Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov MM-in inzibati binasında Türkiyə Səhiyyə Nazirliyinin qurum başqanı Salih Kənan Şahin, əməkdaşları Züleyha BALCI, Üstün Murat Yıldızı və Azərbaycan-Türkiyə və Azərbaycan İş Adamları və Sənayecilər İçtimai Birliyinin sədri Hüseyin Büyükfıratı qəbul edib.
Görüşdə akademik Əhliman Əmiraslanov qonaqlara Azərbaycan səhiyyəsində aparılan islahatlar, görülən işlər barədə məlumat verib. Komitə sədri, həmçinin, pandemiya dövründə COVİD-ə qarşı mübarizə tədbirləri haqqında da məlumat verərək, bu işdə ölkəmizə göstərdiyi dəstəyə görə Türkiyə hökümətinə təşəkkürünü bildirib. Görüşdə, həmçinin, Türkiyədən olan qonaqlarla icbari tibbi sığortanın tətbiqi, əzçaçılıq və səhiyyə sahəsində digər əməkdaşlıqlar barədə də müzakirələr aparılıb.