Bazar günü günü, 04 oktyabr 2026
     

Şuşa ilə bağlı Prezident Əliyevin siyasətinin əsas hədəfi - Qarabağın status müzakirələri heç vaxt olmayacaq...

Image


“...Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik.

Noyabrın 8-də Şuşanın azad olunması ilə bağlı müjdəni Azərbaycan xalqına verərkən demişdim ki, Şuşa, sən azadsan! Bu gün azad Şuşada biz öz milli bayramımızı – Novruz bayramını qeyd edirik...” Bu fikirləri Şuşadan xalqa müraciətində Prezident İlham Əliyev bildirib.

Gördüyümüz kimi Prezident İlham Əliyev Azərbaycan xalqına bu ilki Novruz müraciətini və bayram təbrikini Qarabağın baş tacı Şuşadan, Cıdır düzündən etdi.

Ümumiyyətlə, Şuşa ilə bağlı Prezidentin göstərdiyi həssaslıq, ölkə başçısının Novruz bayramı ərəfəsində Şuşaya səfər etməsi, Cıdır düzündə müqəddəs bayram tonqalını yandırması və sair bütün bunlar belə qənaətə gəlməyə əsas verirmi ki, Azərbaycan Qarabağın statusu ilə bağlı məsələnin müzakirəsinə hec vaxt getməyəcək..?

  • “Azərbaycan tərəfindən bu sahədə ortaya birmənalı şəkildə mövqe qoyulub”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı baki-xeber.com şərhində bildirdi ki, Prezidentin Novruz bayramı ərəfəsində, ilaxır çərşənbə günündə Şuşaya səfər etməsi ölkə başçısının işğaldan azad edilən ərazilərimizə, xüsusən də Şuşaya münasibətinin, ona verdiyi böyük əhəmiyyətin göstəricisidir: “Eyni zamanda da Prezident Şuşadan dünyaya çox mühüm mesajlar verdi, Şuşa və işğaldan azad edilən ərazilərimizlə bağlı çox əhəmiyyətli fikirlər söylədi. Həmçinin də ermənilərin Şuşa və digər ərazilərimizlə bağlı məkrli niyyətlərinə açıq mətnlə öz mövqeyini bildirdi və qeyd etdi ki, “Artsax” adlı hər hansı bir qurum yoxdur, statusdan belə söhbət gedə bilməz. Prezident Şuşada birmənalı şəkildə öz mövqeyini ortaya qoydu və bütün dünyaya mesajlarını verdi. Prezidentin Cıdır düzündə bayram tonqalı yandırması da dünyaya bir mesaj idi. Ölkə başçısı orada bir maraqlı ifadə də işlətdi ki, ermənilər Şuşanın ruhunu, ab-havasını dəyişə bilmədilər. Bu da aydın bir göstərici olmaqla yanaşı həm də məsələnin bir qürurverici tərəfidir ki, Prezident Şuşanın taleyinə bu qədər diqqətlə, həssaslıqla yanaşır. Eyni zamanda nümayiş etdirir ki, Şuşa Azərbaycan şəhəri olaraq qalıb. Baxmayaraq ki, ermənilər Şuşanın tarixini saxtalaşdırmağa çalışıblar, onun haqqında qalaq-qalaq müxtəlif xarici dillərdə saxta kitablar yazdırıblar, qondarma filmlər çəkdiriblər, Şuşanı erməni şəhəri kimi qələmə verməyi hədəfləyiblər, amma bu hədəflərin heç birinə çata bilməyiblər. Yəni erməni yalanları nə ayaq tutdu, nə də yeridi”.

A.Nağı qeyd etdi ki, hazırda ermənilər çabalayırlar, nələrsə etməyə çalışırlar, xüsusən də Rusiyanın köməyi ilə Qarabağın statusu ilə bağlı nəticə əldə etməyə cəhd edirlər. A.Nağının sözlərinə görə, o, erməni mətbuatında çox qəribə və absurd fikirlərə də rast gəlir ki, guya “Artsax” Ermənistanı “xilas etdi”. “Guya dırnaqarası, separatçı qurum Azərbaycan ordusunun qarşısında dayanıb. Ermənilər utanmadan bu yalanları danışırlar. Hansı “dayanışdan”, hansı “dirənişdən” söhbət gedə bilər ki, ilk həmlədəcə Ermənistan ordusu Azərbaycan ordusu tərəfindən darmadağın edilmişdi. Bir neçə saat lazım idi ki, Azərbaycan ordusu artıq Xankəndinə daxil olsun. Yəni bu reallığı ört-basdır etməklə yalanlarını davam etdirirlər. Ermənistan məsələyə bu cür yalan mövqedən yanaşır və bütün imkanlarından istifadə edib nəyəsə nail olmağa və Qarabağın ermənilər yaşayan ərazisində nəyisə qurub dünyaya çatdırmağa cəhdlər edirlər. Amma bu gün ermənilərin bu separatçı niyyətlərinə heç yerdən dəstək də yoxdur. Yəni separatçılara Amerikadan da heç bir dəstək verilmir. Orada nə qədər cəhdlər edilsə də, erməni lobbisinin pulu ilə danışan konqresmenlər, senatorlar olsa da, nə qədər onları bir yerə yığıb adlarından müraciətlər edilsə də, heç bir nəticəyə nail ola bilmirlər. Yəni Amerika Cənubi Qafqazda yaranmış yeni reallıqla hesablaşır. Yeni reallıqda Azərbaycan və Türkiyə amilinin regionda əsas gücə çevrilməsidir. Bu güclə də, Amerika da, Avropa da hesablaşır, Rusiya da qismən hesablaşsa da, o öz mövqeyini müdafiə etməyə çalışır. Regionda az da olsa Rusiya ilə Ermənistanın mövqeləri üst-üstə düşür. Çünki Rusiya regionda, separatçıların diriltmək istədiyi “Artsax”da qalmaq istəyir, ona görə də oradakı quldur dəstələrinin separatçı hərəkətlərinə ya göz yumur, ya da dəstək verir, belə bir vəziyyətdir. Amma Azərbaycanın iradəsi ortadadır. Azərbaycan hakimiyyətinin, rəhbərliyinin hədəfi birmənalı şəkildə göstərilir və ona doğru gedilir. İşğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işləri onun əyani göstəricisidir, eyni zamanda Azərbaycan Prezidenti rəsmi şəkildə bəyan edib ki, heç bir status müzakirə mövzusu ola bilməz, eyni zamanda da Qarabağda separatçı, qondarma qurum məhv edilib, burada heç bir separatçı qalmayacaq və bura Azərbaycan ərazisidir, Qarabağın bütün hissələrində Azərbaycan hakimiyyəti bərpa olunacaqdır. Azərbaycan tərəfindən bu sahədə ortaya birmənalı şəkildə  mövqe qoyulub və Azərbaycan da bu mövqedən çıxış edib və yaxın vaxtlarda nəticələr olacaq, Qarabağın bütün ərazisi Azərbaycanın nəzarəti altına qayıdacaq. Bizim gedən proseslərə verdiyimiz rəy və qiymət bundan ibarətdir” - deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ