şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanın virusla özünəxas mübarizə yolu - təşəbbüskarlıq, qloballıq, liderlik, "vaksin ədalətsizliyi” barədə öncədən Prezident xəbərdarlığı... Aydın Quliyev yazır...

Image


Qlobal miqyasda son illərdə özünü parlaq göstərən bir neçə istiqamətli təzahürlər var ki, dövlətlərin arasında inkişafa yönəlik rəqabət yaratmaqla maraqlı reytinq siyahıları ortaya qoyub.

Burada təkcə Davos İqtisadi Forumu kimi platformaların ən müxtəlif göstəricilər üzrə dövlətlərin reytinqini sıralayan siyahılar tərtib etməsindən söhbət getmir. Təbii, texnogen və ya insan faktorunun təsiri altında yaranaraq, bütün dünya üçün yaranmış risqlərlə mübarizədə dövlətlərin ortaya qoyduğu nəticələr üzrə sıralanmalar daha maraqlı müqayisələr aparmağa materiallar verir. Məsələn, dünya neft böhranı bütün bəşəriyyəti ciddi iqtisadi-maliyyə sınaqları ilə üz-üzə qoyanda bu vəziyyətdən ən optimal çıxış yollarının axtarışı, sözsüz  ki, ölkələr arasında spesifik və qlobal rəqabətin əsaslarını yaratdı. Qeyri-neft sektorunun üstün inkişaf templərinə əsaslanan yeni iqtisadi modellərin tətbiqi uğrunda əsl yarış başladı. Bir neçə beynəlxalq reytinq siyahısına baxmaq kifayət edir ki, Azərbaycan da daxil olmaqla, hansı ölkənin bu kontekstdə nə kimi nəticələrə ulaşdığını görə bilək. Reytinq sorğularına əsasən, Azərbaycanın qeyri-neft istehsalı və ixracı sahəsində sanballı göstəricilərə sahib olduğu artıq mübahisə doğurmur. Eyni sözləri koronavirus pandemiyası ilə bir il əvvəl başlanmış qlobal mübarizədə kimin nəyə nail olduğu ilə də bağlı söyləmək olar. Həm də maraqlıdır ki, bəzi ölkələr pandemiya ilə mübarizənin heç bir mərhələsində və istiqamətində özünəməxsus və təqdirəlayiq nəticə

ortaya qoya bilmədiyi halda, bizim ölkəmiz dərhal bir neçə seqment üzrə çoxlarından fərqli və ya üstün model yarada bildi. Məhz bunların sayəsində Azərbaycan koronavirusla qlobal mübarizənin indiyə qədərki mərhələlərində bir neçə təşəbbüsün və zirvənin sahibi ola bildi.

Ən yeni fakt kimi Azərbaycanın vaksinləşdirmə səviyyəsinə görə bir neçə yüz milyonluq MDB coğrafiyasında liderlik göstəriciləri nümayiş etdirməsini qeyd etmək olar. Faktdır ki, Azərbaycan istisnasız olaraq heç də bütün iqtisadi, siyasi, hərbi, sosial, humanitar və sair parametrlər üzrə MDB-nin lider ölkəsi deyil. Lakin bir neçə çox əhəmiyyətli seqmentlər, o cümlədən koronavirusa qarşı vaksinləşmə səviyyəsi üzrə Azərbaycanın MDB liderliyi faktdır və ciddi əsaslara malikdir. Azərbaycan bu nəticəyə necə nail oldu?

Koronavirusla mübarizənin ilk günlərindən başlayaraq bütün mərhələlər üzrə Azərbaycanda həyata keçirilən sistemli tədbirlər öncədən ölkəmizin hansı hədəfə yönəldiyini dəqiq tutmağa imkan verirdi. İlkin olaraq ölkəyə giriş-çıxışın bağlanması, regionların imkan daxilində bir-birindən təcrid edilməsi başlanğıcda müəyyən əhali qrupları tərəfindən anlaşılmaz qarşılansa da, hədəflər dəqiq vurulanda hər kəs bunların məqsədyönlü bir sistemin elementləri olduğunu qəbul etdi. Azərbaycan bir çox ölkələrdən daha əvvəl bütün səhiyyə və digər potensialları virusla mübarizə naminə səfərbər edərək, mövcud infrastrukturları işə saldı və yenilərini yaratdı. Həm də bunu qısa müddətdə etdi. Cəmi 6 laboratoriya az vaxtda 40-dan yuxarı çıxdı, modul xəstəxanalar inşa edildi, milli maska istehsalına başlandı və sair. Pandemiya ilə mübarizənin sərt, lakin lazımlı qadağa və məhdudiyyətlərinin hamılıqla icra edildiyi qanun normaları və ictimai davranış mühiti formalaşdırıldı. Bircə "evdə qal" kampaniyasının Azərbaycanda hansı böyük ictimai entuziazmla icra olunduğunu xatırlamaq kifayətdir. Prezident və onun müvafiq komandası Azərbaycanı bütünlüklə koronavirus əleyhinə mübarizə relslərinə çıxarmaqda həqiqətən "klass nümunə" yaratdı. Bütün bunlar Azərbaycanın koronavorusla mübarizə müstəvisində milli model yarada bilmiş tək-tək ölkələrdən biri olmasını şərtləndirdi.

Azərbaycan üçün fərqli göstəricilərdən biri də koronavirusla qlobal mübarizə təşəbbüsləri ortaya qoya bilməsidir. Yada salaq. Prezident İlham Əliyev bu istiqamətdə ilk beynəlxalq videokonfrans nümunəsini ortaya qoydu, Türk dövlətləri Şurası və Qoşulmayanlar Hərəkatı formatında videokonfrans müzakirələrini məhz pandemiya ilə mübarizəyə həsr etdi. Hətta BMT-nin pandemiya ilə xüsusi mübarizə konfransının çağırılması təşəbbüsü ilə çıxış etdi ki, bu da öz həllini tapmaqla Azərbaycanın sayılan və xarizmatik dünya qüvvəsinə çevrildiyini nümayiş etdirdi.

Azərbaycanın, ötən bir ildə öz vətəndaşlarını qorxulu pabdemiyadan qorumaq tədbirləri ilə yanaşı, mütləq əksər ölkələrdən üstün və fərqli olaraq ÜST-yə və ehtiyacı olan ölkələrə də əl tutması, yəqin ki, unudulmayıb. 30 ölkəyə yardım etmək, ÜST-yə iki partiyada hər dəfə 10 milyon dollar kömək etmək Azərbaycanın humanitar akrivində dəyərli ümumdünya faktlarıdır. Təsadüfi deyil ki, pandemiyanın tüğyan etdiyi ildə Azərbaycanın milli və qlobal müstəvidə fəaliyyətləri bir neçə dəfə ÜST, BMT və digər beynəlxalq təşkilat və platformalar səviyyəsində yüksək qiymətləndirilib. Hətta bəzi Avropa ölkələrindən daha əvvəl sistemli antikorona tədbirlərinə başlamış Azərbaycan bu tempi vaksinasiyanın başlanğıc mərhələsində də davam etdirdi. Faktdır ki, bizim ölkəmiz dünyanın bir neçə inkişaf etmiş ölkəsi ilə eyni vaxtda vaksinasiya tədbirlərinə start verib. Demək, dövlətin sosial məsuliyyətlilik platforması yerindədir, insanın sağlamlıq və təhlükəsuzlik amili lazımınca düşünülür.

Azərbaycanı koronavirusla mübarizə müstəvisində liderlərin sırasına aparan yol üzərində təhlillər az əhəmiyyət kəsb etməyən başqa bir məsələni də qarşıya çıxarır. Məhz bizim ölkənin lideri dünyanı gözləyən qorxulu "vaksin ədalətsizliyi" deyilən təhlükə barədə hələ xeyli əvvəl xəbərdarlıq etmişdi. Sonrakı proseslər Azərbaycan Prezidentinin hansı miqyaslı təhlükə barədə öncədən danışdığını hamıya göstərdi. Prezidentin kəskin sarkazma çevrilmiş "dünya əhalisinin cəmi 14 faizini əhatə edən inkişaf etmiş ölkələr bütün vaksinlərin 50 faizdən çoxunu niyə sifariş edib" sualı, əslində güclü bir ittiham və uzaqgörənlik nümunəsidir. Azərbaycan Prezidentinin "vaksinlər uğrunda dünya mübarizəsi kəskinləşəcək" kimi öncədən dediyi fikrin də öz təsdiqini daha dəqiq tapacağına söz yoxdur. Hər şey göz qabağındadır və Prezidentin dediyinə doğru gedir.

Göründüyü kimi, Azərbaycan koronavirusla mübarizəni ən uğurlu formada başlatdığı kimi, onun vaksinləşmə mərhələsini də eyni templə başladaraq lider nəticələrə doğru şəstlə gedir. Vaksinləşmədə Azərbaycanın MDB liderliyinə gedən yolu təyinedici faktlarla olduqca zəngindir...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ