Bazar günü günü, 04 oktyabr 2026
     

Separatçılar mülki Qarabağ ermənilərinə silah saxlamağa icazə verir - sülhməramlıların gözləri önundə əhalini niyə silahlandırırlar...

Image


“Artsax” yoxdur, yerin dibinə batıb. Bunun fərqində olmaq istəməyən separatçılar yenə də öz qanunsuz fəaliyyətlərini davam etdirməyə cəhd edirlər.

Yayılan məlumatlara görə, separatçılar Qarabağda yaşayan erməniləri silahlandırmaqla bağlı məkrli niyyətlərini ortaya qoyublar. Belə ki, yayılan məlumatlara görə, Qarabağda erməni əhalisinə silah daşımaq “hüququ” verilir. Məlumatda bildirilir ki, indiyə qədər keçmiş hərbçilərə ov tüfənginə sahib olmaq hüququ verilirdi, lakin indi daha çox insan silah daşıya biləcək.

Ekspertlər qeyd edirlər ki, bu, Qarabağdakı separatçı-terrorçuların əhalini “özünümüdafiə” adı altında Azərbaycana qarşı silahlandırması deməkdir.

Separatçılar əhaliyə guya “özünü müdafiə etmək” üçün silah daşımağa “icazə verirlər”.

Məsələ burasındadır ki, bütün bu proseslərə hazırlıq bölgəyə nəzarət edən Rusiya sülhməramlılarının gözləri qarşısında baş verir. Rus sülhməramlıları hər addımbaşı erməniləri qoruyur, onları müdafiə edir, Azərbaycan dövləti isə heç vaxt öz mülkü, sadə vətəndaşlarına silah qaldırmaz. Bu halda separatçı-terrorçular erməniləri niyə silahlandırmaq istəyirlər, rus sülhməramlıları niyə bu addımlara reaksiya vermirlər?

Ekspertlər deyirlər ki, Qarabağda yaşayan ermənilərə silah gəzdirməyə icazə verilməsi, onların silahlandırılması ilə bağlı xəbərlərin yayılması, əslində, Rusiya sülhməramlılarının fəaliyyətini qaralamağa xidmət edir. Onlar əhaliyə silahdaşıma “hüququ” verməklə rus sülhməramlılarını saymadıqlarını, onların burada formal olduqları haqda rəy yaratmaq istəyirlər. Separatçıların niyyətlərinin məlum olduğunu deyən ekspertlər hesab edirlər ki, erməni əhalinin terrorçu-separatçılar tərəfindən silahlandırılması rus sülhməramlılarının məsələyə gec-tez sərt şəkildə müdaxiləsi ilə nəticələnə bilər, çünki sülhməramlıların iş prinsipindən biri də əhalidən qanunsuz silahları yığmaqdır, erməni əhalisi kütləvi olaraq açıq şəkildə silahlanarsa, bu işə sülhməramlılar müdaxilə edəcəklər.  

  • “Burada iki məqsəd var...”

Tanınmış siyasi icmalçı Asif Nərimanlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son günlər separatçıların mediası və Ermənistan mətbuatı Qarabağın erməni əhalisinin “özünümüdafiə məqsədilə” silahlandırılması haqda yazırlar. A.Nərimanlı qeyd etdi ki, separatçılar hələ də öz məkrli niyyətlərindən əl çəkmək istəmirlər.   

Onun sözlərinə görə, separatçı-terrorçular yeni bir “qanun layihəsi” irəli sürürlər və “qanun layihəsi”ndə isə əhaliyə silah gəzdirmək “hüququ verilməsi” nəzərdə tutulur. “Əvvəllər qondarma rejimin belə bir “qanun”u vardı, buna əsasən köhnə hərbçilər ov silahı daşıya bilərdilər. Hələ də separatçı və terrorçular öz aləmlərində oranı “müstəqil dövlət” kimi qələmə verirlər. İrəli sürdükləri “qanun layihəsi”ndə isə əhalinin silahlandırılmasına icazə veriləcək. Bu barədə separatçıların mediası gecə-gündüz təbliğat aparır ki, əhaliyə silah gəzdirmə “hüququ”nun verilməsi “özünümüdafiə” xarakteri daşıyır. Onlar bu məsələni təbliğ edirlər. Əslində, sülhməramlılar separatçıların bu qanunsuz davranışlarına göz yummalı deyil və silahlandırmanın qarşısını almaq üçün tədbirlər görməlidirlər. Lakin rus sülhməramlıları reaksiya vermirlər. Sülhməramlıların gözləri qarşısında baş verənlərə hansı səbəbdən reaksiya verməmələrinə gəlincə, burada iki məqsəd var: ya Rusiya tərəfi bilərəkdən separatçıların bu hərəkətlərinə göz yumur, ya da onlar hələ neytral mövqedə dayanırlar, separatçıların növbəti terrorçu addımlarına qarışmırlar. Sülhməramlıların gözləri qarşısında separatçıların erməni əhalisini silahlandırması prosesi gedir. Bu, açıq şəkildə ermənilərin silahlandırılmasıdır. Burada bir məsələ var. 10 noyabr razılaşmasından sonra həm Ermənistan tərəfi, həm də separatçılar belə bir rəy yaratmaq istəyirlər ki, guya Azərbaycan növbəti müharibəyə hazırlaşır. Bu gün, faktiki olaraq, Ermənistanın informasiya cəmiyyəti bütün fikirlərini bu istiqamətdə qurur və yalandan iddia edir ki, Azərbaycan Dağlıq Qarabağda növbəti müharibəyə hazırlaşır. Onlar bu dezinformasiyanı daha çox gündəmdə saxlayırlar. Burada məqsəd odur ki, Dağlıq Qarabağı “müstəqil respublika” və ATƏT-in Minsk Qrupuna üzv dövlətlərin və beynəlxalq aləmin gözündə Azərbaycanı “təcavüzkar” kimi göstərsinlər. Eyni zamanda da Ermənistan və separatçılar dünyaya göstərmək istəyirlər ki, münaqişə hələ “həll edilməyib”, Qarabağdakı əhalinin silahlandırılması da onların “özlərini müdafiə” xarakteri daşıyır.

Təsəvvür edin ki, separatçılar erməniləri silahlandırmaqla 1988-ci ildəki prosesləri yenidən təkrarlamaq niyyəti güdürlər. 1988-ci ildə də onlar əhalini bu cür silahlandırmışdılar. Bu da beynəlxalq aləmə hesablanmış bir məsələdir ki, guya Qarabağ “müstəqil dövlət”dir və burada yaşayan əhali özünü Azərbaycandan qoruyur. Bu isə absurddur. Qondarma “DQR” çoxdan məhv edilib, onun ətrafında qurulan oyunlar faydasızdır”.

A.Nərimanlı hesab edir ki, Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirməli və ermənilərin artıq davranışlar göstərməsinə imkan verməməlidirlər: “Rusiya sülhməramlıları gəliblərsə və bölgədə öz missiyalarını yerinə yetirməlidirlərsə, nə üçün öz funksiyalarını yerinə yetirmirlər, niyə hələ də Qarabağda terrorçu silahlılar qalıb, hansı səbəbdən onları zərərsizləşdirmir, tərksilah etmirlər? Təsəvvür edin ki, separtçı-terrorçular sülhməramlıların gözləri qarşısında əhalinin silahlandırılmasının vacibliyini  qeyd edir, amma sülhməramlılar buna reaksiya vermirlər. Burada, təbii ki, Rusiyanın öz maraqları var. 10 noyabr razılaşmasından sonra bu məsələ tamamilə həll edilməli idi. Rusiyanın xüsusi maraqları var, onu yerinə yetirənə qədər separatçıların hərəkətlərinə “göz yumacaq”, silahlı birləşmələrin Qarabağdan çıxarılmasını ləngidəcək” - deyə A.Nərimanlı qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ