şənbə günü, 03 oktyabr 2026
     

Alman mediasının Azərbaycana qarşı yeni “səlib yürüşünün” pərdəarxası... İkili oyun yenə iflasa məhkumdur...

Image


Azərbaycanın qlobal miqyasda apardığı müstəqil siyasət, müxtəlif güc mərkəzlərinin diqtəsindən uzaq durması ölkəmizə qarşı olan bir sıra qüvvələri hələ də ciddi şəkildə narahat edir. Belə qüvvələr sırasında yer alan ölkələrdən biri də Almaniyadır.

Almaniyada bir sıra dairələr Azərbaycana qarşı daim məkrli yanaşma tərzi nümayiş etdirib ki, son illərə nəzər salmaqla bunun real təsdiqi olan çoxsaylı faktlar görmək olar. Bakıda keçirilmiş “Eurovision -2012” mahnı müsabiqəsi dövründə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan tərəflərdən biri məhz Almaniya oldu. O vaxt Almaniya QHT-lərinin, mediasının və bir sıra hallarda rəsmi şəxslərinin Azərbaycana qarşı aqressiv davranışı heç də təsadüfi xarakter daşımırdı. Kampaniyanın demokratiya və insan haqları iddiaları ilə pərdələnməsinə çalışılsa da, əsl hədəf Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq idi. Amma təşkilatçılıq o qədər primitiv idi ki, hətta Almaniyanın həmin dövrdə Azərbaycanda səfiri olmuş Herbert Kvelle 2012-ci ildə Azərbaycan mediasına məktubunda da ona normal izah verməkdə çətinlik çəkirdi. Bununla belə,  Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondlar kampaniyanın miqyasını daha da genişləndirdi. Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarından birinə çevrildi. O, 2011-ci ilin avqustunda Azərbaycana səfəri zamanı kəskin fikirləri ilə yadda qaldı. Müxalifət nümayəndələri ilə görüşündə Löninq bildirmişdi: “Almaniya Azərbaycanda dəyişikliklər etmək üçün sizə hər zaman kömək etməyə hazırdır”. Löninqin anti-Azərbaycan demarşı 2013-cü ilə kimi, BMT-nin İnsan Haqları Komissiyasında Almaniyada insan hüquq və azadlıqlarının pozulması, irqçilik və ksenofobiya faktlarının artmasını nəzərdə tutan hesabatın açıqlandığı günə qədər davam etdi. Almaniyadan Azərbaycana qarşı digər kampaniya isə Avropa Şurasının insan haqları üzrə bədnam məruzəçisi Kristofer Ştrasserin xəttilə təşkil edildi. Lakin AŞ PA-nın 2013-cü il yanvar sessiyasında onun Azərbaycana dair məruzəsi tam iflasa uğradı və deputatlar Ştrasserin özü ilə birgə onun hesabatını da tarixin arxivinə atdılar. Bu kampaniyanın daha bir istiqaməti Bundestaqın Yaşıllar fraksiyası vasitəsilə reallaşdırıldı. Ermənipərəst mövqeyi ilə seçilən Bundestaqın Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini, Yaşıllar partiyasının fəalı Viola fon Kramon bildirmişdi ki, Bundestaqın “Eurovision” müsabiqəsinin boykot edilməsi ilə bağlı Avropa İttifaqı ölkələrinə müraciət etməsinə nail olacaqlar. Bu partiyanın Almaniya parlamentindəki nümayəndəsi Folker Berq isə mətbuata açıqlamasında açıq şəkildə demişdi ki, Bakı “Eurovision”ın keçirilməsi üçün münasib yer deyil. Amma tarix bütün bunların əksini sübut etdi. Almaniyanın rəsmi şəxsləri, dövlət strukturları, mediası, QHT-ləri Azərbaycanı fəaliyyətlərinin əsas hədəfi seçsələr də, hansısa nəticəyə nail ola bilmədilər.

Almaniyanın ölkəmizə qarşı qərəzi birinci Avropa Oyunları dövründə özünü yenidən qabarıq büruzə verdi. Almaiyada yenidən başladılan anti-Azərbaycan kampaniyası yeni vüsət almağa başladı. Yeni  kampaniyanın fəal iştirakçıları sırasında “Frankfurter Allgemeine Zeitung”, “Der Tagesspiegel” qəzetləri, “Deutschlandradio” şirkətinə məxsus radio kanalları xüsusilə seçilirdi. Onlar Azərbaycan haqqında qeyri-obyektiv xəbərlər yayırdı. Bu media orqanlarında Azərbaycanın ünvanına səsləndirilən tənqidi fikirlər faktlara deyil, uydurma və ya natamam məlumatlara əsaslanır, ölkəmiz haqqında müsbət məqamlar isə qulaqardına vurulurdu. Lakin bu kampaniya da nəticə vermədi. Hazırda bu kontekstdə maraq doğuran daha bir məqam Almaniya İctimai Televiziyası, eləcə də digər media orqanlarının Azərbaycana qarşı təbliğata başlamasıdır. 44 günlük Vətən müharibəsindən müəyyən müddət sonra Almaniyanın bu addımları heç də başadüşülən deyil. Alman mediası, sanki komanda verilibmiş kimi, Azərbaycan əleyhinə “səlib yürüşü” aparır. Faktdır ki, rəsmi Berlin müharibənin gedişatı zamanı da haqlı tərəf olan Azərbaycanın yanında yer almadı. Erməni faşist ordusu Azərbaycanla ayaqlaşmayacağını gördükdə Gəncə, Tərtər, Bərdə və digər şəhərlərimizi atəşə tutmuş, yüzlərlə günahsız insanımızı öldürmüşdü. Dünya buna etiraz etsə də, Almaniyadan istənilən reaksiya gəlmədi. Həm müharibə dövründə, həm də 10 noyabr anlaşmasından sonra Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, səfirlər bu şəhərlərə səfər edərək erməni faşizminin törətdiyi antibəşəri və antiinsani cinayət aktlarına şahid olmuşdular. Ancaq bu tədbirlərin heç birində Almaniyanın Bakıdakı diplomatları iştirak etmədi. Əvəzində alman mediasında Azərbaycana qarşı yeni kampaniya başlayıb. Almandilli mediada anti-Azərbaycan xarakterli fikirlərin əsas qaynaqlarından biri “RT Deutsch” və “Sputnik”in alman qanadıdır. Bu fonda xatırlatmaq lazım gəlir ki, 2016-cı ildə Avropa Parlamentinin “üçüncü tərəflərin təbliğatına qarşı mübarizə” haqda qəbul etdiyi qətnamədə RT və “Sputnik”in adı xüsusilə çəkilirdi. Ötən il Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsinin dərc etdiyi hesabatda bildirilirdi ki, RT və “Sputnik” Rusiyanın xaricdəki əsas təsir alətləridir. Amerikada “Sputnik”in fəaliyyətilə bağlı araşdırma aparılandan və onun əməkdaşı Endryü Faynberq xüsusi xidmət orqanlarında dindiriləndən sonra bu media orqanı ölkə ərazisində xarici agent kimi qeydiyyata alınaraq, fəaliyyəti xeyli məhdudlaşdırıldı. Fransa prezidenti Emmanuel Makron “Sputnik”i “təsir və təbliğat orqanı”, Britaniyanın “The Economist” nəşri “propoqanda vasitəsi”, İsveçin Dövlət Təhükəsizlik Xidməti “dezinformasiya və saxta xəbər yayımçısı” adlandırıb. Pribaltika ölkələri, Türkiyə, Çin tez-tez bu agentliyin öz ərazilərində fəaliyyətini bloklayır. Amma digər bir çox alman mediası da istənilən sifarişləri asanlıqla yerinə yetirməyə hər zaman hazırdır. Bunu Udo Ulfkottenin “Satılmış jurnalistlər” kitabı da təsdiq edir. “Frankfurter Allgemeine Zeitung” qəzetinin keçmiş redaktoru özünün sensasion kitabında alman jurnalistlərinin necə ələ alındığına dair heyrətamiz faktları açıqlayaraq dünya ictimaiyyətini sarsıtmışdı. Məlum olmuşdu ki, onilliklər ərzində ABŞ  Mərkəzi Kəşfiyyat İdarəsi minlərlə alman jurnalistini ələ alıb. Udo etiraf edirdi ki, onun özü də Amerika kəşfiyyatı tərəfindən ələ alınıb, müntəzəm olaraq Mərkəzi Kəşfiyyat İdarəsindən öz məqalələri üçün mövzu və faktlar əldə edib. Bu məqalələrdə ABŞ-ın başlıca düşmənləri olan Rusiya və Çin ifşa edilirdi. Amma sifariş olanda, alman mediası Azərbaycan kimi ölkələri də hədəfə alır. Udo Ulfkotten kitabında açıq etiraf edir ki, alman mediası bütünlüklə nəzarət altındadır və dəqiq idarə olunur. “Axel-Springer Qrupu” və “Kirch Qrupu"na məxsus “Bild”, “Zeit Online”, “Der Spiegel", “Die Welt” kimi qəzetlər Azərbaycan və Türkiyə əleyhinə geniş məqalələr dərc etməklə seçilir, lakin nədənsə, bu media vasitələri Almaniyada nasizmin inkişaf etməsinə, Hitlerizmi qeyri-rəsmi dəstəkləyən siyasilərin artıq Bundestaqa daxil olmasına toxunmur. Bir şey aydındır ki, əvvəlki kampaniya kimi, bu dəfə də alman mediası iflasa məhkumdur.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ