şənbə günü, 03 oktyabr 2026
     

Kansler seçkisi ərəfəsində Azərbaycan amili niyə ön plana çıxdı... Alman KİV-nin yeni PR-da “xoruzun quyruğu” göründü

Image


Məlumdur ki, bu ilin yanvarında Almaniyanın hakim Xristian Demokrat İttifaqı Partiyasının yeni sədri seçilib. Armin Laşet yanvardan partiyaya sədrlik edir. Qeyd edək ki, bu ilin sentyabrında keçiriləcək seçkilərdə Xristian Demokrat İttifaqı Partiyası qalib gələrsə, Armin Laşet Almaniya kansleri olacaq.

Almaniyanın hazırkı kansleri Angela Merkel Xristian Demokrat İttifaqı Partiyasının sədri postunu 2018-ci ildə tərk edib. Bununla belə, kansler vəzifəsində qalıb. Angela Merkel partiyanın hələ 2018-ci ilin oktyabrında keçirilən qurultayında sədrlikdən getdiyini bildirərək, 2021-ci ilin sentyabrında baş tutacaq seçkilərdə beşinci dəfə kansler vəzifəsi üçün mübarizə aparmayacağını açıqlayıb. Bu fonda Almaniyanın digər siyasi qüvvələri sentyabrda keçiriləcək seçkilər yaxınlaşdıqca daha çox fəallıq göstərir. Axı, onları seçkilərdə dəfələrlə məğlub etmiş Angela Merkel həm siyasətdən, həm də vəzifədən gedir. Bu vəziyyətdə özlərinə reytinq toplamaq üçün digər siyasi qüvvələr müxtəlif cəhdlər edir. Bura bəzi ölkələrə qarşı qarayaxma kampaniyası aparmaq, müəyyən lobbi qüvvələrinin dəstəyini almaq cəhdləri də daxildir. Elə Azərbaycana qarşı bəzi alman KİV-lərində başlanan qarayaxma kampaniyası da bu rakursdan izah edilir. Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov da bildirir ki, Almaniyada bu il keçiriləcək seçkilərlə bağlı müəyyən qüvvələr rəqiblərinə qarşı “Azərbaycan kartı”ndan istifadə etməyə meyllidir: “Almaniya mediasında Azərbaycanla bağlı mənfi materiallar bu il Almaniyada keçiriləcək parlament seçkilərilə bağlı ola bilər. Məlum olduğu kimi, Angela Merkel də vəzifəsindən getmək niyyətindədir. Seçki ərəfəsində bir sıra oyunçuların rəqiblərinə qarşı “Azərbaycan mövzusu”ndan istifadə etmək meyli üzə çıxacaq. Belə oyunçular təşkil etdikləri informasiya hücumlarının daha çox səmərə verməsi üçün Azərbaycanı məhz mənfi şəkildə qələmə verməyə çalışırlar”. Ekspertin fikrincə, bəzi avropalı siyasətçilərin Azərbaycana münasibəti onların Türkiyəyə, yaxud Avropadakı türk icmalarına dair mövqeyinə görə müəyyənləşə bilər.

Bununla bağlı gələcəkdə münasibətlərin yoluna qoyula biləcəyini də dilə gətirən rusiyalı politoloq “report”a açıqlamasında bildirib ki, Almaniya XİN-i səviyyəsində Türkiyəyə qarşı səsləndirilən tənqidlərə baxmayaraq, Berlin Ankaraya münasibətində “qapını çırpmağ”a da həvəsli görünmür: "Angela Merkel də Türkiyənin strateji əhəmiyyəti barədə danışıb. Yəqin ki, iki ölkə arasında müəyyən isinmə baş verdikdən sonra Almaniya-Azərbaycan münasibətlərində də yeni perspektivlər ortaya çıxacaq”.

Hazırda Almaniyada sosialistlər və yaşılların timsalında solçular Xristian Demokrat İttifaqının 16 illik fasiləsiz hökmranlığından sonra hakimiyyətə can atır. Almaniyadakı jurnalistlər daha çox bu siyasi qüvvələrə rəğbət bəsləyir və bu gün deyirlər ki, Azərbaycan yalnız daxili siyasi mübarizədə bir vasitədir, lakin kampaniyanın məqsədi deyil. Burada lobbi amili də diqqətdən yayınmır. Xüsusən də erməni lobbisi Almaniyada müəyyən qüvvələri Azərbaycana qarşı qoymağa çalışır. Məsələn, sirr deyil ki, Ermənistanın Almaniya Bundestaqında ən fəal lobbiçilərindən biri Türingiyadan olan deputat Manfred Qrunddur. Bu şəxs daim Azərbaycana qarşı mövqe sərgiləyir. Almaniya-Ermənistan Forumunun təsisçiləri arasında isə adları erməni mafiyası məsələsində hallanan şəxslər də var.

Bunlar fonunda siyasi şərhçi Zaur Məmmədov da bir sıra maraqlı detallara toxunur. Politoloq uzun müddətdir Almaniyanın müəyyən məsələlərlə bağlı Azərbaycana qarşı ayrıseçkiliyə yol verdiyini vurğulayaraq bildirir: “Söhbət birbaşa olaraq Almaniyada müxtəlif siyasətçilərə və kütləvi informasiya vasitələrinə (KİV) təsir mexanizmləri olan 3-cü ölkələrdən gedir. Məsələ çox ciddidir və düşünürəm ki, Almaniya KİV-lərinin və ayrı-ayrı siyasi partiyalarının bölgə ilə bağlı siyasətində biz ilk növbədə həmin təşkilatların fəaliyyətini araşdırmalıyıq. Əgər bu KİV-lərin və partiyaların fəaliyyətini araşdırsaq, o zaman onların kimlərinsə sifarişlərini yerinə yetirdiklərini müşahidə edəcəyik. Son zamanlar Azərbaycanın artan nüfuzu və Qarabağla bağlı Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşması, Azərbaycan və Türkmənistan arasında qaz yatağı ilə bağlı imzalanan saziş, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol hər kəsə məlumdur. Qarşıda Avropa İttifaqı və Azərbaycan arasında güclənən münasibətlərin şahidi ola bilərik. Lakin təəssüflər olsun ki, bəzi qruplar bu münasinbətlərə xələl gətirmək üçün əllərindən gələni əsirgəmir”. Politoloq əlavə edib ki, özünü müstəqil və ədalət carçısı kimi qələmə verən, humanizm prinsiplərindən dəm vuran jurnalistlər ilk növbədə Ağdama, Füzuliyə və digər ərazilərimizə gələrək, ermənilərin törətdiyi vəhşilikləri gözləri ilə görməlidirlər: “Onlar gəlib ermənilərin qəbir daşlarını necə dağıtdıqlarını və sümükləri necə çıxardıqlarını müşahidə etsinlər. Yaxud postmüharibə dövrü olmasına rəğmən Ermənistanı mina xəritələrini Azərbaycana vermədiyi üçün tənqid atəşinə tutsunlar. Lakin biz sifariş alan jurnalistlərin, ayrı-ayrı parlamentarilərin və partiya mənsublarının bu davranışlarını görməyəcəyik”. Zaur Məmmədovun sözlərinə görə, Almaniya və Fransada, o cümlədən İtaliyada olan bəzi qruplar İkinci Dünya müharibəsindən sonra uzun müddətdir ki, ABŞ və Rusiyanın müxtəlif şirkətlərinin marağı altındadırlar: “Bu şirkətlərin, adlarını sadaladığımız ölkələrdəki müəyyən qruplara böyük təsir imkanları mövcuddur. Bu məsələlərin dərin kökləri var. Ona görə də, səthi yanaşmaq və yalnız bir istiqamətində fikir yürütmək düzgün deyil”.

Burada qeyd edək ki, Azərbaycanla Almaniya arasında illik iqtisadi dövriyyə keçən il 800 milyon dollara yaxın olub. Bu göstərici hələ pandemiyanın ən sərt zamanlarında qeydə alınıb. Bu gün illik dövriyyəsi milyard dollar olan 100-dən artıq alman şirkəti Azərbaycanda fəaliyyət göstərir. Yəni həm iqtisadi, həm də siyasi baxımdan iki dövlət arasında sıx münasibətlər var. Azərbaycan regionun siyasi, iqtisadi, hərbi cəhətdən güclü ölkəsidir və Avropanın enerji təminatında mühüm rol oynayır. Bu səbəbdən Almaniya Azərbaycanla münasibətləri daim inkişaf etdirməli, hansısa cılız maraqlara görə bu münasibətlərə zərbə vurmamalıdır.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ