şənbə günü, 03 oktyabr 2026
     

Mirzə Məhəmməd Saidülvüzarə: mart qırğınlarının şahidi... - FOTO

Image


Məhəmməd Said, (Saidülvüzarə) 28 aprel 1881-ci ildə Marağada, bəzi qaynaqlara görə isə Tiflisdə (Marağayi Said Məhəmməd. Siyasi xatirələr. Tehran, 1371/1994, s.8) anadan olmuşdu. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazı idi. (Mustafa Əlmövti, Baziqarani siyasi əz məşrutiyyət ta 1357, London, 1375 h.ş. 2c, s.21) Bəzi müəlliflərə görə, ulu babaları Marağaya Heratdan gəlib. (Ervand Abrahamian. A History of Modern Iran. — Cambridge University Press, 2008. — P. 101) Atası və babası Azərbaycanın yüksək səviyyəli qazı və hakimlərindən idi.

Mirzə Məhəmməd Said 5 yaşından Tiflisdə Zaqafqaziya şeyxülislamlığının məktəbində oxumağa başlamışdı. (Abdullapur Əhməd, Nəxostvəzirani-İran, Tehran, "Elmi", 1390, s.197) Sonra gimnaziyada təhsilini davam etdirmişdi. İsveçrənin Lozann Universitetində ali təhsil almışdı.

Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdı. Mirzə Rza Hacı Mirzə Şeyx Həsən oğlu Ərfəüddövlənin (1853-1937) yardımı ilə Xarici İşlər vəzarətində işə düzəlmiş, Tiflis general konsulluğunda naibi-əvvəl vəzifəsində çalışmışdı. Sonra Ərdəbil şəhərində kargüzar kimi xidmət etmiş, ardınca Bakıda konsul olmuşdu.

Mirzə Məhəmməd Said 1918-ci ildə erməni-müsəlman davasında fəal və çevik siyasət yürütmüşdü. Müsəlman əhalisini qəddar erməni qırğınlarından xilas etmişdi. (Mehdi Müctəhidi, Recalə Azərbaycan dər əsre məşruteyyət, Tehran, "Zərrin", 1379, s. 151)

Mirzə Məhəmməd Said Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M.S.Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdi. 1994-cü ildə Tehranda nəşr etdirdiyi “Siyasi xatirələr”ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdi. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdı. M.S.Marağayi böyük çətinliklə şəhərə giriş-çıxışa qadağa qoymuş erməni-bolşevik hökumətindən sərnişinlərlə dolu gəmilərin İran limanlarına yola salınmasına icazə almışdı. Bir neçə gün ərzində 5 mindən 10 minə qədər insan - İran təbəələri və yerli müsəlmanlar Bakını tərk edərək Astara, Ənzəli və İranın digər şəhərlərində sığınacaq tapmışlar. FTK-nın sənədlərindən məlum olur ki, Bakıda iranlı təbəələrin və şəxsən İran konsulunun özünün təqib olunması sonrakı aylarda da, Türk-Azərbaycan qoşunları şəhəri azad edənədək davam etmişdi.

1918-ci ilin əvvəlində yalnız Bakı və onun ətraf kəndlərində 70 minə yaxın, əksəriyyəti etnik azərbaycanlı olan İran vətəndaşları işləyir və yaşayırdı. İstər sayına, istərsə də şəhərin sosial-iqtisadi həyatının müxtəlif sahələrində tutduqları mövqeyə görə onlar Bakı cəmiyyətinin əhəmiyyətli hissəsini təşkil edirdilər. Kifayət qədər fəal və işgüzar bir insan olan İran konsulu Məhəmməd Said-əl Vüzarə Marağayi isə şəhərin rəsmi və ali dairələrə daxil olan tanınmış və hörmətli xarici diplomatlardan biri hesab olunurdu. O, rus, fransız, alman, ərəb və türk dillərini mükəmməl bilirdi. Yerli adamlarla öz dillərində danışır və çıxışlar edirdi.       

Bakıda yaşayan İran vətəndaşları sırasında İranla Qafqaz şəhərləri arasında ticarətin ayrı-ayrı sahələrinə nəzarət edən və şəhərdə öz kontorları, daşınmaz əmlakı, mağazaları və s. olan milyonçular, iri və orta tacirlər zümrəsi var idi. Çoxsaylı xırda iranlı tacirlər də şəhərin ticarət həyatında əhəmiyyətli rol oynayırdılar. Bu əhali qrupunun daha böyük hissəsi isə neft sənayesində, əsasən, qara fəhlə işləyirdi. Eyni zamanda şəhərdə yüzlərcə bədbəxt, yaşamaq üçün hər növ vəsaitdən məhrum olan və Bakının küçələrində dilənçi həyatı keçirən iranlılar var idi. Tamamilə aydındır ki, Bakının mərkəzi küçələrini və yaşayış məhəllələrini əhatə edən 1918-ci il qanlı mart hadisələri İran vətəndaşlarının özlərindən, eləcə də onların əmlakından yan keçə bilməzdi. Təsadüfi deyil ki, küçə döyüşlərinin və atışmalarının ilk qurbanları əksər hallarda məhz bu evsiz-eşiksiz insanlar, “Əlahəzrət İran şahının” təbəələri oldular. Hadisələrdən az sonra həm İranda, həm də Bakıda çıxan İran qəzetləri bu haqda dəfələrlə yazmaqla, əsas günahı öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi bacarmamış İran konsulunda görürdülər. Halbuki, mart hadisələrinin ikinci günü erməni quldurlarından gizlənən yüzdən artıq İran vətəndaşının sığınacaq tapdığı İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən ələ keçirilmiş, konsulun özü konsulluğun əməkdaşları ilə birlikdə girov götürülmüşdü. Yalnız Məhəmməd Said-əl Vəzarənin Bakı Sovetinə dəfələrlə müraciətindən sonra girov iranlı vətəndaşları azad etmək mümkün olmuşdu və bu zaman konsulun özü də daxil olmaqla bu insanlara konsulluğun binasını tərk etməmək əmri verilmişdi. (Bayat Kave. Qafqaz üzərində fırtına. İranın müstəqilliyin ilk dövründə Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları ilə regional münasibətləri. 1917-1921, Tehran, 2001, s..39 (fars dilində)). Lakin bolşeviklərin xəbərdarlığına baxmayaraq, İran konsulu bir neçə rus dənizçisi ilə birlikdə Bakının küçələrinə çıxaraq, müsəlmanların müdafiə olunduğu İçəri Şəhər Qalasına gəlmiş və Qalanı toplardan atəşə tutan Xəzər donanmasının rus əsgər və matrosları tərəfindən hərbi əməliyyatların dayandırılması üçün həqiqətən çox səy göstərmişdi. (AR Pİİ SSA, f.277, siyahı 2, iş14, v.1-4.) Lakin Said-əl Vəzarənin bolşeviklərlə danışıqları zamanı “günahsız müsəlman, qadın və uşaqlara qarşı vəhşiliklərin dayandırılması”, habelə “müharibədə iştirak etməyən yüzlərlə iranlı vətəndaşın ölümünə səbəb olan şəhərin bombalanmasına dərhal son qoyulması” kimi tələbləri eşidilməmiş qalmışdı. (Marağayi Said Məhəmməd. Siyasi xatirələr. Tehran, 1994, s. 49 (fars dilində).)

Artıq qeyd edildiyi kimi, mart faciələri günlərində həlak olmuş müsəlmanların arasında çoxlu sayda İran vətəndaşları var idi və İran qəzetləri hadisələrdən sonra dərhal vətənə qayıtmağa müvəffəq olmuş öz vətəndaşlarının son məlumatlarına istinad edərək iddia edirdilər ki, “müharibənin 3-4 günü ərzində 2000 nəfər qətlə yetirilmiş və onlardan 500 nəfərdən çoxu iranlılar olmuşdur”. Həmçinin qeyd edilirdi ki, həlak olanların arasında İran konsulunun 21 yaşlı qardaşı da var idi. (“Bahar” qəzeti, Xorasan, 1918, 21 aprel (fars dilində).) Lakin konsul Məhəmməd Said Marağayi sonralar başqa bir rəqəm gətirərək yazırdı ki, “yalnız onun tərəfindən təşkil edilmiş komissiya küçə və həyətlərdən 5000-dən artıq qətlə yetirilmiş müsəlman, iranlı və qeyri-iranlıların meyitlərini toplayaraq dəfn edilmişdi.” (Marağayi Said Məhəmməd. Siyasi xatirələr, s. 49.)

İranın Bakıdakı konsulu Məhəmməd Said-əl Vüzarə Marağayi də həmin günlərdə aralarında minlərlə İran vətəndaşının olduğu müsəlmanlara qarşı zorakılığın qarşısının alınmasında fəal iştirak etməklə, bu hadisələri yerli müsəlman əhalisinin erməni silahlı qüvvələri tərəfindən qızışdırılan milli qırğını kimi xarakterizə edirdi. (Marağayi Said Məhəmməd. Siyasi xatirələr....s.48.)

Mirzə Məhəmməd Said 1924-cü ildə Məmləkəti-Məhrusəyi-Qacariyyənin Osmanlı dövlətindəki səfarətinə müstəşar təyin olunmuşdu. Səfir Seyid Məhəmmədsadiq Təbatəbai səfarəti içini bütövlükdə onun öhdəsinə buraxmışdı.

Mirzə Məhəmməd Said 1932-1934-cü illərdə Qərbi Azərbaycan əyalətinin valisi olmuşdu. İran milli və senat parlamentlərində Urmiyadan nümayəndə seçilmişdi. Mirzə Məhəmməd Said 1938-ci ildən İranın Rusiyadaki səfiri idi.

Mirzə Məhəmməd Said Əli Süheylinin baş nazirliyi dönəmində (9 mart 1942, 15 fevral 1943) İranın xarici işlər vəziri idi.

Məhəmməd Said Əli Süheylinin 1943-cü ildə kabinetinin süqutundan sonra baş nazir oldu. Said Sovetin İranın şimalında neft konsessiya tələbini qəbul etməkdən imtinasından sonra İran-Rusiya münasibətləri Saidin hökuməti ərzində aşağı düşmüşdür. (Rubin, Barry (1980). Paved With Good Intentions. Oxford University Press, 25.) 1944-cü ildə baş nazir gözlənilmədən danışıqlarda sovet diplomatlarına qarşı sərt mövqe tutdu (Vışinskiy A. Ə., Lozovskiy S. A. Sovetsko-iranskie doqovorı i soqlaşeniə // Diplomatiçeskiy slovarğ. — M.: Qosudarstvennoe izdatelğstvo politiçeskoy literaturı, 1948.). Bundan sonra Sergey Kavtaradze açıqca baş nazirə hücum etdi və onun istefasını tələb etdi. Sovet və Tudə mətbuatı Kavtaradzenin sözlərini əks etdilər. Sovetlər Tudə yoldaşlarını ruhlandırdılar ki, Saidin istefa verməyi üçün nümayiş keçirsinlər. Said 1944-cü ilin noyabrında istefa verdi. (Gholam Reza Afkhami. The Life and Times of the Shah. — University of California Press, 2008. - P. 88-89.)

Məhəmməd Said 1948-ci ilin noyabr ayında yenidən İranın baş naziri seçildi.

O, baş nazirliyi zamanı İranda Tudə Partiyasını qadağan etmişdi və Artur Millspo (Artur Millspaugh) onun rəhbərliyi altında yenidən Maliyyə naziri təyin edildi.

Bildirilir ki, o hətta senatorluğu zamanı da ictimai nəqliyyatdan istifadə edirdi.

Məhəmməd Said 1973-cü ildə Tehranda vəfat edib (Peter Truhart. — Mörlenbach: Strauss Offserdruck, 2003. - Vol. 3. — P. 854-855.) və Behişti-Zəhra gorgahında dəfn edilib.

Ənvər ÇİNGİZOĞLU




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ