Bazar günü günü, 04 oktyabr 2026
     

Ermənistan neofaşizmi dünya mediasının əsas tənqid hədəflərindən birinə çevrilir

Image


Ermənistanda getdikcə çiçəklənən neofaşizmin dünya üçün ciddi təhdid mənbəyi olması haqda Azərbaycan uzun müddətdir həyəcan təbili çalır. Amma görünən budur ki, Ermənistan neofaşizm ideyasını yaşatmaqda maraqlıdır və bunun artıq təhlükıli hala gəlməsi ilə bağlı indi dünya mediasında da narahatlıqlarla dolu xəbərdarlıqlar səsləndirilir. Son dövrlərdə Rusiya KİV-i bu məsələyə Qaregin Njdeyə Ermənistanda qoyulmuş heykəl fonunda xüsusi diqqət edir.

Xatırladaq ki, hələ 2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan digər praktiki fəaliyyət növlərinin yayılması haqqında” məruzə təqdim edib. Məruzədə deyilir: “Ermənistanın keçmiş hakim Respublika Partiyası Qaregin Njde kimi millətçi təmayüllü, qeyri-müəyyən siyasi mövqeli, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumatlar olan bir şəxsin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atıb”.

Rusiyada çıxan “Arqumentı i faktı” qəzetinin müxbiri Georgi Zotov Ermənistanda mövcud vəziyyətlə bağlı hazırladığı reportajda yenidən bu məsələyə toxunub.  Rusiyalı jurnalist yazır: “Böyük Vətən müharibəsində 300 min erməni həlak olub, respublikanın 84 sakini Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Eyni zamanda, İrəvanda şəxsən mənim üçün çox xoşagəlməz bir yer var – 2016-cı ildə ovaxtkı prezident Serj Sarkisyanın “rusiyapərəst” hakimiyyət orqanları tərəfindən orada Qaregin Njdeyə tunc heykəl qoyulub. Bu adam Hitlerə cani-dildən xidmət edib, Vermaxtın erməni legionunu yaradıb, sovet hərbi əsirlərini nasist Almaniya tərəfində vuruşmağa təşviq edib. 1944-cü ildə Njde qızıl əsgərlər tərəfindən Bolqarıstanda həbs edilib, 1955-ci ildə Vladimir şəhərindəki məşhur mərkəzi həbsxanada ölüb. 69 yaşlı pensiyaçı Aşot Baqdasaryan bu heykəlin sahibinə haqq qazandırmağa çalışaraq deyir: “Njde Ermənistanı çox sevirdi, onun yolunda canından keçib, sadəcə səhvə yol verib, düzgün yol tutmayıb”. “Məncə o, Hitleri daha çox sevirdi, - deyə müsahibimin sözünü kəsirəm. Bilirsinizmi, ola bilsin, ataman Krasnov və ya general Vlasov da Rusiyaya bağlı çox səmimi hisslərlə yaşayıblar. Amma milyonlarla insanın qatili ilə qucaqlaşandan sonra bu hisslərin əhəmiyyəti yoxdur”.

“Vestikavkaza.ru” portalı da yazır ki, Ermənistanda Qaregin Njdenin simasında nasist cinayətkarların qəhrəmanlaşdırması aradan qaldırılmayıb. Belə bir vaxtda ABŞ-da fəaliyyət göstərən nüfuzlu “Jewish Press” informasiya agentliyi isə israilli siyasi analitik Rahel Avraamın “Ermənistanda baş verən son dəyişikliklərə baxmayaraq, ölkədə faşizm və antisemitizm hökm sürür” sərlövhəli məqaləsini yayıb. Müəllif yazır ki, hələ bu il martın əvvəlində İsrailin “HaYom” qəzeti dərc olunmuş bir məqaləsində amerikalı jurnalist Patrik Lankasterin Ermənistanın paytaxtı İrəvan şəhərinin Respublika meydanında millətçi bir təşkilatı təmsil edən erməni ilə ünsiyyətdə olması və həmin erməninin öz antisemitizm fikirlərini onunla bölüşməsi barədə məlumat verib: “Ermənistan vətəndaşı sosial şəbəkələrdə paylaşılmış həmin səs yazısında Svastikanın Hind-Avropa ari xalqlarının simvolu olduğunu, Hitlerin yəhudiləri təhrikçiliklə məşğul olduqları və təhlükəli millət hesab etdiyi üçün öldürdüyünü bildirib. Maraqlıdır ki, Ermənistan əhalisinin 90 faizi Holokost faciəsinin baş verdiyini təsdiqləyir, ancaq ermənilərin 58 faizində antisemitizm meyllərinin və yəhudilər barədə mənfi rəyin mövcud olduğu da məlumdur. İsrailli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut “Jewish Press” informasiya agentliyinə müsahibəsində İsrailin Diaspor Məsələləri Nazirliyinin son antisemitizm hesabatına əsasən İkinci Qarabağ müharibəsindən bəri Ermənistanda antisemitizm meyllərinin artmasının müşahidə olunduğunu deyib: “Monoetnik dövlət olan Ermənistanda antisemitizm və millətçilik dalğasının getdikcə artdığı müşahidə olunur. Son günlərdə İrəvandakı Holokost qurbanlarının xatirəsinə ucaldılmış memoriala qarşı vandalizm aktı törədilib, İsrail ilə Ermənistan arasındakı dostluq münasibətlərinin şərəfinə ucaldılmış digər bir abidə isə təhqir olunub”. Ekspert antisemitizmin və neonasizmin populyarlaşdırılmasının Ermənistanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildiyini və faşist ideologiyasının “njdeizm” adı altında Ermənistanın təhsil müəssisələrinin proqramına daxil edildiyini vurğulayıb”. 

Daha əvvəl isə Amerikada çıxan “Forward” nəşrində dünyanın müxtəlif ölkələrində faşistlərə və nasistlərin əlaltılarına qoyulmuş heykəllərin siyahısı dərc edilib ki, burada yenə Ermənistanın adı xüsusi qeyd edilib. “Forward” nəşrinin apardığı ilkin təhqiqata görə, Holokost dövründə yəhudilərin və digər milli azlıqların nümayəndələrinin qətlə yetirilməsində bilavasitə iştirak etmiş adamlara Birləşmiş Ştatlarda və bütün dünyada yüzlərlə abidə ucaldılıb, onların büstləri qoyulub. Bununla belə, “Forward” nəşrində xüsusi vurğulanır ki, faşizm məsələsində Ermənistanın da adı xüsusi yer tutur. Qeyd edilir ki, 2016-cı ildə Ermənistanın paytaxtı İrəvanın mərkəzində millətçi Qaregin Njdeyə böyük bir abidə qoyulub: “İrəvanın bir küçəsinə və mərkəzi meydanına Njdenin adı verilib. Məlum olduğu kimi, Njde Erməni legionunu nasistlərin sərəncamına verib. Bu əsgərlər Qafqazda, Krımda və Fransada Üçüncü Reyxə xidmət ediblər. Gümrüdə, Qafanda və Ermənistanın daha 17 yaşayış məntəqəsində də Njdeyə heykəllər qoyulub. Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə bu nasist əlaltısının büstü qoyulub və bir küçəyə onun adı verilib. 2003-cü ildə Qafanda da bir küçəyə Njdenin adı verilib və onun memorialı yaradılıb”.

Bütün bunlar fonunda bir daha təsdiq edilir ki, Ermənistan neofaşizmin çiçəkləndiyi əsas mərkəzlərdən biridir.

Tahir TAĞIYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ