şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanın daxilində və xaricində bir-birini dəqiq tamamlayan multikulturalizm siyasəti...

Image


“Azərbaycan Avropa ilə Asiyanın, Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkədir. Bu coğrafi mövqe ölkəmizi səciyyələndirən zəngin müxtəlifliyə təsir göstərib. Azərbaycanda məskunlaşan xalqlar arasında həmişə dostluq və qardaşlıq münasibətləri olub.

Çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir. O cümlədən, Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir. Bizim fondumuz bu müştərək işi gələcəkdə davam etdirməyə həmişə hazır olacaq”.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu fikirləri bir neçə il əvvəl Vatikana səfəri çərçivəsində Müqəddəs Taxt-Tac ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan müzakirələr və fondun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılış mərasimi zamanı İtaliyanın və Vatikanın aparıcı kütləvi informasiya vasitələrinin “Müsəlman ölkəsi olan Azərbaycandakı fond xristian irsinin bərpası ilə bağlı işləri nə üçün maliyyələşdirir” -sualına cavabında bildirib.

  • Müsəlman ölkəsinin xristian abidəsinin bərpasına töhfə verməsinin tarixdə bir ilk olduğu diqqətdən yayınmır

Həmin səfərdən sonra İtaliyanın “Avvenire” və “La Repubblica” qəzetlərinin saytlarıında , Vatikanın geniş oxucu kütləsinə malik “News.va” xəbər saytında, “Roma sette” informasiya portalında, Katolik xəbər agentliyi kimi tanınan “ACİ stampa” media qurumunun saytında, “Vatikan radiosu”nun saytında, Vatikanda dini xəbərlərin yer aldığı ən nüfuzlu qəzetlərdən biri olan “L’Osservatore Romano”da kardinal Ravazinin məxsusi məqaləsində və digər kütləvi informasiya vasitələrində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası haqqında geniş məlumatlar dərc olundu, informasiyalar yayımlandı. Xristian dünyasının önəmli mədəni dəyərlərindən olduğu bildirilən bu katakombaların bərpasının Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında ­2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirildiyi eyd edilirdi. Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri, kardinal Canfranko Ravazinin müsəlman ölkəsinin xristian abidəsinin bərpasına töhfə verməsinin tarixdə bir ilk olduğunu deməsi diqqətdən yayınmır.

  • Katakombalarda bərpa işləri ən son texnologiyalardan istifadə edilməklə və olduqca həssas şəkildə həyata keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə xristian katakombaları arasında önəmli yeri olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası yerli din xadimləri tərəfindən də yüksək qiymətləndirilirdi. Bildirilirdi ki, incə əl işləri ilə, həssaslıqla həyata keçirilmiş bərpadan sonra bu katakombalar Mərhəmət yubileyi çərçivəsində Romaya gələn turistlərin ən çox ziyarət etdiyi məkan olacaq.

İtaliya və Vatikan kütləvi informasiya vasitələrində dərc edilən məlumatlarda geniş oxucu kütləsinə bildirilirdi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarında aparılan bərpa işləri ən son texnologiyalardan istifadə edilməklə və olduqca həssas şəkildə həyata keçirilib.

Yerli əhalinin xristian abidəsinin müsəlman ölkəsinin töhfəsi ilə yenidən həyata qaytarılması barədə fikir səsləndirməsi Heydər Əliyev Fondunun xeyirxah təşəbbüslərinin sərhəd tanımadığının nümunəsi kimi qəbul edilib, bunun dünya ölkələrinə nümunə olduğu bildirılib. Mehriban xanım Əliyevanın “Bizim ən böyük dəyərimiz ölkəmizdə müxtəlif dinlərin bir arada mövcudluğudur” – fikri, demək olar ki, nüfuzlu  kütləvi informasiya vasitələrinin manşetində yer aldı.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond təsis olunduğu müddət ərzində təkcə ölkə həyatının bütün sahələrində irimiqyaslı layihələr həyata keçirməklə, ehtiyacı olanlara kömək əlini uzatmaqla, onlara sevinc bəxş etməklə deyil, dünyanın əksər ölkələrində, çox-çox uzaqlarda insanların, din xadimlərinin böyük sevgisini qazanıb.

  • Keçirilən tədbirlər ölkəmizin, zəngin dövlətçilik ənənələrimizin dünyada tanıdılması istiqamətində əvəzsiz töhfələrdəndir

Bu gün dünyanın bir sıra ölkələrində ictimai-siyasi həyatda hökm sürən gərginliyin, kütləvi etiraz aksiyalarının və münaqişələrin daha da artdığı, miqrant axınının kütləvi xarakter aldığı, hətta bəzi regionlarda dini amildən bir vasitə kimi istifadə edilərək, sülhə və təhlükəsizliyə təhdid törədildiyi gərgin və çətin şəraitdə Azərbaycanın, xüsusilə Heydər Əliyev Fondunun əsl tolerantlıq nümunəsi göstərməsi, mədəniyyətlər və sivilizasiyalararası dialoqa geniş meydan verməsi, ölkəni bu istiqamətdə tədbirlərin keçirildiyi məkana çevirməsi dünya birliyində də yüksək qiymətə layiq görülür.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə, Romada, Vatikanda, Berlində, Londonda, Varşavada və digər ölkələrdə keçirilən tədbirlər ölkəmizin, zəngin dövlətçilik ənənələrimizin dünyada tanıdılması istiqamətində əvəzsiz töhfələrdəndir.

  • Heydər Əliyev Fondu tərəfindən görülən bu işlər bir daha Azərbaycanın mültikultural dövlət olduğunu göstərir

Qeyd edək ki, Fond xristian abidələrinə diqqət çərçivəsində ölkəmizin daxilində də xeyli işlər görüb. Qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin Nic qəsəbəsindəki Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə verilib. Açılışda Heydər Əliyev Fondunun nümayəndələri, rayonun rəhbər şəxsləri, Alban-Udi Dini İcmasının üzvləri, Azərbaycanda yaşayan xristianlar iştirak edib.

Heydər Əliyev Fondunun  “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində maddi-mədəni irsə, tarixi abidələrə verilən dəyərin şahidi oluruq. Layihə çərçivəsində abidələrin təmir-bərpası işləri, Azərbaycanla yanaşı, Fransa, İtaliya, Rusiyanı əhatə edir. Fond bu ölkələrdə də bir çox tarixi abidələrin, kilsələrin təmir-bərpasını həyata keçirib, hazırda da edir. Heydər Əliyev Fondu tərəfindən görülən bu işlər bir daha Azərbaycanın mültikultural dövlət olduğunu göstərir. Hazırda Qarabağın işğaldan azad olunan ərazilərinə baxdıqda məlum olur ki, ermənilər tarixi abidələrə qarşı vandalizm aktları törədib, məscidləri dağıdıblar. Azərbaycan dövləti isə kilsələri təmir edərək gələcək nəsillərə çatdırmağa çalışır. Nic qəsəbəsindəki Alban Udi Kilsəsinin tikintisinə XII əsrdə başlanılıb, XVIII əsrdə başa çatdırılıb. Sonradan bu kilsə ermənilərin əsarətinə düşüb, onlar tərəfindən dağıdılaraq yararsız hala salınıb. Heydər Əliyev Fondu 2019-cu ildə kilsənin təmirinə başlayıb, bərpa işləri başa çatdırılaraq istifadəyə verilib. Bu, Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən təmir edilən ikinci kilsədir. 2006-cı ildə udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsində “Cotari” Alban Udi kilsəsi təmir edilib. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var, xristianlarla müsəlmanlar bir yerdə həmişə mehriban yaşayıblar.

  • Alban Apostol Kilsəsi ləğv edilib, onun maddi və mənəvi irsi ermənilərin Qriqorian kilsəsinin təsiri altında erməniləşdirilib

Alban Udi Dini İcmasının sədri Robert Mobili bildirib ki, Qəbələdə Müqəddəs Məryəm Ana Kilsəsinin təmir və bərpa edildikdən sonra istifadəyə verilməsini tarixi həqiqətin bərpa olunması saya bilərik: ”XII əsrdə təməli qoyulan, XVIII əsrdə istifadəyə verilən bu Alban Udi Kilsəsi ermənilərin tabeliyinə verilməlidir. Təzyiq və təsirlərdən sonra 1836-cı ildə Alban Apostol Kilsəsi ləğv edilib, onun maddi və mənəvi irsi ermənilərin Qriqorian kilsəsinin təsiri altında erməniləşdirilib, sənədlər, arxiv materialları, lövhələri dəyişdirilərək saxtalaşdırılıb. İndi Udilərin tarixi həqiqəti bərpa olunur. Bu gün kilsədə birinci duamız Qarabağın erməni işğalından azad edilməsi uğrunda döyüşən Azərbaycan əsgəri üçün oldu. Biz çox sevinirik ki, Qarabağdakı şəhərlər və kəndlər erməni işğalından azad edilir. Ermənilər Qarabağda İslamla bağlı, Qədim Qafqaz Albaniyası ilə bağlı tarixi məhv ediblər. Qarabağdakı kilsələr Alban xristianlarına məxsusdur, sonradan ermənilər onları öz adlarına çıxıblar. Qarabağdakı tarixi Alban məbədlərinin böyük bir qismi ermənilər tərəfindən qriqorianlaşdırılıb. Biz udilər Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq hazırda Qəbələ və Oğuzdakı alban məbədlərində ibadət etdiyimiz kimi, işğal altındakı Alban kilsələrində, o cümlədən Laçındakı Ağoğlan, Kəlbəcərdəki Gəncəsər, Ağdərədəki Müqəddəs Yelisey və onlarla digər belə məbədlərdə ibadət edəcəyimiz günləri səbrsizliklə gözləyirik”.

  • Erməni (Qriqori) kilsəsi bərpa edilib və ziyarət üçün açıqdır

Qeyd edək ki,  “Xristian irsimizi tanıyaq” adlı layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur. İlk videoçarx Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Kiş Alban məbədinə həsr olunub.

Azərbaycanda xristianlıq hələ İsa Məsihin həvariləri dövründə - eramızın I-II əsrlərində yayılmağa başlayıb. Bu fəaliyyət xristianlığı yaymaq məqsədilə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına gələn həvarilər Varfolomey və Faddeyin, eləcə də Faddeyin yetirmələri olan Yelisey və Marın adları ilə bağlıdır. Həmin dövrdə indiki Şəki rayonunun Kiş kəndi ərazisində “Şərq kilsələrinin anası” kimi məşhurlaşan Qafqazın ilk xristian məbədinin əsası qoyulub. Daha sonra Qafqaz Albaniyasının digər yerlərində də xristian icmaları meydana gəlib, beləliklə, həvari mənşəli Alban Kilsəsi təşəkkül tapıb.

Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir dinc yanaşı yaşayır, qurub-yaradırlar. Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir və onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-ci ilin oktyabr ayında Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirib.

Son 20 ildə Bakıdakı Rus Pravoslav Baş Kafedral kilsəsi (“Jen Mironosets” pravoslav kafedral kilsəsi), "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsi dövlət tərəfindən təmir edilib, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni (Qriqori) kilsəsi bərpa edilib və ziyarət üçün açıqdır. Burada qədim kitablar da qorunub saxlanılır və kilsəni ziyarət edən xarici qonaqlar da bunu təqdirlə qeyd edirlər.

  • İşğaldan azad edilmiş ərazilərimizdə  də  xristian dini mirasına dövlətin böyük diqqəti var

Azərbaycan təkcə ölkə daxilində deyil, dünya miqyasında xristian irsinin qorunmasına töhfələr verməsini sadalayacağımız faktlar bir daha subut edir. Ölkəmizin dəstəyilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarının, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilən Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin ucaldılması bu faktların sırasındadır. Bununla yanaşı, Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilib. İşğaldan azad edilmiş ərazilərimizdə də xristian dini irsinin və abidələrinin mənşəyindən asılı olmayaraq yüksək səviyyədə qorunması, bərpa edilərək  istifadəyə verilməsi istiqamətində işlər görülür.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ