isə Zərdüştlük hökm sürürdü. Belə zamanda albanlar bütün türk tayfalarında olduğu kimi, bilirsiniz ki, ilk vaxtlar aya-günəşə də sitayiş ediblər. İsa Məsihin 12 həvarisinin taleyi ilə bağlı əfsanələr dolaşır. İsa Məsihin həvarilərindən bir neçəsi ermənilər tərəfindən qətlə yetirilib. Çünki ermənilər xristianlığı albanlardan sonra qəbul ediblər. Yeni gələn dinə qarşı bütün yerlərdə müqavimət vardı. Bu gün bunu qabartmaq, şişirtmək bilavasitə təxribat xarakteri daşıyır. Yəni bu gün, ən azı, ermənilərin qətlə yetirdikləri həvariləri təbliğ etsək, bu, xristian dünyasında ermənilərə qarşı çevrilmiş bir hadisə olar, ermənilərin necə qatil toplum olduğu bir daha xristian dünyasının yadına salınmış olar. Amma dünya, xüsusən də Qərbyönümlü xristian mərkəzləri Azərbaycanı hədəfə aldığına görə məhz belə təxribatçı fikirlər ortaya atırlar. Bu təxribatçı iddialardan biri də ondan ibarətdir ki, guya İsa Məsihin həvarilərindən biri Azərbaycanda xristian dinini yayarkən Bakıda Qız qalasının yanında çarmıxa çəkilib və burada onun məzarı varmış. Əlbəttə ki, bu yalandır, belə bir hadisə baş verməyib.

Bilirsiniz ki, arxeoloji ekspedisiyalar zamanı islamdan əvvəlki dövrə aid abidələr də aşkarlanır və o abidələrin hamısı bizim üçün əzizdir. Bunlar belə iddia edirlər ki, Qız qalası ətrafında aparılan arxeoloji qazıntılar zamanı həmin o hadisənin izləri tapılıb. Bu da tamamilə yalandır. Bu yalan da məlumatsızlıq ucbatından ayaq tutub yeriməyə başlayır, hətta bu yaxında da məlumatsız yazarlardan biri bu hadisəni sensasiya kimi yazmışdı, biz də ona cavab verdik. İsa Məsihin 12 həvarisindən biri ilə bağlı bu saxta məlumat, konkret olaraq, 2000-ci illərin əvvəllərində, 2002-2003-cü illərdə gündəmə gəlib. Yəni o dövrlərdə bilirsiniz ki, Azərbaycan Avropa Şurasına yeni daxil olmuşdu, öhdəliklər götürmüşdü, Azərbaycan neftinin və qazının Qərbə ixracı çox populyar bir məsələ idi. Bu zaman Yunanıstana da Azərbaycan qazının verilməsi ilə bağlı ilkin müqavilə bağlanmışdı. Bundan təxribatçı Qərb ölkələri Azərbaycana qarşı istifadə etməyə çalışdılar. Yəni qaz müqaviləsindən az sonra Yunanıstanın kilsə rəhbəri və kilsə nümayəndələri Bakıya gələrək mərhum prezidentimiz Heydər Əliyevlə görüşdülər və Heydər Əliyevdən xahiş etdilər ki, siz bizə icazə verin Qız qalasının yanında İsa Məsihin apostolunun xatirəsini özündə əks etdirən bir kilsə tikək. Bu yanlış bir təklif idi. Təbii ki, Ümummilli liderimiz onların bu təxribatçı təkliflərinə razılıq vermədi və yunanların “çarmıxa çəkilmiş apostol” təxribatı baş tutmadı”.

M.Zülfüqarlı vurğuladı ki, yunanlar kilsəni inşa edə bilməsələr də, müxtəlif kiçik filmlər, məqalələr vasitəsilə öz təxribatlarını davam etdirdilər. Onlar bu vasitələrlə bu saxta tarixi camaatın beyninə yeritməyə çalışırdılar. İlk gündən bu təxribata qarşı çıxdığını deyən M.Zülfüqarlı bu barədə iki məqalə ilə çıxış edib. “Nə üçün bu gün bu məsələni gündəmə gətiririk? Çünki artıq Azərbaycan cəmiyyətinin məlumatsızlığından istifadə edərək bəzi təxribatçı ünsürlər yenidən “vaxtilə Qız qalasının yanında apostolun dəfn edildiyi” iddiasını ortaya atırlar. Hələ indiki xristianların xristian olmadıqları dövrdə bunlar bir hadisəni gündəmə gətirməklə Azərbaycana qarşı təxribat etmək istəyirlər. Onlar Qız qalasının yanında kilsə tikintisinə nail olmaqda israrlı olmaqla bura gələn turistlərə göstərmək istəyirlər ki, “xristianlığı yayan ilk apostollardan biri Bakıda çarmıxa çəkilərək  öldürülüb”. Yəni bununla da Azərbaycan xalqına qarşı düşmən fikirləri yaymağa çalışırlar. Torpaqlarımızın 20 faizi işğalda olduğu dövrdə, təbii ki, bu təxribatlara yol vermək olmazdı. Bayaq dedim ki, söhbət apostolların öldürülməsindən gedirsə, elə onların bir neçəsini ermənilər özləri və birini isə Roma İmperiyasının nümayəndələri öldürüblər. O dövrdə xristian olmayan indiki xristian dövlətlərinin özləri İsa Məsihin apostollarına qarşı müqavimət göstəriblər. Onlar özlərinin törətdikləri cinayətləri ört-basdır etmək üçün, öz etdiklərini bizim üzərimizə atmaq məqsədilə bizim I əsrə aid olan tariximizi saxtalaşdırırlar. Bizim içimizdən də bəzilərinin buna rəvac verməsi, təbii ki, yolverilməzdir, bu, Azərbaycan dövlətinin təhlükəsizlik məsələsidir, buna ciddi yanaşmaq lazımdır. Yüzlərlə abidəmiz, kənd və şəhərimizi dağıdan, XX əsrin əvvəllərindən başlayaraq xalqımıza qarşı terror aktları həyata keçirən ermənilər, türklərə qarşı amansızlıq edən yunanlar öz tarixi cinayətlərini ört-basdır etmək üçün tarixdə baş verməyən hadisələri quraşdıraraq, əfsanələşdirərək, xalqımıza qarşı təxribat edirlər” - deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ