Erməni KİV-i xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində qalmaqal yaşanıb. Məlumat yayılıb ki, sülhməramlıların müşayəti ilə yüngül əxlaqlı qadınları Xankəndindən Şuşaya aparırlar. KİV-in məlumatına görə, fövqəladə idarə ilə sülhməramlılar birgə təhqiqat aparıblar və bu məlumatın yalan olduğu aşkarlanıb. Təhqiqat barədə məlumat verən funksioner belə bir hadisənin olmadığını, “quraşdırma” olduğunu elə sosial şəbəkədə paylaşıb.
Təbiidir ki, bu xəbər inandırıcı görünmür. Onda isə belə məlumatları yaymaqda ermənilərin hansı məqsədi ola bilər?
Politoloq Rəşad Bayramovun sözlərinə görə, təbiidir ki, bu məlumat həqiqətə oxşamır: “Söhbət ondan getmir ki, erməni qadınları ümumiyyətlə bu işlə məşğul olmazlar. Biz tarixdən bilirik ki, ermənilər öz siyasətlərində daima yüngül əxlaq tərzi keçirən qadınlardan istifadə ediblər. Xankəndində bu kateqoriyadan olan qadınların yaşaması mümkünüdür. Ancaq onların məhz Şuşaya aparılması bir qədər inandırıcı deyil. Çünki Şuşa tam olaraq bizim nəzarətimizdədir. Erməni qadınlarının ora buraxılması qeyri-mümkündür. Ola bilər ki, onların bölgədə olan sülhməramlılarla hansısa əlaqəyə giriblər. Bu, mümkündür. Digər maraqlı bir məqam isə bu məlumatın kim tərəfindən tirajlanmasıdır. Rusiyaya bağlı olan bir media qurumunun belə dedi-qoduya yer verməsi də çox maraqlıdır. Bununla Rusiyanın daxilindəki hansısa qruplar sülhməramlılarla bağlı mənfi rəy formalaşdırmağa çalışırlar. Digər bir versiya isə Rusiya sülhməramlıları ilə bağlı yaranan “ ermənilərə yaxın” imicin dağıdılması ilə bağlıdır”.
Politoloqun sözlərinə görə, bununla Rusiyaya yaxın dairələr guya sülhməramlıların ermənilərə yox, bizə yaxın olduqlarını isbatlamağa çalışırlar: “İstənilən halda Rusiya sülhməramlıların fəaliyyəti qənaətbəxş deyil. Onların adının bu cür qalmaqalda hallanması isə ictimai rəydə birmənalı qarşılanmır. Hesab edirəm ki, bu məsələdəki dezinformasiyanın yayılmasında ermənilərdən daha çox rus izi görünür”.
Məhəmmədəli QƏRİBLİ