Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycanda ləzgilər - tolerant-multikultural mühitin daha bir əyani təsdiqi…

Image


Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan öz tolerantlığı ilə adını tarixə böyük hərflərlə yazdırıb. Azərbaycanın əlverişli coğrafi şəraitdə yerləşməsi, eləcə də zəngin təbiəti hələ qədim dövrlərdən müxtəlif xalqları özünə cəlb edib. Ölkəmizi bu baxımdan tarixə düşən bir məskən kimi xarakterizə etmək olar. Çünki Azərbaycan zərdüştiliyin, Qafqazda xristianlığın ilk beşiyi, İslamın isə geniş yayıldığı bir məkandır.

Tarixi mənbələrdən də məlumdur ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, sivilizasiyaların yaranıb inkişaf etdiyi bir diyardır. Etnoqrafiyamız da bu baxımdan öz rəngarəngliyi ilə seçilir. Misal üçün, ölkəmizdə Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, molokanlar, ləzgilər, qrızlar, talışlar, kürdlər, ingiloylar, saxurlar və digər etnik qruplar yaşayır. Onların hamısı özünü azərbaycanlı adlandırsa da, hər bir qrupun özünəməxsus fərqli mədəniyyəti, adət-ənənələri var. Bu fərqliliklər məişətdə, mətbəxdə, sənətkarlıqda, eləcə də həyatın digər müxtəlif sahələrində öz əksini tapıb. Bu da onun nəticəsidir ki, Azərbaycanda yaşayan bütün etnik qruplar dövlətimizin onlara yaratdığı imkanlardan yararlanaraq öz mədəniyyətlərini qoruyub saxlaya biliblər.

  • Bu adət-ənənələrin bəzisi bugünümüzə qədər gəlib çatıb

Bütün millətlərin və azsaylı xalqların əsrlərlə birgə yaşayaraq öz milli-mədəni xüsusiyyyətlərini, din və dillərini qoruyub saxlaması heç də asan məsələ deyil. Azərbaycan xalqının tolerantlığından yararlanan bu xalqların da adət-ənənələrində bir doğmalıq, yaxınlıq müşahidə edilib və bu xüsusiyyət də ölkəmizdə mövcud olan birgəyaşayış nəticəsində əldə olunub. Bununla belə, ölkəmizdə məskunlaşan bütün azsaylı xalqlar özünəməxsus adətlərini, milli bayramlarını, mədəniyyətlərini qoruyub saxlamaqda və inkişaf etdirməkdə müstəqildirlər və onlar bu imkanlarından tam istifadə edirlər. Bu adət-ənənələrin bəzisi bugünümüzə qədər gəlib çatıb. Öz adət-ənənələrini qoruyub saxlayan, ölkəmizdə mövcud olan multikultural dəyərlər, tolerant mühit nəticəsində onları yaşadan və inkişaf etdirən xalqlardan biri - ləzgilərin həyat tərzi və adətləri, mərasimləri bizim üçün də hər zaman keçərli olub.

  • “Azərbaycan ləzgilər üçün doğma Vətəndir, doğma torpaqdır və onlar heç bir yerdə özlərini bu qədər rahat hiss etmirlər” 

Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən ləzgilərin etnik mədəniyyətinin, ana dilinin qorunmasına və inkişafına daima dövlət qayğısı göstərilir. Ümummilli lider Heydər Əliyev 1995-ci il fevralın 20-də respublikamızın ləzgi ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib: “Bizim Azərbaycanın müsbət xüsusiyyətlərindən biri də odur ki, respublikamız çoxmillətli, beynəlmiləl dövlətdir. Mən öz rəsmi bəyanatlarımda, nitqlərimdə dəfələrlə qeyd etmişəm ki, bu, respublikamızın üstünlüyüdür, milli sərvətidir, ümumi sərvətidir. Biz bununla fəxr edirik və bu tərkibi qoruyub saxlamalıyıq”. Sonra Heydər Əliyev bu sözləri əlavə edib: “Azərbaycan ləzgilər üçün doğma Vətəndir, doğma torpaqdır və onlar heç bir yerdə özlərini bu qədər rahat hiss etmirlər”.  Ləzgi və Azərbaycan dilləri fərqli mənşəyə, qrammatikaya və leksik bazaya malik olsalar da, xalqlarımız arasında yüzillərin sınağından çıxan qardaşlıq əlaqələri bu dilləri də linqvistika çərçivəsindən çıxararaq bir-birinə yaxınlaşdırıb. Bu doğmalıq hər iki dildə yüzlərlə ortaq söz və ideomatik ifadələrdə, ortaq dastan və atalar sözlərində də özünü aydın büruzə verir.

  • Bu, ləzgilərin və Azərbaycan türklərinin sıx tarixi bağlarının olduğunun bariz nümunəsidir

Ləzgilər və Azərbaycan türkləri arasında qədim köklərə və ənənələrə malik etnomədəni bağlar, çoxəsrlik mehriban qonşuluq münasibətləri bugünədək davam etməkdədir. Ləzgilərin Azərbaycan türkləri ilə ortaq etnomədəni məkanı bölüşməsi, o cümlədən aralarındakı dini birlik bu əlaqələrin daha da möhkəmlənməsinə təbii və əlverişli şərait yaradıb. Ləzgilər Azərbaycanın qafqazdilli etnosları arasında özlərinə məxsus yer tuturlar. Hazırda onlar sıx halda Qusar, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Oğuz, Şəki və Qax bölgələrində yaşayırlar.

Ləzgi xalqı ilə Azərbaycan türkləri arasında tarixən sıx etnomədəni bağlar, çoxəsrlik mehriban qonşuluq münasibətləri, həmçinin təsərrüfat və məişət əlaqələri bugünədək davam etməkdədir. Ləzgilər bu gün həm Azərbaycanı, həm də Dağıstanı özlərinə Vətən bilirlər. Azərbaycan türklərinin və ləzgilərin dini birliyi də etnoslararası münasibətlərin daha da güclənməsinə şərait yaradıb. Ləzgi xalq dastanlarının bir çoxu, ləzgi ədəbiyyatının klassiklərinin bir sıra məşhur əsərləri Azərbaycan dilində yaradılıb. Bu, ləzgilərin və Azərbaycan türklərinin sıx tarixi bağlarının olduğunun bariz nümunəsidir. Hətta əsrlərdən bəri Azərbaycan dili etnik cəhətdən rəngarəng olan Dağıstanda ümumünsiyyət dili olub.

  • Maddi, fiziki gücündən asılı olmayaraq, hər kəsin xəncəri olmalıdır...

Ləzgilərin digər maraqlı cəhətləri budur ki, onların evləri adətən ikimərtəbəli və eyvanlı olur. Bunun da fəlsəfəsi insanın yaşadığı yerin heyvanın yaşadığı yerdən daha hündürdə olması düşüncəsidir. Bu ev, həm də dünyadan köçən ləzginin övladına mirasıdır. Ləzgi evlərinin daha bir özəlliyi divarda keçi buynuzunun olmasıdır. Bu, çoxallahlılıqdan qalma ənənədir. Ya 22 sentyabr, ya da 22 martda ləzgi ailəsi 7 erkək keçi kəsir. Məhz bu ay və günlərin seçilməsinin də özəlliyi var. Yəni 22 mart yeni ilin gəlişi, sentyabr isə ilin yarı olması və məhsul yığımının başa çatması ilə əlaqədardır. Kəndli bu il də ailəsinin ac qalmayacağına görə şükür edir və bu ilin məhsulu olan keçidən 7-ni şükranlıq rəmzi olaraq kəsir. Keçinin seçilməsinin də səbəbləri var. İlk növbədə onun müdriklik əlaməti olan saqqalının olmasıdır. Bundan başqa, onun südü ən təmiz süd sayılır, tükünü gəlinlərin yasdığına qoyurlar, yağı isə masaj üçün əvəzsiz vasitədir.

Xəncər isə ləzgilərdə nəsildən-nəslə ötürülən bir əşyadır. Bütün qədim kəndlərdə divarları söksəniz, xəncər tapa bilərsiniz. Hətta bir vaxtlar qəbirlərə də xəncər qoyulub. Çünki vuruşmaq ləzginin qanındadır. Maddi, fiziki gücündən asılı olmayaraq, hər kəsin xəncəri olmalıdır. Yəni hər kəs namusunu qorumağı bacarmalıdır. Ona görə də "xəncər çıxdı, qan çıxdı" deyimi ləzgilər arasında çox geniş yayılıb. Lakin bu o demək deyil ki, ləzgilər bütün problemlərini xəncərlə həll edirlər.

  • Atanın adı mütləq oğulun uşaqlarından birində olmalıdır

Ləzgi toylarının da onları digər xalqlardan fərqləndirən bir sıra özəllikləri var. Məsələn, ləzgilərdə qızlar 16 yaşdan tez ailə qura bilməz. Hazırda da bu adət böyük əhəmiyyət daşıyır. Ləzgi qadınların yaylığının altından "şutqu" deyilən örtük olmalıdır. Çünki qadın gün ərzində mətbəxdə olur, onun saçı yeməyə tökülməsin deyə "şutqu" başında olmalıdır. Yeməkləri xəngəl, plov, düşbərə və s. Azərbaycan türkləri ilə eynidir. Bəyaz köynək, qara şalvar, papaq və kürkdən ibarət olan ləzgi geyimi ümumqafqaz tipindədir. Ləzgilərdə adlar atadan oğula, oğuldan sonrakı nəslə keçir. Ona görə də, bir nəsildə 7-8 nəfərdə eyni ad ola bilir. Atanın adı mütləq oğulun uşaqlarından birində olmalıdır.

  • Ləzgilərin tam əksəriyyəti Azərbaycan türkçəsini bilir və sərbəst danışırdı

Ləzgi xalqının tarixi taleyi Azərbaycan və azərbaycanlılarla sıx bağlıdır. Tarixin əksər dövrlərində, bu ərazilərin fərqli imperiyaların tərkibinə daxil olduğu dönəmlər, yaxud müstəqil Azərbaycan dövlətlərinin mövcudluğu zamanlarında ləzgilər Azərbaycan türkləri ilə eyni dövlətdə təmsil olunublar. Tarixən ləzgilərlə azərbaycanlılar arasında qarşılıqlı faydalı təsərrüfat əlaqələri qurulub. Quba, Şəki, Bakı və başqa tarixi Azərbaycan şəhərlərində ləzgi kəndliləri və sənətkarları öz məhsullarını satırdılar. Məhz bu səbəbdən ləzgilərin tam əksəriyyəti Azərbaycan türkçəsini bilir və sərbəst danışırdı. Yalnız XIX əsrin əvvəllərində Qafqazın ruslar tərəfindən işğalından sonra ləzgilərin və Azərbaycan türklərinin yaşadıqları ərazilərdə sərhədlər çəkildi. 1860-cı ildə Bakı quberniyası və Dağıstan vilayəti arasında çəkilən inzibati sərhəd sonradan Azərbaycan SSR və RSFSR, nəhayət müasir dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinə çevrildi. Azərbaycanda yaşayan ləzgilərin ənənəvi təsərrüfat məşğuliyyəti əkinçilikdən və maldarlıqdan ibarət olub. Onların təsərrüfat məişətinin xüsusiyyətlərinin formalaşmasına müxtəlif amillər, o cümlədən təbii-coğrafi şərait, Azərbaycan türklərinin təsərrüfat fəaliyyəti və maddi mədəniyyəti təsir edib. Azərbaycanda yaşayan bir çox etnik qruplarla yanaşı, ləzgilərin də maldarlığa üstünlük vermələrinin əsas səbəbi məskunlaşdıqları ərazilərdə zəngin yaylaqların olması ilə bağlıdır. Onlar əsasən qoyunçuluğa üstünlük veriblər. Tarixən yayı yaylaqlarda keçirən ləzgilər payızın son aylarından yazın əvvəllərinədək qışlaqlara köçərdilər. Onların qışlaqları Azərbaycanın Mil, Muğan, Qobustan, Alazan ərazilərində yerləşib.

  • Azərbaycan ləzgiləri arasında ən geniş yayılmış sənətkarlıq növlərindən biri xalçaçılıqdır

Ləzgilərin məskunlaşdığı düzənlikdə və qismən dağətəyi ərazilərdə əkinçilik, bağçılıq əhalinin təsərrüfat məişətində mühüm yer tutub. Əkinçiliyin genişlənməsi iribuynuzlu maldarlığın inkişafına təkan olub. Ləzgilər sənətkarlığın müxtəlif sahələrinə də üstünlük veriblər. Azərbaycanda yaşayan ləzgilərin işləyib hazırladığı taxta məmulatlar xüsusilə seçilir. Sənətkarlığın geniş yayıldığı məskənlərdən Gil, Miral, Yuxarı Yaraq kimi kəndlər daha çox məhşurdur. Azərbaycan ləzgiləri arasında ən geniş yayılmış sənətkarlıq növlərindən biri xalçaçılıqdır. Qusar rayonunda ləzgi sənətkarlar arasında xovsuz xalçalar - sumaxların toxunması geniş yayılıb. Ləzgilərin yaşadığı Qımıl, Küsnət kəndlərində toxunan xalçalar Azərbaycan xalçaçılıq sənətində özünəməxsus xüsusiyyətlərilə fərqlənir. Bu xalçalarda ümumi Azərbaycan ornamentləri üçün səciyyəvi olan həndəsi və nəbati motivlər əksini tapır.

  • Bütün müsəlmanlar kimi, onlar da islamda əsas bayramlar sayılan Qurban və Ramazanı keçirirlər

Azərbaycanda yaşayan ləzgilər qədim və zəngin mənəvi mədəniyyətə malikdirlər. Bu mədəniyyətin formalaşmasına tarixən mövcud olan ənənəvi dünyagörüşü, nəsildən-nəslə keçən adət və mərasimlər, zəngin xalq yaradıcılığı, dini baxışlar təsirini göstərib. Bütün müsəlmanlar kimi, onlar da islamda əsas bayramlar sayılan Qurban və Ramazan bayramlarını keçirirlər. Bununla yanaşı, Bahar bayramı hesab olunan qədim Yaran Suvar bayramı da martın son günlərində ləzgilər tərəfindən qeyd edilir. Bu zaman tonqallar yandırılır, sakinlər odun üstündən tullanırlar. Bayram xalq gəzintiləri, şənliklər, rəqslər və qonaqlıqlarla müşahidə olunur. Səhər tezdən qoyun dərisini tərsinə geyən gənclər evləri gəzərək hədiyyələr toplayırlar. Öz mahiyyətinə və keçirilmə formasına görə bu bayramın Novruz bayramı ilə oxşarlığı çoxdur.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ