Bazar günü günü, 04 oktyabr 2026
     

Erkən parlament seçkiləri Ermənistanda siyasi qarşıdurmanı indidən gücləndirdi

Image


Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi vaxt bəlli olduqdan sonra ölkədə siyasi böhrana son veriləcəyi gözlənilsə də, real vəziyyət bunun tam əksini göstərir. Bu haqda danışmazdan öncə qeyd edək ki, baş nazir Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyinin anonsunu edib.

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyanla görüşdən sonra Paşinyan bu qərara gəldiyini bildirib: “Mənim “Çiçəklənən Ermənistan”ın lideri Qagik Tsarukyanla görüşüm nəticə ilə başa çatdı. Görüş zamanı biz vurğuladıq ki, yaranmış daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolu növbədənkənar parlament seçkiləridir. Ermənistan prezidenti ilə, “Mənim addımım” fraksiyası ilə, “İşıqlı Ermənistan” fraksiyasının lideri Edmon Marukyanla söhbətlərim nəzərə alınaraq, bu il iyunun 20-də respublikada növbədənkənar parlament seçkiləri keçiriləcək”. Beləliklə, bu açıqlamadan bəlli olur ki, parlamentin müxalif partiyaları növbədənkənar parlament seçkilərinə qatılmağa hazırdır. Lakin parlamentdənkənar müxalifət partiyalarının bu məsələdə mövqeyi haçalanıb. Məsələn, artıq məlumdur ki, Ermənistan müxalifətinin birləşdiyi "Vətənin xilası uğrunda hərəkat"da yer alan partiyaların heç də hamısı növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Hərəkatın lideri Vazgen Manukyan bu xüsusda bildirib: "Nikol Paşinyanın dövründə keçirilən seçkilər Ermənistan üçün fəlakət olacaq. Mən bu seçkidə iştirak etməyəcəyəm". Bundan əlavə, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da rəhbərlik etdiyi Erməni Milli Konqresinin növbədənkənar seçkilərə qatılmayacağını elan edib. O, indiki reallıqda erkən seçkidən imtina etdiklərini vurğulayıb. Digər bir sıra müxalifət fəalları da erkən seçkilərlə razılaşmayıblar. Baş nazirə qarşı çıxan müxalif fəallar Paşinyanın maksimum aprelin sonlarına qədər istefa verməsi tələbini irəli sürüblər. Amma "Vətənin xilası uğrunda hərəkat"da yer alan “Vətən” partiyası seçkilərdə iştiraka hazır olduğunu bildirib. Bütün bunlar artıq növbədənkənar parlament seçkiləri məsələsində Ermənistan müxalifətinin parçalandığını göstərir. Bu isə Paşinyanın qələbə şansını artırır. Beləliklə, indiki halda əsas müxalif qüvvələrin yer aldığı “Vətənin xilası uğrunda hərəkat” daxilində parçalanmalar qeydə alınır. İlk növbədə o baxımdan ki, burada yer alan partiyaların bəziləri yalnız Paşinyanın iştirak etmədiyi halda növbədənkənar parlament seçkilərinin keçirilməsini mümkün hesab edir. Lakin parlamentdə yer alan müxalifət partiyalarının əks mövqedən çıxış etməsi onların mövqeyinin zəifləməsinə və müxalif düşərgədə ziddiyyətlərə gətirib çıxarıb. Növbədənkənar parlament seçkilərində digər siyasi qüvvələrlə müqayisədə Paşinyanın və rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” partiyasının qalib gəlmək şansları daha yüksək qiymətləndirilir. Bunu Ermənistanda Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi son sorğunun nəticələri də təsdiq edir. Sorğuya əsasən, əhalinin 33 faizi Paşinyanı dəstəkləyir. Bu göstərici baxımından Paşinyan rəqiblərini dəfələrlə üstələyir. Əhali tərəfindən hələ də dəstəklənən əsas siyasi qüvvə olduğunu bildiyindən, Paşinyanın növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılıq verdiyi ehtimal edilir. Xalqdan yenidən mandat aldıqdan sonra Paşinyanın rəqiblərini sıradan çıxarmaq üçün daha radikal addımlar atacağı proqnozlaşdırılır. Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanda ictimai-siyasi vəziyyətin yenə gərgin müstəvidə qalmasını, ölkədə qarşıdurma meyllərinin daha da güclənməsini qaçılmaz edir. Paşinyanın isə seçkidə yenidən qalib gəlib rəqiblərinə qarşı sərt hücumlar təşkil etməsi gözlənilir. Çüni seçki ilə bağlı onun gələn ay vəzifəsindən uzaqlaşması gözlənilir. “İşıqlı Ermənistan” fraksiyasının lideri Edmon Marukyan bununla bağlı bildirib: “Əgər Konstitusiyanı nəzərə alarsaq, 20 iyunda seçkinin baş tutması üçün 20 apreldə Paşinyan istefaya getməlidir. Onun ilk istefasından sonra parlament 2 həftə ərzində yeni baş nazir seçməlidir, bundan sonra isə seçkiqabağı kampaniya aparmaq üçün 45 gün olacaq. Belə çıxır ki, Paşinyan 20 aprelə qədər getməlidir”.

Hesab edilir ki, mövcud reallıqlarda hansısa dəyişiklik olmasa, Paşinyan yenidən baş nazir postunu əldə edəcək. Çünki xarici siyasət arenasında Paşinyan özünü zəif oyunçu kimi göstərsə də, daxili mübarizədə özünə əmindir.  Ermənistanda cəmiyyətin əhval-ruhiyyəsinə baxsaq, onlar üçün ən dəhşətli məsələ savaşın yenidən başlaya biləcəyi haqda xəbərlərdir. Buu erməni hərbi ekspert Gevorq Gevorqyan da xüsusi olaraq vurğulayır: “Dövlətçiliyimiz ağır yaralıdır, xilas ümidi yüz minlərlə küçəyə çıxmaq və dövlətçiliyin məhv edilməsi hakimiyyətindən qurtulmaqdır. Lakin xalq bunu etmir. Çünki Paşinyanı əvəzləyəcək hakimiyyətin yenidən müharibəyə başlayacağından ehtiyatlanır. Xalq müharibə istəmədiyindən, Paşinyanın yenidən hakimiyyətdə qalmasına səs verənlər çox olacaq. Ermənistanda ehtiyat edirlər ki, Azərbaycan Sünik və Naxçıvan istiqamətlərində müharibənin ikinci mərhələsinə tələsir. Yeri gəlmişkən, bütün bunların əsas və son məqsədi Böyük Turanın həyata keçirilməsidir. Amma Paşinyan hakimiyyətdə olsa müharibə olmayacaq. Ermənistanda müharibəyə qarşı çıxanlar çoxluq təşkil edir”. Bütün bunlar Paşinyanın qalib gəlmək ehtimalının artmaqda olduğunu göstərir.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ