Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycandan regionda davamlı sülhə növbəti mühüm töhfə...

Image


Cənubi Qafqazda cərəyan edən son hadisələr Ermənistanın gələcəyinin getdikcə daha çox Azərbaycandan asılı vəziyyətə düşməkdə olduğunu artıq real nümunələr əsasında təsdiq edir. Proseslərin gedişi göstərir ki, Azərbaycanla, bunun ardınca Türkiyə ilə normal münasibətlər qurmadan Ermənistanın ümumiyyətlə bir dövlət kimi varlığını davam etdirməsi mümkün deyil. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini öz maraqları və ən əsası ərazi bütövlüyünün bərpası prinsipi üzərində həll etməklə Ermənistanla əməkdaşlığı mümkün sayır və hətta bu istiqamətdə real addımlar da atır.

Sülh üçün Bakıdan önəmli jest...

Rəsmi Bakı Cənubi Qafqazda davamlı sülhün mövcudluğunda daim maraqlı olduğunu bildirib, bu istiqamətdə müvafiq addımlar da atıb. Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra Azərbaycan regionda qalıcı sülh üçün yeni manevr imkanları qazanıb. Təbii ki, burada söhbət ilk olaraq Ermənistanın da cəlb olunduğu regional kommunikasiya xətlərinin bərpası, yenilərinin yaradılmasından gedir.

Digər tərəfdən, Azərbaycan başqa istiqamətlər üzrə də Ermənistanla əməkdaşlıq edə biləcəyini artıq əməldə nümayiş etdirir. Məsələn, artıq məlumdur ki,  Rusiyanın “Qazprom eksport” şirkəti Ermənistana Azərbaycan üzərindən qaz nəqlinə dair SOCAR-la qısamüddətli müqavilə imzalayıb. Müqaviləyə əsasən, Ermənistana satılan Rusiya qazı üç həftə ərzində Azərbaycan üzərindən bu ölkəyə ötürüləcək. “Qazprom eksport” bunu "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri ilə əlaqələndirib.

SOCAR-ın  İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov bildirib ki, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində aparılan təmir işləri nəzərə alınaraq, Rusiya tərəfi Rusiya qazının Gürcüstan ərazisinə tranziti üçün Azərbaycana müraciət edib: “Xahiş yerinə yetirilib və Rusiya qazı martın 17-dən başlayaraq müvafiq tranzit ödənişi ilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə və oradan Ermənistana çatdırılır". Ekspertlər hesab edir ki, Azərbaycan və Rusiya arasında ölkəmizin ərazisi ilə Ermənistana qaz ötürülməsi haqda qısamüddətli müqavilə Qarabağ münaqişəsi başa çatdıqdan sonra tarixi məqam hesab edilə bilər. Çünki 10 noyabr üçtərəfli razılaşmasına əsasən, tərəflər qarşılıqlı olaraq kommunikasiyaların açılmasını müzakirə edir, o cümlədən digər region ölkələri üçün də strateji əhəmiyyət daşıyan, Zəngəzur dəhlizi adlandırılan quru və dəmiryol kommunikasiyalarının açılmasına dair danışıqlar aparılır.

Belə bir vaxtda Azərbaycan tərəfi Rusiya qazının Ermənistana tranzitinə icazə verməklə regionda böyük sülhə doğru ilk addımı atmış olur. Bu addım Ermənistana regionun gələcəyinin qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üzərində qurulmalı olduğuna dair simvolik mesajdır. İndiki halda Azərbaycan öz ərazisindən qaz nəqlinə icazə verməsə, Ermənistan qazsız qala bilərdi. Amma Azərbaycan artıq regionda sülh və əməkdaşlıqda maraqlı olduğunu praktiki nümayiş etdirir. Azərbaycan həm də bununla Ermənistanı fakt qarşısında qoyur, real əməkdaşlıqda maraqlı olduğunu faktiki sübuta yetirir. Ekspertlərin fikrincə, Azərbaycan ərazisindən qazın Ermənistana nəqli ölkəmizlə əlaqələrin qurulmasının vacibliyini bəyan edən ermənilərin mövqelərinin də güclənməsinə xidmət edə bilər. Bununla onlar Ermənitanın Azərbaycan və gələcəkdə Türkiyə ilə əməkdaşlığın ermənilər üçün daha faydalı ola biləcəyinə dair yeni arqumentlər əldə etmiş olur. Fikirlər də səslənir ki, Azərbaycanın Ermənistana tranzit qaz nəqlindən dünyadakı erməni lobbisinin və onların dəstəkçilərinin ölkəmizə qarşı təxribatlarını neytrallaşdırmaq məqsədilə də istifadə edilə bilər. Onlara artıq əyani olaraq göstərilir ki, Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlayan, şəhər, qəsəbə və kəndləri viran qoyan Ermənistana Qarabağ münaqişəsinin həllindən sonra Bakının razılğı ilə ölkəmizdən qaz ötürülür. Bu da Azərbaycanın Ermənistana qarşı hansısa bədxah məqsədlər güdməməsinin real təzahürüdür. Digər tərəfdən, Ermənistana qaz nəqli Zəngəzur dəhlizinin, Naxçıvanla kommunikasiya xəttinin açılması prosesini sürətləndirmək iqtidarındadır.

Qarabağ məsələsindən siyasi, iqtisadi məqsədləri üçün istifadə edənlər isterikaya düşüb

Azərbaycanın əməkdaşlıqla bağlı etdiyi jestlər Ermənistanda sülhə qarşı olan bəzi qüvvələri artıq ciddi narahat edib. Bu, xüsusən də Qarabağ münaqişəsindən öz siyasi, iqtisadi məqsədləri üçün istifadə etmiş qüvvələrə aiddir. Elə bu səbəbdəndir ki, onlar Azərbaycan üzərindən Ermənistana qaz ötürülməsini süngü ilə qarşılayır. Belələri sırasında yer alan “Daşnaksütyun” partiyasının iqtisadi tədqiqatlar bürosunun əməkdaşı, iqtisadçı Suren Parsyan qeyd edir ki, Bakı və Moskva arasında razılaşma daha uzunmüddətli perspektivləri əhatə etmirsə, Ermənistanın üç həftə ərzində Azərbaycandan qaz idxalına ehtiyacı yoxdur: “Ermənistanın üç həftəlik qaz ehtiyatları var. Ermənistana gələn qazın Azərbaycan ərazisindən keçməsi kimə sərf edir? Qeyd etmək lazımdır ki, Abovyan qaz anbarında yığılan təbii qaz həcmləri üç həftədən çox müddətdə Ermənistanın daxili tələbatını ödəmək üçün kifayətdir. Yəni Ermənistanın üç həftə ərzində Azərbaycandan qaz idxal etməsinə ehtiyac olmayacaq. Əlbəttə ki, bu saziş daha uzunmüddətli perspektivlər güdmürsə… Diqqətəlayiq haldır ki, hərbi vəziyyətdə olan ölkəmizin hökuməti bu qərara hələ heç bir cavab verməyib və həmin qərarın Ermənistanın maraqlarına nə dərəcədə uyğun olduğunu açıqlamayıb. Nəticədə bu sövdələşmənin səbəbinin Türkiyə-Azərbaycan tandeminin, nəyin bahasına olursa-olsun, əldə etməyə çalışdığı Ermənistanın infrastrukturlarını açmaq adı altında suveren Naxçıvan-Azərbaycan yolunun güzəştə gedilməsi olduğunu düşünmək qalır”.

Halbuki, daşnak rəsmisinin dediklərindən fərqli olaraq, Azərbaycan sadəcə burada əməkdaşlıq məsələsi üzərində fokuslanıb və indiki halda bu, Ermənistanın özü üçün də olduqca vacibdir. Lakin yuxarıda qeyd edildiyi kimi, Qarabağ münaqişəsindən siyasi, iqtisadi məqsədlər üçün istifadə etməyə cəhd edən qüvvələr Azərbaycan və Ermənistan arasında mümkün əməkdaşlıqdan ciddi şəkildə xoflanıb. Çünki bu əməkdaşlıq həmin qüvvələrin Qarabağ kartından öz məqsədləri üçün istifadə imkanlarını əllərindən almış olur. Amerikalı siyasi şərhçi Pol Qobl bildirir ki, belə qüvvələr Azərbaycan və Ermənistan arasında daha çox gərginlik olmasını istəyir. O hesab edir ki, Ermənistanda və Rusiyada bəzi qüvvələr əməkdaşlığın inkişaf etməsini, Zəngəzur dəhlizinin açılmasını istəmir: “ Ermənistan Zəngəzur öhdəliyinə əməl etməkdən imtina etsə, bu halda hərbi münaqişə də alovlana bilər. Azərbaycan Xankəndinə çox yaxındır. Azərbaycan bütün işğal olunmuş ərazisini geri qaytara bilər. Bunu etmək çətin də deyil. Rusiyanın sülhməramlılarının sayı o qədər də çox deyil. Öz sülhməramlılarının sayını artırmaq isə Rusiyanın irimiqyaslı müdaxiləsi demək olar. Bunu, məncə, Rusiya etmək istəmir. Rusiyanın dünya qarşısında sülhməramlı imicini saxlamaq kimi strateji marağı var. Ümid edirəm ki, Rusiyanın strateji maraqları önə çəkiləcək”. Məhz bu vəziyyətdə Ermənistanda Azərbaycanla əməkdaşlığa qarşı çıxan qüvvələrin mövqeyinin daha da zəifləməsi qaçılmaz sayılır. Çünki prosesdə artıq Rusiya da maraqlıdır. Erməni ekspert İşxan Verdiyan bildirir ki, əməkdaşlığa qarşı çıxan qüvvələr Azərbaycanla savaş olacağına dair xof yaratmağa çalışsalar da fiaskoya uğrayacaqlar: “Onlar deyirlər ki, yenə nəsə böyük bir hadisə başlayacaq. Məncə, bu cəfəngiyyatdır. Belə bir şeyin baş verməsi qeyri-mümkündür. Dəqiq bildiyim budur ki, Ermənistanda heç kim müharibə istəmir”.

İrəvan Bakıya möhtacdır...

Beləliklə, proseslər göstərir ki, Azərbaycan, Rusiya, Ermənistan liderləri arasında keçən il noyabrın 10-da imzalanmış bəyanat artıq regionda həqiqətən də yeni vəziyyət yaradır. İlk növbədə Azərbaycan və Ermənistan arasında real əməkdaşlıq başlanır və bu da qalıcı sülh üçün olduqca önəmlidir.

Artıq faktdır ki, Ermənistan 10 noyabr bəyanatının müddəalarına sadiq qalacağı təqdirdə bundan sonra da Azərbaycanın infrastrukturundan faydalana biləcək. Bu da ciddi iqtisadi sıxıntıları və xaricdən böyük enerji asılılığı olan Ermənistan üçün çox vacibdir. Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov bu xüsusda qeyd edir: “Ermənistanın hazırki iqtisadi imkanları müstəqil şəkildə hər hansı kommunikasiyaların inşasını mümkünsüz edir. Bu faktor onun Azərbaycandan asılı vəziyyətə düşməsini labüd edir. Ona görə də Ermənistanın üçtərəfli bəyanatın müddəalarına sadiq qalmaqdan və revanşist niyyətlərdən əl çəkərək konstruktiv mövqe ortaya qoymaqdan başqa bir alternativi yoxdur. Əks təqdirdə siyasi burulğan içərisində çalxalanan qonşumuz həm də dərin iqtisadi böhrana sürüklənmək perspektivi ilə üzləşəcək”. Ekspert diqqətə çatdırıb ki, bu, eyni zamanda Azərbaycanın çox güclü və effektiv enerji infrastrukturuna malik olmasının göstəricisidir: “Ölkəmiz əməli olaraq 10 noyabr bəyanatına sadiq olduğunu göstərir. Bu, həm də qarşı tərəfə bir ismarıcdır. Yəni Ermənistan konstruktiv yanaşma ortaya qoyduqca kommunikasiyaların açılması Azərbaycan tərəfindən təmin olunacaq. Bu gün faktiki olaraq regionun dalanına çevrilən Ermənistan üçün Azərbaycanın bu cür addımı həyati vacibdir. Çünki infrastrukturun bərpası onun xarici investisiyalar üçün cəlbediciliyini artırmaqla yeni regional layihələrin iştirakçısı olmasında vacib rol oynaya bilər”.

Hesab edilir ki, hadisələrin indiki inkişaf axarı artıq Azərbaycanın istədiyi kimi Zəngəzur dəhlizinin də qarşıdakı müddətdə işə düşməsinə gətirib çıxaracaq. Azərbaycanla əməkdaşlığın Ermənistan üçün nə dərəcədə vacib olduğunu isə o zaman ermənilər praktiki olaraq görəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ