şənbə günü, 03 oktyabr 2026
     

Dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət etdi

Image


Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

Müraciətdə deyilir: Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının iradəsini ifadə edərək, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində müraciətimizi dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.

Bütün müqəddəs kitablarda əksini tapan həqiqət budur ki, Uca Rəbbin yaratdığı bir insanı belə qətlə yetirmək – bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayət, bir insanı yaşatmaq isə bütün bəşəriyyəti yaşatmaq qədər savabdır. Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırımı faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı ən böyük və bağışlanılmaz günahlardan hesab olunur. Faciəvi soyqırımı cinayətlərinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır və bu dəhşətli hadisələrin tarixi mahiyyətini dünya ictimaiyyəti bilməli, ədalətli qiymətini verməlidir.

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilərin uydurma “böyük Ermənistan” xülyası ilə azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq yönündə atdıqları addımlar bu ərazilərdə tarixən yaşayan azərbaycanlılara və digər xalqlara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam edən ardıcıl təcavüz, etnik təmizləmə siyasəti, terror və vandalizm əməlləri səbəbindən Azərbaycanlılar tarixən yaşadıqları indiki Ermənistan ərazisindəki doğma yurd-yuvalarından didərgin salındılar. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün də davam etməkdədir.

Tarixi faktlar bundan ibarətdir ki, 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda və bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib, on minlərlə dinc insan qətlə yetirilib, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdılıb. Təkcə Mart soyqırımı — 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində — Şamaxı, Quba, Dərbənd, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin törətdikləri soyqırımı nəticəsində on minlərlə insan milli və dini mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. 1918-ci il Mart hadisələrində təkcə 3 gün ərzində Bakı şəhərində 12 mindən çox azərbaycanlı soyqırımına məruz qalıb, şəhərin tarixi məscid və məbədlərinə təcavüz edilib; Şamaxı qəzasının 53 kəndində 8 027 nəfər, Şamaxı şəhərində 8 min azərbaycanlı amansızlıqla qətlə yetirilib, Şamaxının mərkəzi Cümə məscidinə od vurulub, içərisinə doldurulmuş qadınlar, uşaqlar diri-diri yandırılıb; Lənkəran qəzasında 2 min insan qətl edilib;

1918-1920-ci illərdə ermənilər tərəfindən indiki Ermənistan ərazisində yerləşən Zəngəzur və İrəvan qəzalarında, İranın Azərbaycan vilayətlərində və Gürcüstanda yaşayan azərbaycanlı əhaliyə, Qubada və Dərbənddə, həmçinin, yəhudi əhaliyə qarşı həyata keçirilən soyqırımı tarixi sənədlərdə öz əksini tapıb. Belə ki, Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlı öldürülüb; İrəvan quberniyasında 211 azərbaycanlı kəndi məhv edilib və əhalisi soyqırımına məruz qalıb; Urmiya, Maku, Təbriz, Xoy və Səlmasda 120 mindən artıq azərbaycanlı qətlə yetirilib; Gürcüstanın azərbaycanlılar yaşayan Borçalı mahalında, Tiflisin azərbaycanlılar yaşayan tarixi məhəllələrində 5 minə yaxın azərbaycanlı məhv edilib; Quba qəzasında, habelə Dərbənddə 16 mindən çox azərbaycanlı öldürülüb; 162 kənd dağıdılıb, 3 minə qədər yəhudi vəhşicəsinə qətlə yetirilib.

Tarixi arayış üçün bildirək ki, XX əsrin əvvəllərində erməni ekstremistlərinin kütləvi qırğın siyasətinin izləri Orta Asiyada, Türküstanda da mövcud olub. 1918-1922-ci illərdə Özbəkistanın Fərqanə vadisində ermənilər tərəfindən 35 mindən artıq özbək müsəlmanın həyatına son qoyulması, erməni daşnakları tərəfindən Kokand şəhərinin yandırılması, burada bir gün ərzində on mindən çox, Əndicanda isə beş minə yaxın insanın məhv edilməsi, Qırğızıstanda Suzak, Bazar-Korgon kəndlərinin bütün sakinlərinin güllələnməsi tarixi mənbələrdən məlumdur.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sovet hakimiyyəti dövründə də davam etdirildi. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Zəngəzurdakı, 1988-1990-cı illərdə isə Ermənistanın digər ərazilərindəki ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış Ermənistan Respublikası monoetnik dövlətə çevrildi.

Ötən əsrdə 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində təcavüz siyasətini davam etdirən Ermənistan dünya birliyi tərəfindən tanınan ərazilərimizin 20 faizini - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğal etdi, bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin salındı. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Xocalıda, Ağdabanda, Daşaltıda həyata keçirdikləri soyqırımı aktları onların törətdikləri vəhşiliklərin ikrahdoğurucu nümunələridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun bölmələri Xocalı şəhərinə qəfil silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətməsi, qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 150 nəfərin itkin düşməşi, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qoyulması ilə müşayiət olunmuş Xocalı faciəsi Holokost, Hernika, Xatın, Srebrenitsa, Ruanda soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə bir sıradadır və dünya tərəfindən soyqırımı kimi tanınmalıdır.

Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək minlərlə tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbirstanlıqlarımızı, İslam, xristian və yəhudi məbədlərini məhv edib, həqarətə məruz qoyub, Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya sıradan çıxarıb, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününkiləşdirib - erməniləşdirib, qriqoryanlaşdırıblar. Təkcə Qarabağ ərazisində fəaliyyətdə olan 67 məsciddən 64-ü Ermənistanın işğalı dövründə yerlə-yeksan edilib. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi, kitabxanası abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

2020-ci il iyul-sentyabr aylarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhəddində və Azərbaycanın Qarabağ ərazilərində yeni hərbi təxribatlara başladılar və sentyabrın 27-də irimiqyaslı hərbi təcavüz edərək dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdilər. Bunun nəticəsi olaraq, Azərbaycan xalqı Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizəyə qalxdı, öz Ordusunun gücü ilə 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdi. Bununla da beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirdi, öz ərazi bütövlüyünü bərpa etdi.

Biz, Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar arasında, Uca Yaradanımızın müqəddəs kitablarda bizlərə buyurduğu kimi, qarşılıqlı anlaşmanın bərqərar edilməsinin tərəfdarıyıq. Azərbaycan dövlətinin siyasi xətti bundan ibarətdir ki, müharibə, ərazi iddiaları, nifrət, dini və etnik ayrı-seçkilik, revanşizm kimi meyllərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Azərbaycanın dövlət rəhbərinin siyasi iradəsinə görə, bölgədə, Azərbaycanda bütün xalqlar, o cümlədən, erməni əsilli Azərbaycan vətəndaşları birlikdə, bərabər hüquqlarla mehriban qonşuluq şəraitində yaşamalıdırlar.

Regionumuzda olan bütün dini icmalar, ələlxüsus Erməni Apostol Kilsəsi bu istiqamətdə fəal çalışmalı, müharibə deyil, sülhü və dialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları təbliğ etməlidir. Lakin təəssüflər olsun ki, erməni din xadimləri qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, xaricdəki erməni diasporunun və lobbisinin imkanlarını səfərbər edərək hazırda erməni terrorçuları və ekstremistlərinin revanşist, radikal, ksenofob, faşizm xislətli əməllərinə bəraət qazandırmağa çalışırlar. Öz işğalçı niyyətlərini, özgə torpağına iddialarını ört-basdır etmək üçün iftira təbliğatlarını dini zəmində təəssübkeşlik üzərində quraraq özlərini dünyaya məzlum qurbanlar kimi təqdim edirlər. Bir əlində xaç, bir əlində silah müharibə təbliğ edən, xalqını işğalçı müharibəyə, dinlərarası müstəvidə toqquşmaya sövq edən erməni kilsəsi öz məsuliyyətini, nəhayət, dərk etməlidir.

Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət edir, Vətənimiz Azərbaycanda erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlara siyasi-hüquqi qiymət verməyə, törədilmiş hadisələrin bütöv bir xalqa qarşı planlı surətdə həyata keçirilən soyqırımı aktları kimi tanınmasına çağırırıq.

Qoy Uca Yaradan hamımıza həqiqəti yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ