şənbə günü, 03 oktyabr 2026
     

ABŞ ordusu da Azərbaycan təcrübəsini öyrənməyə başlayıb – Qarabağ savaşı Pentaqonun “sarsıt və qorxut” taktikasını gözdən saldı...

Image


Azərbaycan ordusunun Qarabağda 44 günlük müharibə zamanı əldə etdiyi möhtəşəm zəfər bundan sonra da uzun müddət ərzində dünya dövlətləri, hərbi araşdırma mərkəzləri tərəfindən diqqətlə öyrənilməkdə davam edəcək. Dünyanın hətta ən güclü orduları belə, indi bu məsələni xüsusi diqqət mərkəzində saxlayır. ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalının Pentaqon və milli təhlükəsizlik üzrə reportyoru Cek Deç yazır ki, ötən payız Azərbaycan Dağlıq Qarabağda gedən hava müharibəsində Türkiyə istehsalı PUA-lar və kamikadze dronları ilə qalib gələndə ABŞ-ın ordu strateqlərinə bir məsələ aydın oldu: indi artıq qoşunları “tutmaq” və məhv etmək həm asan, həm də ucuz olub.

Məqalədə deyilir ki, çox da baha olmayan döyüş dronları yaxın gələcəkdə mövqelərini tərk edən, məsələn, yuyunmağa gedən əsgərləri bir anda məhv edəcək. ABŞ ordusunun Asimmetrik Müharibə Qrupunun başçısı, polkovnik Skot Şou isə deyib: “Videolarda tankların, artilleriya mövqelərinin, qoşunların pilotsuz hava sistemləri ilə necə vurulduğu aydın görünür”. Polkovnikin qənaətinə görə, Azərbaycan Ermənistana qalib gələndən sonra bir şey aydın olub ki, ABŞ hərbiyyəsi bundan sonra Çin kimi rəqiblərə qarşı hava qüdrəti üstünlüyünə malik deyil və indi hətta yoxsul ölkələr də özləri üçün “piştaxta üstündən” mötəbər hərbi hava qüvvəsi ala bilər: “Aydın olan budur ki, indi daha az vəsaiti olan ölkələr də müxtəlif silahlı müharibə apara bilər. Bunun üçün Birləşmiş Ştatlar və ya Rusiya olmağa ehtiyac yoxdur. Müxtəlif silahlı müharibəyə girmək əvvəllər düşünüldüyündən daha ucuz başa gəlirmiş. Lokal hava-yer, hava-hava fəaliyyətində olmaq üçün Birləşmiş Ştatların super təlim görmüş, heyrətamiz qüdrətə malik hərbi hava qüvvələrinə ehtiyac yoxdur”.

Cek Deç onu da yazır ki, 6 həftəlik müharibə zamanı Azərbaycan ordusu Türkiyə istehsalı “Bayraktar TB2” dronlarından, əksəriyyəti İsrail istehsalı olan intihar PUA-larından istifadə etməklə Ermənistanın zirehli qüvvələrini, hətta onun hələ cəbhə xəttinə gəlib çıxmağa imkan tapmayan təchizat zəncirini məhv edib. Müəllif yada salır ki, Ermənistanın hərbi maşın karvanlarının və silah anbarlarının dağıdılması yeni hərbi yanaşmaya ehtiyac olduğunu göstərir. Deç yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev müharibənin son günlərində döyüşlər zamanı məhv edilmiş və ələ keçirilmiş texnikanın siyahısını “camaşırxana siyahısı” kimi oxuyurdu: 250 tank, 50 piyadaların döyüş maşını, 198 yük avtomobili, 17 qanadlı artilleriya birliyi, dörd Rusiya istehsalı S-300 raket müdafiə sistemi: “Əliyev deyib ki, Türkiyə dronları ilə Ermənistanın 1 milyard dollarlıq hərbi texnikası və döyüş avadanlığı məhv edilib.  İndi bəziləri düşünür ki, Dağlıq Qarabağdakı müharibə ABŞ hərbiyyəsinin əsasən güvəndiyi və hər iki İraq müharibəsində istifadə etdiyi “sarsıt və qorxut” taktikasının keçmişdə qaldığını nümayiş etdirib. Ekspertlərin fikrincə, indi Birləşmiş Ştatlar keçmişdə olduğu kimi üzücü “vur-dağıt” tipli müharibəyə hazır olmalıdır. Uilson Mərkəzinin Kennan İnstitutunun aparıcı alimlərindən Maykl Kofman ABŞ ordusunun gələcək müharibələr üçün hazırkı konsepsiyasına işarə edərək deyir ki, ümumən reallıqda “sarsıt və qorxut” taktikası onun haqqında söylənən şəkildə baş vermir.

Polkovnik Şou düşünür ki, perspektivdə pilotsuz maşınlar təkcə havada olmayacaq, onlardan quruda və dənizlərdə də istifadə ediləcək: “Pilotsuz sistemlər geniş yayılacaq, çünki onlar ucuzdur, ölçüləri də kiçilə-kiçilə gedəcək”. Əslində ABŞ müdafiəsini planlaşdıranlar bu istiqamətdə işləyir. Keçmiş müdafiə naziri Mark Esper Tramp administrasiyasının direktivini yerinə yetirməyə çalışırdı. Bu direktiv 355 gəmilik hərbi donanmada heyətsiz gəmilərə daha çox investisiyalar yatırılmasını nəzərdə tuturdu. Hərçənd, Bayden administrasiyasının bu məsələyə necə yanaşacağı hələlik məlum deyil. Amma burası da var ki, pilotsuz uçuş aparatları getdikcə daha da ölümcül olur”. Özü piyada qoşunlarında xidmət etmiş Şou düşünür ki, dronlar getdikcə daha çox “uçan tanklara” bənzəyəcək. Onun fikrincə, dronları vurmaq çətinləşdikcə, qurudakı qoşunları məhv etmək asanlaşacaq, döyüş meydanlarının müşahidəsi isə daha ucuz başa gələcək: “Bu isə o deməkdir ki, üzünün rəng kamuflyajı naxışını iki onillikdir dəyişməyən ordu gözə görünüb, daha zəif rəqib tərəfindən öldürülməmək üçün yeni yollar axtarmalıdır”. Deç yazır ki, bütün bunlar ABŞ-ın ənənəvi müharibə manevr üslübü üçün yeni çətinliklər yaradır. Məsələn, ABŞ ordusu son 20 ildə İraq və Əfqanıstan müharibələrində FM dalğaları ilə aparılan kommunikasiyaya güvənib. Halbuki, Rusiya kimi ölkələr döyüş birliklərinin yerini aşkara çıxarıb zərbə endirmək sahəsində daha da ustalaşırlar: “Polkovnik Şou deyir ki, ordu özünün kamuflyaj və maskalanma üslubunu dəyişməlidir: “Sən döyüş maşınını harda istəsən gizlədə bilərsən. Amma döyüş mövqeyinə gedən izləri, tank tırtıllarının izlərini gizlədə bilməzsən. Ayaq izləri də bu qəbildəndir. Odur ki, taktiki səviyyədə biz hərəkətlərimizi, mövqelərimizi, qərargahlarımızı gizlətməyin yollarını axtarmalıyıq”.

“Foreign Policy” yazır ki, polkovnik Şounun 20 ildir işlədiyi bölmə bağlanmaq üzrədir, amma o, artıq başqa xidmətlərin başçılarına, məsələn, Ordu Təlimi və Doktrina Komandanlığının rəhbəri general Pol Fank və onun saatlarla Dağlıq Qarabağ müharibəsinin döyüş səhnələrinin videolarını izləyən əsgərlərinə brifinq verməklə məşğuldur.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ