şənbə günü, 03 oktyabr 2026
     

Ayrılmış yeni partiya sədri Ramil Hüseynli keçmiş rəhbəri Əli Əliyevlə debata gedəcəkmi... - MÜSAHİBƏ

Image


Azərbaycanda daha bir siyasi partiya yaradılıb. “Yeni Yol” adlanacaq bu partiya təsis qurultayını keçirən kimi onun cavan sədri Ramil Hüseynlinin verdiyi ilk bəyanat çox iddialı oldu.

“YYP iqtidarı YAP-dan təhvil almağa hazırdır"  bəyanatının arxasında hansı güçün və ideologiyanın durduğu bizə maraqlı gəldiyi üçün, yeni yaradılan partiyanın sədrilə bəzi detalları müzakirə etmək qərarına gəldik. Saat 12-yə az qalıb, ancaq  partiya sədrinin telefonu hələ də sönülüdür. Nəhayət, bizə özü zəng vurur.

- Ramil bəy, yəqin bu saata kimi hələ yuxudan oyanmamışdınız. Çox böyük iddia ilə siyasi arenaya atılan bir partiya sədri üçün saat 12-yə qədər telefonu qapalı saxlamaq sizcə normaldırmı?

- Siz mənim nə vaxt yatdığımı niyə soruşmursunuz? Biz komandamızla çox gərgin işləyirik. Səhər üzü saat 5-ə qədər işləmişik. Bu baxımdan da, 12-yə qədər dincəlməyim normal sayıla bilər. Mənim başqa nömrəm də var, o açıq olur. Yəqin o nömrəni yığmayıbsınız.

- Təsis qurultayınızda hansı qərarlar qəbul edildi?

- Martın 28-də Yeni Yol Partiyasının təsis qurultayı keçirilib. Onlayn formada keçirilən toplantıda 142 qurultay nümayəndəsindən 111 nəfəri iştirak edib. Qurultayda YYP-nin Məramnamə və Nizamnaməsi qəbul olunub. YYP Təşkilat Komitəsinin sədri kimi məni partiyanın sədri seçdılər. 40 nəfərdən ibarət Mərkəzi İdarəetmə Qurumu (MİQ) və 5 nəfərlik Nəzarət-Təftiş Komissiyası (NTK) formalaşdırılıb. Qurultay müvafiq sənədlərin hazırlanaraq partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilməsi ilə bağlı işlərin aparılması məqsədilə partiyanın rəhbərliyinə səlahiyyət verib.

- Sizi hamı Əli Əliyevin rəhbərlik etdiyi Vətəndaş və İnkişaf Partiyasının (VİP) funksioneri kimi tanıyırdı. Birdən-birə niyə həmin partiyadan ayrılıb müstəqil xətt yürütmək qərarına gəldiniz və bu ayrılıq niyə belə sakit tərzdə baş tutub?

- Əslində, bu hadisə sakit olmayıb. Mən həmin partiyadan ayrılmaqla bağlı qərarımı bir il əvvəl vermişəm və bu barədə bir neçə dəfə elan da vermişəm.

- Sizin Əli Əliyevlə çox yaxşı münasibətləriniz vardı, birdən-birə niyə onunla yollarınızı ayırmaq qərarını verdiniz?

- Mən siyasi baxışlarda olan ayrılıqları şəxsi münasibətlərə şamil etmək istəməzdim. Qəbul edirəm ki, mənimlə Əli Əliyevin siyasi baxışları arasında fərqlilklər ortaya çıxdı və buna görə də yolumu ayrı davam etdimək qərarına gəldim. Güman etmirəm ki, bu qərarın bizim şəxsi münasibətlərimizə ciddi təsiri ola bilər. Lider olmaq istəyən şəxslər belə detalları şəxsi münasibətlərə şamil etməməlidir.

- Bəlkə, sizin ayrılmağınızın səbəbi Əli Əliyevin hakimiyyətə qarşı daha radikal mövqedə olması ilə bağlı olub?

- Qətiyyən. Hər kəsin öz xətti var. Bizi qane etməyən məsələlərlə bağlı bizim partiya da iqtidara qarşı sərt mövqedən çıxış edəcək.

- Hansı detallar var ki, siz onu əvvəl təmsil olunduğunuz VİP-də deyil, yeni yaratdığınız YYP-də həyata keçirmək istəyirsiniz?

- VİP-dən ayrılanda mənim siyasi təşkilat yaratmaq fikirim olmayıb. Ancaq qısa zamanda hiss etdim ki, sərbəstlik daha gözəldir. Partiyadan ayrılandan sonra azadlığın necə şirin nemət olduğunu bir daha anladım. Mənim özümün prinsiplərim var. Onları həyata keçirməyin yolunu yeni partiya yaratmaqda gördüm. Mən siyasətə VİP-dən əvvəl gəlmişəm. 1996-cı ildən siyasi proseslərin içində olmuşam. Ondan əvvəl də siayasi proseslərlə yaxından maraqlanmışam. Bu baxımdan da, mənim partiya yaratmağımda qeyri-adi nəsə ola bilməz. Müxalifətdə təmsil olunan partiya sədrlərinin çoxunun güclü potensilaı var. Təəssüf ki, onlar öz potensiallarını düzgün istiqamətləndirə bilmirlər. Mən müxalifət partiyalarının uğursuzluğunu millətin uğursuzluğu ilə eyniləşdirirəm. Çünki partiyaların hamısı millətdən formalaşır. Burada hakimiyyətin də günah payı var.

- Bu gün aranızda olan fikir ayrılıqlarını keçmiş sədriniz Əli Əliyevlə açıq debatda müzakirə etməyə hazırsınızmı?

- Mən istər müxalifəti, istərsə də iqtidarı təmsil edən istənilən partiya sədri ilə debata hazıram.

- Qurultaydan dərhal sonra belə bir iddialı açıqlama verdiniz ki, YAP-dan hakimiyyəti almağa hazırsınız. Sizcə bu iddia real imkanlarınızla uzlaşırmı?

- Müharibədən sonrakı dönəmdə mən İlham Əliyevə rəqib ola biləcək siyasi lideri siyasi arenada görmürəm. Mən dediyiniz fikri bir qədər fərqli formada işlətmişəm. Demişəm çox aktiv olmalıyıq ki, növbəti mərhələdə hakimiyyəti YAP-dan ala bilək. Mən iddiamın arxasında dururam. Çünki istənilən partiyanın ali məqsədi hakimiyyətə gəlmək olmalıdır. Bu baxımdan ilk iddiamızın bu şəkildə olması təbiidir. Ola bilər ki, bu iddiamızı təkbaşına deyil, başqa dost partiyalarla birgə reallaşdıra bildik.

- Partiyazınızın siyasi oriyentasiyası necədir?

- Biz sağ-mərkəzçi partiya kimi fəaliyyət göstərəcəyik. Buna baxmayaraq, bütün spektrdə olan siyasi institutlarla əməkdaşlığa hazırıq.

- Özünüzü tam müxalifət partiyası sayırsınızmı?

- Təəssüflər olsun ki, bizim ölkədə bəzi siyasətçilər sanki kimin müxalifətçi olub-olmadığını təyin edən indikator rolunu üzərlərinə götürürlər. Sanki həmin cameədəki təmsilçiliyə onlar lisenziya verirlər. Belə deyil. Kim qəbil etmirsə, özü bilər, ancaq biz müxalif partiya kimi meydana atılmışıq.

- Ölkədəki yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində işlər gedir. Siz  bu kontekstdə qeydiyyat və qərargahla təmin olunmanızla bağlı məsələni həll etməyi düşünürsünüzmü?

- Bəli, bu yenilikləri görürük. Artıq sənədlərimizi yaxın günlərdə qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etməyi düşünürük. Digər məsələlərlə bağlı isə qeydiyyatdan sonra addımlar atacağıq. Bir sözlə, ardıcıllığı pozmaq istəmirik. Bu heç də o demək deyil ki, partiya qərargahsız olacaq. Öz daxili imkanlarımız hesabına belə problemləri həll etməyi düşünürük.

- Media ilə əməkdaşlığı hansı səviyyədə qurmağı planlayırsınız?

- Bütün sahələr üzrə sağlam münasibətlərin qurulmasının tərəfdarıyıq. Xalqla gizlənpaç oynamaq niyyətində deyilik. Mediaya açıq olacağıq. Fürsətdən istifadə edib, sizin qəzetə də minnətdarlığımı bildiriəm ki, qurultaydan sonra ilk müsahibəni siz aldınız.

- Qurultaydan sonra hansısa partiyalardan təbriklər alıbsınızmı?

- Hələ ki, belə təbrik almamışıq. Çünki qurultalya bağlı məlumatı geniş şəkildə ictimailəşdirmədik.

- Hətta Əli Əliyev də sizi təbrik etməyib?

- Xeyr, etməyib.

- Fəaliyyətinizdə uğurlar arzulayırıq.

- Mən də sizə dərin təşəkkürümü bildirirəm.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ