Bazar günü günü, 04 oktyabr 2026
     

Azıx - mədəniyyət və sivilizasiya tariximizin beşiyi... ermənilər saxta elm “dəlilləri” ilə tariximizi necə ləkələmək istədilər...

Image


Bəşəriyyətin qədim insan yaşayış məskənlərindən biri kimi dünya tarixinə düşən Azıx paleolit düşərgəsi Azərbaycan mədəniyyətinin, tarixinin şah əsərlərindəndir.

Uzun illər Ermənistanın terrorçu-separatçı silahlı birləşmələrinin tapdağı altında olan Azıx mağarasının “erməniləşdirilməsi” istiqamətində ermənilər dünyada analoqu olmayan saxtalaşdırma cinayətləri həyata keçirdilər. İşğal dövründə bütün saxtakarlıq metodlarını, üsullarını işə salan erməni alimləri Azıxı Azərbaycandan, Azərbaycan tarixindən, mədəniyyətindən ayırmaq üçün gecə-gündüz çalışdılar. Onlar Azıxda qanunsuz arxeoloji qazıntılar aparmaq cinayətlərindən tutmuş, abidə haqqında impakt faktorlu jurnallara məqalələr verməyə, xaricdə kitablar çap etməyə qədər ağılagəlməz saxta, mifik yollar keçiblər. Bu cinayətlər barədə növbəti yazımızda ətraflı yazacağıq. Amma təkcə onu qeyd etmək istəyirik ki, işğalda olduğu 28-30 ildə Azıxı saxtalaşdırmaq, onu “erməniləşdirmək” heç cür mümkün olmayıb.

  • Bəşəriyyətin qədim insan sivilizasiyalarından biri...

Dünya əhəmiyyətli ibtidai insan məskəni olan Azıx özü bəşər tarixindən ayrıca qədim bir sivilizasiya kimi keçir. Bu təbii mağarada Azərbaycan xalqının əcdadları böyük mədəniyyət yaradıblar.  

2020-ci ilin 9 noyabr tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi kəndlər arasında Xocavənd rayonunun Azıx kəndi və Azıx mağarası da olub. Bu gün Azıx mağarası düşmən işğalından azaddır.

Quruçayın sol sahilindən bir qədər aralıda, dağ ətəyində yerləşən Azıx kəndi öz adını Azıx mağarasından götürüb. Qarabağın ən mənzərəli və səfalı guşəsində yerləşən Azıx mağarası özündə çox qədim və zəngin insan, mədəniyyət, tarix sivilizasiyasını yaşadır.

  • “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri çərçivəsində Azıx mağarasında olub və qədim mağara düşərgəsinin, qədim insan yaşayış məskəninin hazırkı vəziyyəti ilə tanış olub və Azıxla bağlı diqqətçəkən fikirlər qeyd edib: “Ermənistan Azıx mağarasında qanunsuz işlər aparıb, onlar bu ziyanın hamısını ödəyəcəklər”. Dövlət başçısı bildirib: “Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik, fiziki formamızı göstərmişik. İndi girəcəyik Azıx mağarasının içinə. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik.

Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvətilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.

Buradan isə gözəl mənzərə açılır. Azıx kəndi, bax, oradadır. Bax, buradan daha yaxşı çəkmək olar. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.

  • Azıxdan dünyaya verilən mesaj...

Prezidentin Azıx mağarasına getməsi və bu qədim paleoloit düşərgəsinin, bəşər əhəmiyyətli arxeoloji-tarixi abidənin Azərbaycana məxsus abidə olduğunu bir daha bütün dünyaya bəyan etməsi çox mühüm məsələlərdən biri oldu. Prezidentin Azıxın tarixi, burada professor Məmmədəli Hüseynovun rəhbərliyilə ilk dəfə arxeoloji qazıntıların aparıldığı, əldə olunan böyük elmi nailiyyətlərin dəyəri haqda fikirləri, o cümlədən də işğal dövründə ermənilərin abidəni saxtalaşdırmaqla bağlı həyata keçirdikləri cinayətlərlə əlaqədar söylədiyi faktlar, əslində, beynəlxalq aləmə bir mesaj idi ki, biz öz torpaqlarımıza, abidələrimizə yenidən qovuşduq və sizin havadarlığınızla ermənilərin yeritdiyi saxtalaşdırma siyasətini öz gücümüzə iflasa uğratdıq. 

Tarixçi-arxeoloqlar hesab edirlər ki, ölkə başçısının Azıxa səfəri və bu tarixi məkandan verdiyi bəyanatlar bütün dünyaya bir mesajdır. Ekspertlər hesab edirlər ki, Azıx mağarası qədim insan yaşayış məskəni kimi keçmiş Sovetlər Birliyi dövründə geniş şəkildə öyrənilib və həmin dövrdə erməni alimləri də Azıxı tədqiq etməyə can atıblar, lakin buna nail ola bilməyiblər. Eksperlər deyirlər ki, ermənilərin həmin vaxt Azıxda tədqiqat aparmağa cəhd etməklərində məqsəd abidəni “erməni abidəsi” kimi qələmə vermək olub, lakin onların bu cəhdləri alınmayıb.

  • Qədim insan yaşayış məskəni Azıx necə kəşf olunub?

Arxeoloq ekspertlərin verdiyi məlumata görə, Azıx mağarası Daş dövrü insanlarının yaşayış məskəni olaraq bütün dünyada məşhurdur. Mağara 1960-cı ildə professor M.Hüseynovun başçılığı ilə “Paleolit arxeoloji ekspedisiyası” tərəfindən aşkarlanıb və Azıx mağarasında qazıntılara başlanıb. Aparılan tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanıb. Alimlər bildirirlər ki, arxeoloji tədqiqatlar zamanı mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1985-ci ilədək iki mərhələdə davam etdirilib. Birinci mərhələdə aparılan arxeoloji qazıntı işləri 1960-1973-cü illəri əhatə edib. Bu mərhələdə arxeoloji qazıntı işləri zamanı Azıx paleolit düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alınıb.

  • 350-400 min il yaşlı “Azıxantrop”

1968-ci ildə M.Hüseynovun rəhbərliyi altında paleololit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə  ibtidai insana məxsus çənə aşkarlayıb. Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapılıb. 1968-ci ilin iyun ayında M.Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar edib. Çənə sümüyünün 350-400 min il yaşı var. Çənə sümüyünün aid olduğu qədim insan “Azıxantrop” (Azıx adamı) adlanır. Azıx mağarasında çənə sümüyündən başqa, alətlər, fauna və ocaq qalıqları aşkar olunub. Tədqiqatlar göstərib ki, Azıx sakinlərinin hazırladıqları ilk əşyalar kobud çapacaqlardan, müxtəlif daş qəlpələrdən düzəldilmiş qazıyıcı və deşici alətlərdən ibarət idi.

  • Azıx mağarasının tədqiqatçıları və təbliğatçıları...

Azıx mağarası keçmiş SSRİ miqyasında Daş dövrünə aid olan unikal mədəniyyət-arxeoloji abidələrdən, insan yaşayış məskənlərindən biri kimi həmişə tədqiqatçıların diqqətini çəkib. Məlumatlara görə, Azıx qədim insan düşərgəsində aparılan arxeoloji tədqiqat işlərində ilk vaxtlar ancaq Azərbaycan alimləri iştirak edirdilər. Lakin sonralar çoxtəbəqəli paleolit düşərgəsində aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi burada kompleks şəkildə arxeoloji qazıntı işlərinin aparılması gərəkliyini ortaya çıxardı. Ona görə də Azıx paleolit düşərgəsində arxeoloqlarla yanaşı, paleontoloqlar, paleogeoloqlar, paleogeomorfoloqlar, paleoantropoloqlar və digər elm sahələrinin mütəxəssisləri tədqiqat işləri aparmağa başladılar. Azıxda elmi tədqiqatlar aparan M.Hüseynov, D.Hacıyev, Ə.Məmmədov, N.Şirinov, Ə.Cəfərov, A. Veliçko, S.Əliyev, M.Süleymanov və başqa alimlərin adlarını qeyd edə bilərik. Əsası M.Hüseynov tərəfindən qoyulan bu arxeoloji tədqiqatı davam etdirən tədqiqatçıların səyi nəticəsində saysız elmi yenilik üzə çıxarılıb. Bu alimlərin fəaliyyəti nəticəsində Paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin elmi materiallar aşkar edilib.

Məlum olduğu kimi, çoxtəbəqəli Azıx paleolit düşərgəsində 1974-1985-ci illərdə M.Hüseynovun rəhbərliyi altında kompleks şəkildə II mərhələdə arxeoloji qazıntı işləri aparılıb və düşərgədə II mərhələdə aparılan arxeoloji tədqiqat işlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tədqiqat işləri VI təbəqədən aşağıda yerləşən çöküntülərdə aparılmış və 4 yeni arxeoloji təbəqə qeydə alınıb.

1974-1975-ci illərdə Azıx düşərgəsində yeni müəyyən olunmuş VII-VIII-IX və X təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı mühüm elmi əhəmiyyətə malik maddi mədəniyyət nümunələri tapılıb. Maddi mədəniyyət qalıqları arasında əsas yeri çay daşlarından hazırlanmış kobud çapma alətləri tutur. Daş məmulatı ilə birlikdə daşlaşmış heyvan sümükləri də qeydə alınıb. Aparılan kompleks elmi tədqiqatlar zamanı Azıx paleolit düşərgəsinin VII–X təbəqəsindən tapılmış daş məmulatının dünya arxeologiyasında oxşarı olmadığı və bunların tamamilə yeni bir arxeoloji mədəniyyətə, alimlərin Quruçay mədəniyyəti adı verdiyi mədəniyyətə məxsus olması müəyyən edilib.

  • Azıxda aşkarlanan maddi mədəniyyət nümunələri...

Azıx paleolit düşərgəsinin VII–X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı 212 ədəd daş məmulatı tapılıb. Daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinin elmi tədqiqi zamanı Quruçay arxeoloji mədəniyyətinin bir neçə inkişaf mərhələsi olması müəyyən edilib.

Davamı olacaq...

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ