Bazar günü günü, 04 oktyabr 2026
     

Qarabağ çözümü Azərbaycan üçün daha bir mühüm üstünlüyü üzə çıxardı, Moskva-Qərb qarşıdurması indi Ukraynanı hədələyir...

Image


Postsovet məkanında münaqişə ocaqları olan ərazilərdə Qərb və Rusiya yenidən kəskin şəkildə üz-üzə gələ bilər. Artıq bu xüsusda dünya mediasında edilən xəbərdarlıqların sayı da artmaqdadır. Əsas belə məkanlar qismində isə Gürcüstan, Ukrayna və Moldovanın adı çəkilir.

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Qarabağ münaqişəsinə son qoymaqla, həm də Rusiya və Qərb arasında qarşıdurmanın poliqonu olmaq təhlükəsindən artıq xilas olub. Bu, ölkəmiz üçün olduqca mühüm üstünlük sayılır. Lakin ərazisində münaqişə olan digər postsovet ölkələri üçün eyni fikirləri demək olmaz. Qərbin məhşur nəşrlərindən olan “Politico” dərgisi yazır ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsinə səbəb olmuş faktorlar indi də ortalıqdadır: “Ölkəiçi etirazlar, çabalayan iqtisadiyyat və şöhrət arzusu. Və bu faktorların trayektoriyasını proqnozlaşdıraraq plan cızmaq ABŞ prezidenti Co Bayden administrasiyasını narahat etməlidir”.

Hazırda Putinin oxşar böyük və cəsarətli addım barədə düşünməsinə azı iki səbəb var. Birinci səbəb stratejidir: o özü və Rusiya üçün şöhrət istəyir. İkinci motiv isə taktikidir: ömürlük prezidentliyə çalışır. 2024-cü ildə 72 yaşında altı illiyə, daha sonra 2030-cu ildə daha bir müddətə prezident seçilmək istərdi. Həm də on ildən artıqdır iqtisadiyyat və gəlirlərin durğunluq yaşadığı bir ölkədə COVİD-19 pandemiyasının da hələ çəkilib getmək fikri yoxdur. Aleksey Navalnının həbsi ölkənin 100-dən çox şəhərində etirazlara səbəb olub və bu, 2011-12-ci illərin anti-Putin etirazlarından bəri ilk dəfədir baş verir. Putin 2014-cü ildə Krımın “qaytarılması”ndan iqtisadi tərəqqini, gəlirlərdə artımı kompensasiya etmək üçün yararlandı, həm də bunu öz populyarlığının, rejiminin legitimliyinin əsas sütununa çevirdi. “Levada Mərkəzi” müstəqil sorğu şirkətinin direktoru Lev Qudkov Putinin legitimliyə yeni iddiasını "vətənpərvər səfərbərlik" adlandırıb. Və bundan sonra Putinin populyarlığı artdı.  Putin daha bir qalibiyyət müharibəsi istəsə, yetərincə potensial hədəflər var. Azı beş qonşu ölkə aşkar namizədlərdir. Onlardan üçü – Gürcüstan, Moldova və Ukrayna “dondurulmuş münaqişələr” olan ərazilərdir. Rusiyanın NATO-nun şərq cinahına, Estoniya, Latviya və Litvaya da sürətlə və qalibiyyətlə “dürtülməsi” mümkündür. Həm Brüssel, həm də Moskva Baltikyanı ölkələrin qısa zaman kəsimində müdafiəsiz olduğunu bilir”.

Real vəziyyətdə isə Rusiya və Qərbin Ukraynada üz-üzə gəlmə ehtimalı yüksək hesab edilir. Belə ki, Donbasdakı Ukrayna qoşunları tam döyüş hazırlığı vəziyyətinə gətirilib və istənilən an hücuma keçməyə hazırdır. Elə “strana.ua” portalı da  Ukrayna ordusunun komandanlığındakı mənbələrə istinadən bildirir ki, hazırda Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk separatçılarının mövqelərinə xeyli yaxınlaşıb, mövqelər arasında cəmi bir neçə yüz metr məsafə var. Ukrayna Müdafiə Nazirliyindəki mənbə deyib ki, Donbasın separatçılardan təmizlənməsinin bir neçə variantı hazırlanıb: “Hazırda Ukrayna ordusu separatçıların qüvvələri üzərində böyük üstünlüyə malikdir - həm texnika, həm canlı qüvvə, həm də döyüş təcrübəsi və təchizat baxımından. Baş qərargahda Qarabağdakı son müharibənin təcrübəsini diqqətlə öyrəniblər, plana əsasən Donetsk və Luqansk regionlarının əhəmiyyətli hissəsəsini azad etmək nəzərdə tutulur. Hər şey hazırdır, təkcə ali baş komandanın əmri gözlənilir”. Mənbə əlavə edib ki, hücum planı Qarabağdakı müharibənin təcrübəsinə əsaslanır və əsas vurğu pilotsuz təyyarələrdən geniş istifadəyə yönəldiləcək. Bununla belə, yüksək rütbəli ukraynalı hərbçi deyib ki, Rusiyanın münaqişəyə birbaşa müdaxiləsi də istisna olunmur. Bu varianta qarşı Ukrayna Müdafiə Nazirliyinin ehtiyat planı var, plana əsasən, Rusiya öz qoşunlarını separatçıların köməyinə göndərsə, Ukrayna ordusu mühasirəyə düşməmək üçün geri çəkiləcək. Artıq indidən Donbasda Rusiya radioelektron mübarizə kompleksləri işləyir, Donetsk və Luqansk vilayətləri ilə sərhəddə Rusiya ordusunun bir neçə iri birləşmələri cəmləşdirilib. Rusiya ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi və Donbasa yeridilməsi üçün bir sutkadan da az vaxt lazımdır.

Bir daha xatırladaq ki, Ukrayna ordusunun separatçı Donetsk və Luqansk regionlarına hücum planı Azərbaycan ordusunun Qarabağda qazandığı qələbənin ardınca aktuallaşıb. Ukrayna ordusunun komandanlığı Azərbaycan ordusunun döyüş təcrübəsini öyrənməyə başlayıb, bu təcrübəyə əsaslanan hərbi təlimlər keçirib. Rusiya Beynəlxalq Şurasının baş direktoru Andrey Kortunov da bildirir ki, Qarabağ Zəfəri Ukraynanın konfliktin hərbi yolla həlli ilə bağlı mövqeyini gücləndirə bilər: “Qarabağdakı müharibə göstərdi ki, diplomatiya köhnə münaqişənin həlli üçün yeganə yol deyil. Əlbəttə, burada nəzərə almaq lazımdır ki, Ukrayna Türkiyə ilə əməkdaşlıq edir. Bu da müəyyən mənada Kiyevdə qüvvələr nisbətinin onun xeyrinə dəyişdiyi təəssüratını yarada bilər. Kiyev ABŞ-ın Ukraynaya siyasi və bəlkə də hərbi dəstəyini artıra biləcəyini düşünür. Bu isə problemin hərbi yolla həllinə tərəfdar olan qüvvələri ruhlandırır".

Rusiya isə bəyan edir ki, Ukrayna hücum etsə Donbası tək buraxmayacaq. Bu zaman da Qərb Ukraynanın yardımına gələcəyini bildirir. Elə bu da Ukraynanı Rusiya və Qərb arasında çəkişmə mərkəzinə çevirir.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ