şənbə günü, 03 oktyabr 2026
     

Qürur duyduğumuz soydaşımızla xatirələr işığında - Əhliman ƏMİRASLANOV yazır

Image


Elə şəxslər var ki, onların yaşadığı həyat sadəcə bir insanın ömrüdür. Hər kəs öz həyatını yaşayır, illəri öz yaşında ard-arda sıralayır. Amma elə insanlar da var ki, ömürləri məşğul olduqları sahənin tarixinə çevrilir. Yaşın üstünə yaş gəldikcə bu tarix yeni nailiyyətlərlə daha da zənginləşir. Bu il martın 30-da anadan olmasının 75-ci ildönümü tamamlanan alim həmkarım Cəmil Əliyevin keçdiyi yola da bu prizmadan baxıram.

Görkəmli alim ziyalı mühitinin adamıdır. Tükənməz enerjisi, işgüzarlığı, yaradıcı məhsuldarlığı, xeyirxahlığı və eyni zamanda zahiri görkəmi 75 rəqəmini bir qədər şübhə altına salsa da, bu illər ərzində gördüyü işlər, ötən onilliklərə sığışdırdığı böyük nailiyyətlər bu yaşı tarix kimi təsdiqləyir.

İnsanın ömrün müdrik çağlarında da gənclik dostları ilə birgəliyi çox gözəl bir hissdir. Hər dəfə onlarla görüşüb ünsiyyət quranda, ötənləri yada salanda, bugünün işlərini qiymətləndirəndə və gələcək haqqında xoş xəyallar quranda adama elə gəlir ki, zaman aradan heç də su kimi axmayıb. Yenə də onlarla ilk dəfə tanış olduğun yaşdasan. Cəmil Əliyev də həyatımdakı belə gənclik dostlarımdandır. O, 75 yaşdakı enerjisi, işgüzarlığı, həyat dolu yaşantılarının olması ilə çevrəsindəki həmyaşıdlarına da bu hissi ötürür, illərin ağırlığını duymağa, yaşın yeni qaydalarına təslim olmağa qoymur. Ona görə də Cəmil müəllimlə hər görüş, hər ünsiyyət bir bayramdır.

Cəmil Əliyev Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 1968-ci il məzunlarındandır. Ali təhsili başa vuraraq həkim sənətinə yiyələndikdən sonra o, bir müddət Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasında baş laborant vəzifəsində çalışmağa başladı. Cəmil Əliyev “Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostika və müalicəsi” mövzusunda namizədlik dissertasiyası üzərində çalışırdı. Həmişə görüşəndə hər birimiz öz tədqiqat mövzularımız üzrə fikir mübadiləsi aparardıq. Bu cür polemikalar ikimizə də faydalı olardı. Belə görüşlər Cəmil müəllim üçün həm də sanki bir özünəhesabat anı idi. Onun dissertasiyası üzərində işi necə yubanmadan, yüksək elmi məsuliyyətlə apardığını hiss edirdim. Elə o vaxtdan Cəmil müəllimin məşğul olduğu hər bir işə necə ciddi yanaşdığını, bacardıqca dərinliklərə getdiyini, heç bir detalı diqqətdən kənarda qoymamağa can atdığını görürdüm. Bu onun zəhmətsevərliyindən, elmə dərin sevgisindən, enerjisindən irəli gəlirdi. Ona görə də böyük elmə erkən addımları uğurlu oldu... 1973-cü ildə Cəmil Əliyev haqqında xoş bir müjdə eşitdik. O, 25 yaşında namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü. Bundan sonra alim elmi axtarışlarını davam etdirmək məqsədilə Moskvadakı SSRİ Tibb Elmləri Akademiyasının  Ümumittifaq Onkoloji Elmi Mərkəzinin  (ÜOEM) doktoranturasına getmək qərarını verdi. Onda mən də artıq ÜOEM-in aspiranturasına daxil olmuşdum, həmin Mərkəzdə çalışırdım. Cəmil müəllimlə yenidən Moskvada bir araya gəlib, 1974-cü ildən 1978-ci ilə qədər bərabər çalışmağımız ikimizə də xoş oldu. Deyərdim ki, o illər ömrün ən unudulmaz çağlarıdır. C.Əliyev doktorluq mövzusu kimi “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” mövzusunu araşdırmağa başlamışdı. Elmi məsləhətçiləri də SSRİ-nin bu sahədə görkəmli alimlərindən olan akademiklər N.N.Bloxin və N.N.Trapeznikov idilər.

İkimizə də ÜOEM-in yataqxanasında yer vermişdilər. Artıq ailə qurmuşduq, hər birimizin iki övladı böyüyürdü. Moskvada ailələrimizlə yaşayırdıq. Onu da deyim ki, yataqxana ilə iş yerimiz arasındakı uzun yol da həmin illərin yaddaşından çox maraqlı bir xatirə kimi keçir. Yataqxana kənar bir yerdə yerləşirdi. O qədər kənar ki, ora heç avtobus belə işləmirdi, xeyli narahatlıqlar doğururdu. Biz hər gün bu yolu piyada gedib-gəlmək məcburiyyətində idik. Moskvanın hava şəraitinə hamı bələddir. Payız və qış fəsillərində gediş-gəliş xüsusən çətinləşirdi. Ailə-məişət məsələləri Moskva qayğılarımızı daha da artırırdı. Güzəran, maddi imkanlar o qədər də yüksək deyildi. ÜOEM-də sıravi həkim-elmi işçi maaşı alırdıq. Dolanışıq üçün kifayət etsə də, özümüzə və ailəmizə arzu etdiyimiz həyatı yaşada bilmirdik. Amma gənc və ümid dolu idik. Bütün həyat hələ qabaqda idi. Birgə addımladığımız o çətin, narahat yollarda Cəmil müəllimin şən əhval-ruhiyyəsi, nikbinliyi, yerinə düşən incə yumoru hər şeyi unutdururdu bizə. Həmin illərdə ondan güzəranla bağlı bir dəfə də olsun giley-güzar eşitməmişdim.

Yolun asanını seçmək, hansısa vasitələr hesabına işini, həyatını yüngülləşdirmək onun təbiətinə yad idi. Çətinliklər, maneələr Cəmil müəllimi əsla qorxutmurdu. Qarşıya çıxan əngəllərə dərhal optimal həll tapa bilirdi. Ən mühümü isə, heç zaman ümidini, əzmkarlığını, nikbinliyini itirmirdi. Problemlərə məğlub olmağa özünə icazə vermirdi, prinsipial idi. Başqalarını da həmişə gərgin əməyə həvəsləndirməyə çalışırdı. Hələ o zamanlardan Cəmil Əliyevi böyük ideallara, hədəflərə malik bir insan olduğunu görürdüm. Qarşısına çıxan istənilən ötəri qayğı, çətinlik bu idealların fonunda ona çox xırda gəlirdi.

Cavan yaşlarından onun özündə belə möhkəm xarakter formalaşdırmağı bacarması, dözümü, iradəsi bir o qədər də təvazökarlığı, sadəliyi, səmimiyyəti heyranlıq doğururdu. Dərhal hiss edirdin ki, bütün bu keyfiyyətlərin kökü dərindən gəlir. Bu məziyyətlərin ilkin qaynağı Cəmil müəllimin yetişdiyi ailə mühitidir. Onu böyüdüb boya-başa çatdırmış, tərbiyə vermiş, müstəqil həyata hazırlamış insanların daşıdıqları mənəvi-əxlaqi dəyərlərdir. Ona görə də Cəmil müəllimin bir ziyalıya, alimə xas ən gözəl keyfiyyətlərinin mənbəyini onun çıxdığı ailə ocağını, doğmalarını yaxından tanıyan biri kimi görə bilirdim.

Cəmil müəllim Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, ölkəmizdə səhiyyə sisteminin və tibb elminin fədakar təşkilatçılarından olan bütöv şəxsiyyət, böyük ziyalı, əməkdar həkim Əziz Əliyevin ailəsində böyüyüb. Əziz müəllimin xanımı, incə qəlbli, zərif təbiətli, Azərbaycan qadınına xas ən gözəl xüsusiyyətləri öz nəcib simasında bir araya gətirən Leyli xanımın yanında boya-başa çatıb. Bu ocaqdan çıxmış övladların hər biri öz sahəsi üzrə qürur yerinə çevriliblər. Əziz müəllimin, Leyli xanımın tərbiyəsini, xeyir-duasını, ümidlərini doğruldublar.  

Cəmil müəllimin qardaşı görkəmli terapevt, professor Tamerlan Əliyevdir. Bacılarından biri dünya şöhrətli alim-oftalmoloq akademik Zərifə xanım Əliyevadır. Digər bacısı Azərbaycanın ilk diplomlu rabitəçi mütəxəssislərindən olan, əməkdar rabitəçi fəxri adına layiq görülmüş Dilbər xanım Əliyevadır. Görkəmli oftalmoloq-alim Ləzifə xanım Əliyeva, əməkdar incəsənət xadimi, musiqişünas Gülarə xanım Əliyeva da milli mentalitetimizi hər zaman qoruyub saxlayan bu nümunəvi ailənin cəmiyyətimizə bəxş etdiyi dəyərli ziyalılardır. Onlar ailə mhitinin verdiyi işıqla və öz fitri istedadları hesabına peşəkarlıq zirvəsinə yüksələrək, Azərbaycanın nurlu, şəfqətli ziyalıları kimi yaddaşlara əbədi həkk olunublar. Belə bir ideal məkanda böyüyüb ərsəyə çatmış Cəmil Əliyevin əxlaqı, mənəvi paklığı, zəhmətsevərliyi, elmə sevgisi də bu ocaqdan gəlir.

Onun Moskvada doktorluq dissertasiyası üzərində çalışdığı vaxtlar indiki kimi yadımdadır. Cəmil müəllimin dissertasiyasının mövzusu o dövr üçün onkologiyanın kifayət qədər çətin sayılan problemlərindən idi. Bu mövzu, nəzəri baxışların ətraflı sərf-nəzər olunması ilə yanaşı, həm də praktik materiallar tələb edirdi. Cəmil müəllim isə, xatirimdədir ki, işlərinin həddən artıq çoxluğuna, qrafikinin gərginliyinə, uzaq yerdə ailə-məişət qayğılarına baxmayaraq tez-tez keçmiş SSRİ-nin digər şəhərlərinə gedir, elmi-tədqiqat işi üçün zəngin materiallarla qayıdırdı.

Hələ o zamanlar Cəmil müəllimin necə vətənpərvər, milli-mənəvi dəyərlərimizə ruhən bağlı bir insan olduğu açıq-aşkar duyulurdu. Tək mən yox, ünsiyyətdə olan hər kəs onu belə tanıyırdı. Sadəliyi, təvazökarlığı, mehribanlığı, istiqanlılığı ilə böyük hörmət qazanmışdı. Biz azərbaycanlı gənclər bir-birimizin elmi təqdimatlarımızda, dissertasiya işlərimizin müxtəlif mərhələlərindəki müzakirələrində iştirak etməyə, mənəvi dəstək olmağa çalışırdıq. Öz soydaşlarımızın nailiyyətini öz nailiyyətimiz bilirdik. Bizə elə gəlirdi ki, həmin anlarda sevinən bütün Azərbaycandır. Cəmil müəllimin doktorluq dissertasiyası ilə bağlı təşkil edilmiş bu cür müzakirələr də yaxşı xatirimdədir. Həmin müzakirələrdə biz başqa azərbaycanlı dostlarla birgə daim onun yanında idik. Uğurlarını təbrik edir, sevincini bölüşürdük. Həmin müzakirələrdə çıxış edən SSRİ-nin adlı-sanlı akademiklərinin, eləcə də ÜOEM-in nüfuzlu alimlərinin doktorant C.Ə.Əliyevin tədqiqatlarının nəticələri haqqında xoş sözləri, verdikləri yüksək qiymət köksümüzü fərəh hissi ilə doldururdu. Bir tərəfdən sevinirdik ki, müasir onkologiya elminin inkişafında yeni cığırlar açılır, digər tərəfdən də onunla qürurlanırdıq ki, bu mühüm yenilikləri elmə gətirən öz soydaşımızdır. Bizlərdən biridir.

O dövrdə, xüsusilə Tacikistan dəri xərçənginə çox tez-tez təsadüf edilən bölgələrdən sayılırdı. Cəmil Əliyev də elmi ezamiyyətlərinin bir qismini məhz bu ölkəyə edərək materiallarının xeyli hissəsini oradan toplamışdı. Etiraf edim ki, həmin materialları toplamaq üçün başqa vasitələr də vardı. Bunu Cəmil müəllimin əvəzindən o ucqar bölgədə yaşayan, yaxud ora ilə sıx əlaqəsi olan kimlərsə də edə bilərdi. Amma Cəmil Əliyev öz tədqiqat işinə o qədər məsuliyyətlə yanaşırdı ki, heç bir xırda detalın belə gözdən yayınmasını istəmirdi. Çətinliklərinə, əziyyətlərinə baxmayaraq hər bir işi özü edirdi. Əldə etdiyi nəticədən, ortaya qoyduğu işdən zövq alırdı. Bunun verdiyi mənəvi məmnunluq həftələrlə Tacikistan kimi ucqar ölkənin müxtəlif yerlərində qalıb xəstələrlə təmasda olmağın, fakt materialları toplamağın əziyyətindən qat-qat yüksək idi. Həmişə deyirdi ki, gəldiyi nəticələr, tapdığı yeniliklər ona bütün yorğunluqlarını unutdurur. Cəmil müəllim hələ gənclik illərindən həyatın, yaşamağın mənasını zəhmət çəkməkdə, cəmiyyət üçün faydalı olmaqda tapa bilmişdi.

Cəmil Əliyev doktorluq dissertasiyasının müdafiəsindən az sonra Bakıya qayıtdı. 1978-ci ildə Rentgenologiya, Radiologiya və Onkologiya Elmi-Tədqiqat  İnstitutunun ümumi onkologiya şöbəsinin rəhbəri vəzifəsinə seçildi (1988-ci ildə bu institut respublika Onkoloji Elmi Mərkəzi, 1995-ci ildə Milli Onkoloji Mərkəz, 2004-cü ildə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Onkoloji Elmi Mərkəzi, sonra isə yenidən Milli Onkologiya Mərkəzi adlandırıldı). Bu vəzifədə çalışdığı qısa müddətdə peşəkar tədqiqatçı, bacarıqlı həkim, səriştəli təşkilatçı kimi böyük nüfuz qazandı. Elm təşkilatçısı olaraq yüksək qabiliyyətini nəzərə alaraq 1980-ci ildə direktorun elmi işlər üzrə müavini vəzifəsinə irəli çəkildi. Az müddətdə o, bu etimadı tam doğrultdu. Bu tibb müəssisəsində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində əsl canlanma başlandı, maraqlı elmi yeniliklər, mühüm nəticələr ortaya qoyuldu. 

1990-cı ildə isə C.Ə.Əliyevin elmi və təşkilatçılıq karyerasında daha bir irəliləyiş oldu. O, indiki Milli Onkologiya Mərkəzinin baş direktoru vəzifəsinə təyin edildi. Həmin vaxtdan indiyə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru vəzifəsində çalışır. Artıq  31 ildir ki, bu çətin və məsuliyyətli vəzifəni şərəflə və yorulmadan yerinə  yetirir.  1988-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülən Cəmil müəllim 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür.

Akademik C.Əliyevin  təşəbbüsü və rəhbərliyi ilə 2006-2012-ci illərdə Milli Onkologiya Mərkəzi tamamilə yenidən qurularaq modernləşdirilmişdir. Bu səhiyyə müəssisəsinin müasir dünya standartlarına uyğunlaşdırılmasında, ölkəmizdə onkoloji xəstəliklərə qarşı mübarizənin təşkilində Cəmil müəllimin xidmətləri müstəsnadır. Onun gərgin əməyi sayəsində bu gün Milli Onkologiya Mərkəzi təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz bölgəsində bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası problemlərini tədqiq edən, 1500 çarpayılıq klinik bazaya malik ixtisaslaşmış elmi-tədqiqat müəssisəsidir.

Hazırda Mərkəzdə 1300-ə yaxın işçi çalışır. Ölkəmizdəki onkoloji xəstələrin 92 faizi Milli Onkologiya Mərkəzində müalicə  olunur. İl ərzində burada 110 minə yaxın pasiyent müayinə edilir, 20 mindən çox insan stasionar müalicə kursu keçir. Akademik Cəmil Əliyevin rəhbərliyi ilə Azərbaycanda  ilk dəfə  Uşaq Onkologiya İnstitutu binasının inşa etdirilməsi və fəaliyyətə başlaması, kadr potensialının möhkəmləndirilməsi, ən müasir tələblərə cavab verən cərrahiyyə bölümünün, həmçinin ambulator xidmətini təmin edən binanın yüksək səviyyədə təşkili, müasir avadanlıqla təchiz olunması xüsusilə əhəmiyyətlidir. Milli Onkologiya Mərkəzinin nəzdində yaradılmış Onkoreqistr 2015-ci ildə  Beynəlxalq Onkoloji Xəstəliklər Assosiasiyasına üzv qəbul edilib. Həmin il mərkəzlə ABŞ-ın M.D.Anderson Xərçəng Mərkəzi arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb. 2018-ci ildə isə İngiltərənin Liverpul Universiteti hospitalı, Avstriya Tibb Universiteti, Türkiyənin Hacettepe Universiteti, həmçinin Xərçənglə Mübarizə üzrə Beynəlxalq Elmi-Tədqiqat İnstitutu ilə də Milli Onkologiya Mərkəzi arasında memorandumlar imzalanmışdır. 2014-cü ildə Milli Onkologiya Mərkəzinə Beynəlxalq Məsləhət və Tədris Mərkəzi statusu verilmişdir.

Akademik Cəmil Əliyevin beynəlxalq səviyyədəki elmi nüfuzu, əlaqələri, mərkəzi dünyanın elmi arenasında uğurla tanıda bilməsi hesabına hər il burada müxtəlif beynəlxalq əhəmiyyətli konfranslar, tədbirlər keçirilir. Ölkəmizə səfər etmiş nüfzlu, yüksək səviyyəli rəsmi şəxslər Milli Onkologiya Mərkəzində ziyarətdə olurlar. Bu, güclü, çevik və yüksək işin nəticəsidir!

Cəmil müəllim həm də gözəl ailə başçısıdır. Övladları Əziz və İradə xanım da atalarının yolunu davam etdirir. Cərrah-onkoloq olan Əziz Əliyev tibb elmləri doktoru, professordur. İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialina rəhbərlik edir. İradə Əliyeva isə tibb elmləri namizədi, Azərbaycan Tibb Unuversitetinin Daxili xəstəliklər kafedrasının dosentidir.

Akademik Cəmil Əliyev kimi örnək ziyalılarımız hər birimizin qürur yerimizdir. Azad düşüncə, Vətən uğrunda fədakarlıq, nikbin ruh, xeyirxah əməllər, ədalətli qərarlar onun tərcümeyi-halıdır. O, üzərinə düşən hər bir işə ağır yük kimi deyil, ucalıq ünvanı kimi yanaşır. Əməlləri, davranışları ilə hər zaman bu ucalıqda qərar tutmağa çalışır. Xalq belə ziyalıları ilə inkişaf edir, tərəqqi tapır, milli hədəflərinə doğru irəliləyir.

Qürur duyuram ki, xalqımızın bizi dünyada layiqincə təmsil edən akademik Cəmil Əliyev kimi övladları və onların yetişdirdikləri davamçıları var.  Dəyərli alim və həkim həmkarımı 75-ci doğum günü münasibətilə təbrik edir, həyat və fəaliyyətində yeni nailiyyətlər diləyirəm. 

Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət mükafatı laureatı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ