şənbə günü, 03 oktyabr 2026
     

Türk xalqlarının ortaq soyqırım günü təsis olunmalıdır...

Image


Uzun illər boyu Çar Rusiyası və onun siyasi varisi olan bolşevik Rusiyasının işğal etdiyi türk bölgələrində həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində türk dövlətçilik sisteminə, etno-siyasi təsisatlarına, sosial-mədəni həyatına qarşı bir soyqırımı siyasəti həyata keçirilib. İstər çar Rusiyası dövründə, istərsə də sovet Rusiyasının hakimiyyəti illərində türk xalqları yüz minlərlə insan itkisinə məruz qalıb, türk etnosunun mənəvi və mədəni həyatı yox olmaq təhlükəsi ilə üzləşib.

Xüsusilə də XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi, inqilabi dəyişikliklər imperiya tərkibində yaşayan türk xalqlarında da milli oyanışa səbəb olub, bu oyanış Çar üsul-idarəsinə qarşı milli azadlıq hərəkatına çevrilib.

Çar Rusiyası və bu imperiyanın siyasi varisi olan bolşevik Rusiyası türk xalqlarının milli azadlıq hərəkatını yatırmaq üçün ənənəvi metodlarından məharətlə istifadə edərək özünün riyakar imperiya xislətini bütün gücü ilə ortaya qoyub. Bir tərəfdən özünün hərbi-siyasi gücündən istifadə edərək bu oyanış hərəkatını yatırmağa ciddi cəhdlə təşəbbüs etməklə bərabər, digər tərəfdən türk xalqlarına qarşı digər xalqlardan etnik münaqişə vasitəsi kimi istifadə edib.

XIX əsrdən etibarən Cənubi Qafqaza – Azərbaycana, həmçinin Türküstan bölgəsinə köçürülərək yerləşdirilən və türk xalqlarına qarşı hərbi-siyasi alət kimi istifadə olunan ermənilər bu imkandan yararlanaraq mifoloji mahiyyət daşıyan və gerçək tarixdən tamamilə uzaq olan sərsəm “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək təşəbbüsünə cəhd ediblər.

Mahiyyətini və sosial xarakterini terrorizm prinsipləri təşkil edən “panarmeniya” ideologiyasını gerçəkləşdirmək təşəbbüsləri on minlərlə türk və müsəlman əhalisinin soyqırımına səbəb olub, ermənilər və onların himayədarları çox sayda günahsız türk-müsəlman əhalinin ölümünə baiskarlıq ediblər.

Təsadüfi deyil ki, təkcə 1914-1921-ci illərdə Şimali və Cənubi Azərbaycanda, Anadolu bölgəsində, Türküstan ərazisində on minlərlə günahsız türk-müsəlman əhalisi qətlə yetirilib.

1914-cü ildən başlayaraq Şərqi Anadoluda Osmanlı dövlətinə xəyanət edərək Rusiya və digər dövlətlərlə əməkdaşlıq edən ermənilər kütləvi şəkildə cinayətlər törədiblər. Türk-müsəlman əhaliyə qarşı ermənilərin həyata keçirdiyi soyqırımları sübut edən çox sayda qiymətli sənədlər bu gün Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivində (BOA) qorunub saxlanılır. Arxivdən əldə olunan sənədlərdəki faktiki materiallar sübut edir ki, təkcə 1918-1920-ci illərdə ermənilər Şərqi Anadolu (Qars, İğdır, Bəyazit, Muş, Van, Ərzurum, Trabzon, Kağızman və s.), on minlərlə dinc, silahsız türk-müsəlman əhalini, o cümlədən uşaqları, qadınları, məhz türk olduğuna gprə amansızlıqla qətlə yetirib.

Arxiv sənədlərinə istinadən qeyd etmək olar ki, 1914-1921-ci ilin əvvəllərinə kimi ermənilər Qars və Ərdahanda 30.000 əliyalın əhalini məhv ediblər. Təkcə 1920-ci ildə Qarsa məxsus kəndlərdə ermənilər tərəfindən 3945 nəfər türk-müsəlman əhali acınacaqlı işgəncələrlə soyqırıma məruz qalıb. 1915-ci ildə Van və ətrafından 5200 nəfər acınacaqlı şəkildə, müxtəlif işgəncələrlə ermənilər tərəfindən soyqırıma məruz qalıb. 1916-cı ildə isə Van və kəndlərindən 44.233 nəfər türk-müsəlman əhalisi ermənilər tərəfindən görünməmiş vəhşiliklə məhv edilib.

1915-ci ildə Muşun kəndlərində 300 nəfər, Muş və ətrafında 800 nəfər acınacaqlı şəkildə, Anak monastırı qarşısında 10 nəfər, Akçan kəndində 19 nəfər canlı-canlı quyulara doldurularaq ermənilər tərəfindən məhv edilib. Alman səfiri Volff Metternix qraf fon Şülenburq 1916-cı il 5 mart tarixində Almaniya Xarici İşlər nazirliyinə Ərzincandan göndərdiyi teleqramdan “Bitlisin ruslar tərəfindən işğal edildiyi, erməni qüvvələrinin ətraf bölgədəki müsəlman xalqa qarşı böyük bir qətliam törətdərək bölgəni qan gölünə çevirdikləri, məhv edilənlərin 2-3 min nəfərə qədər olduğu haqqında məlumat vermişdi.

Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XX əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı da kütləvi qırğınlar və soyqırım törədib, deportasiyalar həyata keçiriblər. Həmin soyqırımların ilk mərhələsi 1905-1906-cı illəri əhatə edir. Tarixə ilk olaraq “erməni-müsəlman qırğınları” kimi düşən bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. Dövrün qaynaqları bu qətliamlar nəticəsində Cənubi Qafqazın 7 şəhərinin böyük dağıntılara məruz qaldığını, 12 qəzada 252 kəndin yandırıldığını və viran qoyulduğunu, 100 min ailənin qəzalardan, bir neçə min nəfərin şəhərlərdəki ev-eşiklərindən didərgin düşdüyünü, 10 min nəfərin məhv edildiyini göstərir.

Çar Rusiyası dövründə kütləvi qətliama məruz qalan türk xalqlarından biri də qırğızlar olub. 1916-cı ildə Çar Rusiyası tərəfindən məcburi surətdə hərbi səfərbərliyə alınan qırğız türklərinin etirazları zamanı baş verən qırğınlarda ruslar kütləvi şəkildə dinc əhalini qətlə yetirib.  “Türkün qətliamı” adı ilə tarixə düşən bu faciədə 100 min nəfər qırğız türkü çar Rusiyası tərəfindən soyqırıma məruz qalıb.

Fevral İnqilabının (1917-ci il) öndərlərindən biri, müvəqqəti hökumətin baş naziri olmuş Aleksandr Fyodroviç Kerenski üsyanın yatırılmasını bu şəkildə təsvir edir: “Cəza dəstələri hərbi bölüklərdən, piyadalardan, süvari və topçulardan ibarət idi. Kəndlərdə rus hərbçilərinin qarşısına çıxan bütün insanlar, yaş və cinsiyyətinə fərq qoyulmadan, qundaqdakı körpələr, qocalar, yaşlı qadınlar da daxil olmaqla qəddarcasına məhv edilib”.

Bu soyqırım siyasətinin davamı olaraq 1918-1920-ci illərdə ermənilər on minlərlə azərbaycan türkünü də qətlə yetirib. AXC dövründə yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülüb. Onların çoxunun meyiti tapılmayıb.

Fövqəladə Təhqiqat komissiyasının Şamaxı qəzası üzrə apardığı təhqiqatlarda 53 kənddə tərtib olunmuş yekun aktlarında öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilir. Bu aktlarda olan rəqəmlərə əsasən, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq idi.

Daşnak Amazaspın quldur dəstələrinin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilib. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülüb. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil.

Fövqəladə Təhqiqat komissiyasının məruzəsində bu dövrdə Lənkəran bölgəsində erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulduğu əksini tapır. Zəngəzur qəzasında isə 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanıb.

1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılıb, yandırılıb və talan edilib. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağıldılıb, 1920 ev yandırılıb, 132 min azərbyacanlı məhv edilib.

1917-1918 –ci illərdə erməni daşnak hərbi birləşmələri silsilə cinayətlərini davam etdirərək, aysorlarla birlikdə Cənubi Azərbaycanda – Urmiya, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də kütləvi qırğınlar törədiblər. 1918-ci ilin iyununda Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu qırğınların qarşısı alınıb. 1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı erməni daşnakları tərəfindən 190 minə yaxın Cənubi Azərbaycan türkünün qətlə yetirildiyi təxmin edilir.

Bütün türk dünyasını öz cənginə alan, yüz minlərlə günahsız türkün qətlinə səbəb olmuş bu qırğınlar Türküstan bölgəsində də öz acı izlərini buraxıb.

Rəsmi arxiv sənədlərinin verdiyi məlumatlara görə, ermənilər tərəfindən 1918-1919-ci illərdə Fərqanə vadisində 180 yaşayış məntəqəsi əhalisi ilə birlikdə yandırılıb. Kokandda 3 günə 10 000, Mərgilanda 7000, Əndicanda 6000, Namanqanda 2000, Kokand yaxınlığındakı Bazarkurqanda 4500, Oşda 2000, Çustda 1500 insan vəhşicəsinə qətlə yetirilib və cinayətin izini itirmək məqsədilə daşnaklar bütün meyitləri yandırıblar. Üç ay ərzində Fərqanə vadisində erməni daşnakları tərəfindən 35 000 nəfər qətlə yetirilib. 10 il davam edən bolşevik terroru nəticəsində isə Türküstanda 1 milyon 700 min nəfər günahsız insan vəhşicəsinə məhv edilib.

Xüsusilə vurğulamaq lazımdır ki, 1927-1933-ci illərdə bolşevik hakimiyyəti tərəfindən mal-mülkləri əlindən alınaraq aclığa məhkum edilmiş qazax türklərinin kütləvi şəkildə məhvi prosesi baş verib. Arxiv sənədlərinin verdiyi məlumatlara görə, 1927-1933 –cü illərdə acından və kütləvi repressiyalardan ölən qazax türklərinin sayı 2 milyon 300 min nəfərə çatıb. Bu dövrdə məhv edilən qazax əhalisi ümumən Qazaxıstan əhalisinin 54 faizinə bərabər idi.

Dövrün arxiv sənədlərinə istinad edərək bu qənaətə gəlmək olur ki, 1905-1930-cu illərdə türk dünyasında ən azı 5 milyon nəfər günahsız türk-müsəlman əhalisi rus-bolşevik-daşnaklar tərəfindən vəhşicəsinə qətlə yetirilib. 

XX əsrin sonlarına doğru Sovet imperiyasına qarşı baş qaldıran milli azadlıq hərəkatı zamanı Türk Respublikalarında həyata keçirilən repressiv tədbirlər, qətl hadisələri, xüsusilə də XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı məlum düşmənlərimizin və onların əlaltılarının türk dünyasına qarşı cinayətinin məntiqi davamı idi.

Ortaq dil, dünyagörüş, mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlanan türk xalqlarını, təəssüflər olsun ki, eyni zamanda ortaq faciə - soyqırım faciəsi də birləşdirir. Xüsusilə də, XX əsrdə çar Rusiyası və bu imperiyanın siyasi varisi olan sovet Rusiyası, zaman-zaman hərbi-siyasi alət kimi istifadə etdikləri erməni ünsürləri ilə birlikdə milyonlarla türk-müsəlman əhalisini qətlə yetirərək soyqırım siyasəti həyata keçiriblər.

Həqiqətən də “Unudulan soyqırım təkrarlanır”. Əgər biz türk dünyasında baş verən bu qətliam hərəkətlərini qan yaddaşımıza həkk edərək gələcək nəsillərə ötürməsək, bu faciələr yenidən təkrarlana bilər. Bunun üçün biz türk xalqları olaraq tariximizi, mədəniyyətimizi, mənəvi dəyərlərimizi bütövləşdirmək istiqamətində atdığımız addımlar kimi, həmçinin eyni mənbədən qaynaqlanan faciələrimizi də birləşdirib ortaq bir “TÜRK XALQLARININ SOYQIRIMI” anım gününü təsis edərək, rəsmi şəkildə hər il bütün türk dünyasında qeyd etməliyik. Ən azından, bunu türk dünyasına qarşı soyqırımların təkrarlanmaması naminə etməliyik...

Mübariz AĞALARLI
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi,
ADPU-nun dosenti




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ