şənbə günü, 03 oktyabr 2026
     

Azıxın böyük tədqiqat tarixi - ermənilərin saxtakarlıq cinayətlərinə tutarlı cavab... - II yazı

Image


Qədim insan yaşayış sivilizasiyasının ilk beşiklərindən olan Azıx mağarası Ermənistanın işğalı altında olduğu illərdə dünyada analoqu olmayan saxtalaşdırılmaya məruz qoyulub.

Ermənilər Azərbaycanın vaxtilə işğal altında saxladıqları Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında həyata keçirdikləri qanunsuz arxeoloji qazıntılara, saxtalaşdırma işlərinə xarici mütəxəssisləri də cəlb ediblər. Burada rəsmi Bakının icazəsi olmadan həyata keçirilən qanunsuz arxeoloji qazıntı işlərində müxtəlif ölkələrin mütəxəssisləri yaxından iştirak ediblər. Zaman-zaman bu qanunsuzluqları əks etdirən videolar və fotolar KİV-də yer alsa da, beynəlxalq təşkilatlar bunu susqunluqla müşahidə ediblər. Ermənistan tərəf Azıx mağarasına qanunsuz ekspedisiya təşkil etməklə burada saysız qanunsuzluq, cinayət törədib. Maraqlı ölkələrin, başlıcası isə xaricdəki erməni lobbisinin maliyyə dəstəyilə bu əraziyə cəlb edilən beynəlxalq muzdlu arxeoloqlar qrupunun köməyilə ermənilər Azıx mağarasının altını üstünə çeviriblər və burada kifayət qədər saxtalaşdırma işləri həyata keçiriblər.

  • İngiltərə, İrlandiya və İspaniya alimləri Azıxda nə axtarırdılar?

Hazırda işğaldan azad edilən Azıx mağarasında vaxtilə ermənilərin həyata keçirdikləri qanunsuz qazıntı işlərində fəallıq göstərən beynəlxalq arxeoloqlar qrupuna Ermənistanla yanaşı, İngiltərə, İrlandiya və İspaniya alimlərinin daxil olduqları faktdır. Mütəxəssislər deyirlər ki, işğal dövründə Azıxda arxeoloji qazıntı cinayətləri edən beynəlxalq tədqiqatçılar qrupuna İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo və Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan başçılıq ediblər.

Ekspertlərin bildirdiklərinə görə, sözügedən cinayətkar arxeoloji qrupun təşkil edilməsində Ermənistanın hərbi-siyasi xuntasının xüsusi rolu olub. Məsələ burasındadır ki, Ermənistan rəhbərliyi bu cinayətə yalnız əcnəbi alimləri cəlb etməyib, həmçinin də bura xarici elm ocaqlarında təhsil alan aspirantlar, dissertantlar və eyni zamanda, jurnalistləri də cəlb ediblər, onlar da bu qanunsuzluğun alətinə çevriliblər.

Qanunsuz ekspedisiyalar Azıxda öz çirkin əməllərini  davam etdirdikləri vaxtlarda onlar buradan əldə etdiklərini mənimsəyiblər. Məlumatlara görə, muzdlu ekspedisiya qrupu Azıx mağarasındakı son qazıntılar nəticəsində dünya elminə gərəkli olan çoxlu qiymətli material aşkar edib və bu tapıntıların dünyaya “erməni maddi tarixi-mədəniyyət nümunələri” kimi təqdim edilməsində aktiv iştirak ediblər.

Ekspertlər qeyd edirlər ki, işğaldan azad edilən Fizuli şəhərindən 16 km aralıda yerləşən, Quruçay sahilindəki məşhur Azıx mağarası ibtidai insanların yaşayışını, məişətini və dünyagörüşünü tədqiq etmək baxımından həmişə alimlər üçün böyük maraq kəsb edib və erməni alimləri də hər zaman Azıxa maraq göstəriblər, məqsəd də bu unikal abidəni mənimsəmək, ermənilərin burada “yerli toplum” olduğunu sübut etməkdir.

Vaxtilə Qarabağdakı separatçı rejimin nəzarəti altında olan Azıx mağarasında qanunsuz tədqiqat işləri 1999-cu ildən başlayaraq, təxminən 2017-ci ilə qədər davam edib. 300-350 min il bundan əvvəl yaşamış insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümüklərinin ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərildiyi də məlumdur.

Ekspertlər hesab edirlər ki, xarici ekspedisiya qrupu Azıxda öz marağı naminə qanunsuz arxeoloji qazıntılar aparmayıb, o, bu cinayətə xüsusi ödəniş müqabilində cəlb edilib. Yəni arxeoloqlar pullarını alıb və ermənilərin çirkin niyyətlərinə, saxtalaşdırma əməllərinə alət olublar. Bu qanunsuz arxeoloji qrupu Azıxa cəlb edənlərin məqsədi, qeyd edildiyi kimi, Azıxı “erməni abidəsi” kimi qələmə vermək olub və bu işi davam etdiriblər.

  • 2009-cu ildə Azıx mağarasında aparılan qanunsuz arxeoloji qazıntılar...

Alimlərin qeyd etdiklərinə görə, Ermənistanın 2001-ci ildən başlayaraq Azıx mağarasında həyata keçirdiyi qanunsuz qazıntılara İngiltərə, İspaniya, İrlandiya və başqa ölkələrin alimlərindən ibarət muzdlu beynəlxalq tədqiqatçılar qrupunu cəlb etməsi cinayətləri artıq bütün dünyada ifşa edilib. Xüsusən də İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvonun bu qanunsuzluqda cani-dildən iştirakı onun nüfuzuna da ciddi zərbə vurub. Əlbəttə, dünyada belələri qara arxeologiyanın ilhamvericisi kimi tanınır və qəbul edilirlər.

Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyanın başçılığı altında tədqiqat işlərinin aparılmasına xarici mütəxəssislərin qoşulması onu göstərir ki, bu arxeoloji qruplar mafioz erməni qruplaşmalarının əlində oyuncaq olub və arxeoloji materialların qaçaqmalçılığında yaxından iştirak ediblər.

Qanunsuz tədqiqatlar zamanı 300 min il yaşı olan, Avropada ən qədim mağara ayısının sümüyü, daş əmək alətləri və istehsal tullantıları aşkarlanıb. Qazıntılar ildə bir ay olmaqla doqquz il davam edib və əldə edilmiş bütün maddi mədəniyyət nümunələri tədqiq olunmaq üçün Londona aparılıb. Qanunsuz tədqiqatların nəticəsi olaraq 2010-cu ildə Azıx mağarası haqqında məqalələr toplusu nəşr edilib.

  • “Azıxda aparılan arxeoloji qazıntılar zamanı tapılmış 100 minlərlə maddi mədəniyyət qalığı Bakıda saxlanır”

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun 6 cildlik “Azərbaycan Arxeologiyası” nəşrinin I cildində qeyd edilir ki, Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsində apardıqları uzunmüddətli arxeoloji qazıntılar nəticəsində oradakı mədəni təbəqələrin 80%-i tədqiq olunmuşdur, ermənilərin Azıxda apardıqları arxeoloji qazıntılar cinayətdir. Burada nəinki qazıntı, eyni zamanda, kəşfiyyat işləri aparmaq bəşəriyyətə qarşı ən böyük cinayət kimi qiymətləndirilməlidir: “Bəlkə 100 ildən sonra yeni elmi tədqiqat metodu meydana çıxa bilər, onda Azıx düşərgəsinin çöküntülərindən nümunə götürüb istifadə oluna bilər. Ona görə də hazırda orada qazıntı işləri aparmaq bəşər sivilizasiyasına qarşı ən böyük təxribat hesab olunmalıdır. İkincisi isə Azıxda aparılan arxeoloji qazıntılar zamanı tapılmış 100 minlərlə maddi mədəniyyət qalığı Bakıda saxlanır və istənilən alim onlarla tanış ola bilər”.

  • Ermənistan və bu prosesdə iştirak edən ölkələr, qurumlar beynəlxalq məhkəməyə verilsin...

Sözsüz ki, Azərbaycan beynəlxalq məhkəmədə Azıxda qanunsuz qazıntılar aparan muzdlu beynəlxalq ekspedisiyaya qarşı da xüsusi iddia qaldıra bilər. Çünki qanunsuz qazıntı cinayətlərində iştirak edənlərin adı da, ünvanı da bəllidir. Ekspertlər qeyd edirlər ki, bu gün Azərbaycanın tam haqqı var, torpaqlarımız işğaldan azad edildikdən sonra müvafiq beynəlxalq elmi komissiya yaradılsın, Azıx mağarasına, digər abidələrimizə vurulmuş maddi və mənəvi ziyan müəyyən edilsin, buna görə Ermənistan dövləti və bu prosesdə iştirak edən ölkə, eyni zamanda, qurumlar beynəlxalq məhkəməyə verilsin, abidələrdən aparılmış eksponatların və ya nümunələrin geri qaytarılması tələb və təmin edilsin.

  • Azıx mağarasının öyrənilməsi ilə bağlı həyata keçirilən “İNTAS-2000” proqramı...

Məlum olduğu kimi, Azıx mağarasının öyrənilməsi ilə bağlı həyata keçirilən “İNTAS-2000” proqramından danışan tarixçi vurğuladı ki, Azərbaycanın daş dövrü düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının bəşər sivilizasiyasının tarixini tədqiq etmək üçün əvəzsiz arxeoloji mənbələr olduğunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan və Gürcüstan alimləri 2001-ci ildə Beynəlxalq “İNTAS-2000” adlı proqram hazırlayıblar. O qeyd etdi ki, həmin proqram 2001-ci ilin iyul ayında Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda təsdiq olunub.

Həmin proqrama uyğun olaraq, professor Əsədulla Cəfərovun Fransanın İnsan Paleoantologiya İnstitutu və Avropa Arxeoloji Tədqiqatlar Mərkəzində Azərbaycanın paleolit düşərgələrinin maddi mədəniyyət qalıqları haqqında elmi məruzələrlə çıxış etdiyi məlumdur.

Məruzələrdə Azıx, Tağlar və digər paleolit düşərgələrinin arxeoloji və paleoantoloji tapıntıları şərh edilmiş, azıxantropun çənə sümüyünün qalığının isə Qafqaz və Yaxın Şərqdə ən qədim paleoantropoloji tapıntı olduğu bildirilmişdir.

2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq, Avropa ölkələrindən 22 görkəmli alim başda professor Henri dö Lümley (fr. Henry de Lumley) olmaqla Bakıya gəlib çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olmuş və bu tapıntıların dünya arxeologiya, paleontologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyəti olduğunu yekdilliklə qeyd etmişlər.

Bütün faktlar Ermənistanın və ona havadarlıq edənlərin, bu qanunsuzluqların, cinayətlərin birbaşa iştirakçısına çevirilənlərin tarixdə üz qarası olan  əməllərinin ifşa edilməsinə böyük şərait yaradıb. İNTAS proqramı, eləcə də Azərbaycan, digər ölkələrin alimlərinin Azıxla bağlı apardıqları tədqiqatlar, əldə etdikləri nəticələr ermənilərə və ermənipərəst qüvvələrə tarixi bir cavabdır. Əlbəttə, bütün bunlar yetərlidir ki, Ermənistan və onun cinayətinə şərik olanlar beynəlxalq məhkəmə qarşısında cavab versinlər.

Davamı olacaq.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ