Bazar günü günü, 04 oktyabr 2026
     

Ukrayna cənubdakı separatçılara qarşı Qarabağ ssenarisini tətbiq etməyə hazırlaşır

Image


Azərbaycanın üzləşdiyi separatçılıq problemini güc yolu ilə həll etməsindən sonra indi bir sıra postsovet ölkələri də analoji addımlar atmaq niyyətindədir. Söhbət ilk olaraq Ukraynadan gedir.

Qeyd edək ki, Ukraynanın bu ilin sonunadək Donbas böhranını həll edəcəyi barədə iddialar səsləndirilir. ABŞ-ın bu fonda Ukraynaya yardımının artması da təsadüf sayılmır. ABŞ dövlət katibi Entoni Blinken yaranmış vəziyyətdə bildirib ki, Vaşinqton Ukraynaya təhlükəsizlik, iqtisadiyyat, demokratik təsisatların gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahələrində dəstəyi artırmaq niyyətindədir: "Biz Ukraynanı qətiyyətlə dəstəkləyirik, bu dəstəyi həm təhlükəsizlikdə, həm iqtisadiyyatda, həm də ölkədə demokratiyanın gücləndirilməsinə yönəlmiş səyləri baxımından artırmaq niyyətindəyik”. ABŞ diplomatiyasının rəhbəri ölkəsinin Donbasdakı təcavüzə qarşı olduğunu da söyləyib. Rusiyalı hərbi ekspert İqor Korotçenko isə bildirir ki, Ukrayna Qarabağdakı hərbi əməliyyatları olduqca diqqətlə öyrənir: “Ukrayna Baş Qərargahı xüsusilə zərbə dronlarının uğurlu təcrübəsi ilə maraqlanır”. Ekspert Ukrayna ilə Türkiyənin təmaslarının intensivləşməsini təsadüfi hesab etməyib:“Ukrayna Türkiyədən “Bayraktar” pilotsuz təyyarələrini almaq və bunların ölkədə istehsalını həyata keçirmək istəyir. PUA operatoru üzrə təhsil alan ukraynalı hərbçilər yeni Donbas müharibəsinin olacağı təqdirdə “Bayraktar”dan aktiv istifadə edəcəklər. Belə əməliyyat mümkündür”. Hazırda Ukrayna ordusunun Donbass separatçılarına hücuma hazırlaşdığı barədə xəbərlər səngimir. Bu fonda Ukrayna ordusunun təmas xəttinə çoxlu sayda hərbi qüvvə və texnika cəmləşdirdiyinə dair sosial şəbəkələrdə son günlər görüntülər yayılmaqdadır. Donetsk və Luqansk separatçıları Ukrayna ordusunun Azərbaycan ordusunun Qarabağda tətbiq etdiyi döyüş taktikasından istifadə edərək sürətli hücum əməliyyatlarına hazırlaşdığını deyirlər. Rusiyada da bu xəbərlərdən narahatdırlar və Ukrayna ordusunun hücumunu gözləməkdədirlər. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Aleksandr Şerin bildirib ki, Moskva qabaqlayıcı addımlar atmalıdır: “Ukrayna qoşunlarının Donbasa hücumu zamanı situasiya çox sürətlə inkişaf edə bilər. Ola bilsin, Kiyev Dağlıq Qarabağ ssenarisini təkrar etmək istəyir. Əgər tammiqyaslı hərbi qarşıdurma başlasa döyüş əməliyyatlarını dayandırmaq çətin olacaq. Qoşunlar hər tərəfdən hücum edəcək. İş o yerə gəlib çata bilər ki, Rostov sərhədlərində Amerika hərbçiləri də peyda ola bilər”. Dövlət Dumasının üzvü bildirib ki, belə vəziyyətdə Donetsk və Luqansk qabaqlayıcı addım ataraq hücuma keçməlidir: “Rusiya bu “respublikaları” tanımalıdır. Mənə aydın deyil ki, Rusiya nəyə görə bu respublikaları rəsmən tanımır. Bir çoxları deyir ki, bu halda Rusiyaya pis yanaşacaqlar. Onsuz da indi beynəlxalq arenada situasiya Rusiya üçün yaxşı deyil”.

Bir daha vurğulayaq ki, Azərbaycan ordusunun 44 günlük müharibədə qazandığı qələbədən sonra Ukraynanın şərqindəki rusiyameylli separatçıların da ciddi təşvişə düşdüyü məlumdur.  Ukraynada təmas xətti boyu ağır silahların və tankların da tətbiqi ilə tez-tez atışmalar qeydə alınması isə müharibə ehtimalının qaçılmaz olduğunu göstərir. Hərbi ekspert Aleksey Leonkov hesab edir ki, Ukrayna Silahlı Qüvvələri hücuma ciddi hazırlaşıb və Donbas separatçılarının müqavimət göstərmək imkanı olmayacaq. Ekspert bildirib ki, Ukrayna ordusunun hücum potensialı yüksək səviyyədədir. Çünki son illərdə ABŞ və NATO-nun rəhbərliyi altında ciddi hazırlıq keçib. Vaşinqton Ukrayna ordusunun 4 briqadasının təlim-döyüş hazırlığına və təchizatına 250 milyon dollar sərf edib, ordu döyüş pilotsuz təyyarələri ilə silahlanıb. Qarabağ müharibəsində özünün saxta xəbərləri ilə ad çıxaran “WarGonzo” telegram-kanalının aparıcısı Semyon Peqov isə iddia edir ki, Ukrayna ordusunun hücumu iki istiqamətdən başlayacaq. Bunlar Qorlovka və Novoazovsk istiqamətləridir. O bildirir ki, birinci istiqamətdən irəliləyən Ukrayna qüvvələri Luqansk və Donetsk arasında strateji əhəmiyyətli yolu kəsəcəklər, ikinci istiqamətdən isə maksimal tezliklə Rusiya ilə dövlət sərhədinə çıxacaqlar. “Luqansk xalq respublikası”ından olan  siyasətçi Rodion Miroşnik isə qeyd edir ki, Luqansk və Donetsk yeni hərbi eskalasiyada Rusiyanın köməyinə müraciət etməli olacaqlar. Çünki onların Ukrayna ordusuna qarşı dayanmaq gücü yoxdur. Separatçıların nümayəndəsi qeyd edib ki, Ukrayna ordusunun şəxsi heyəti rəsmən 240 mindir, amma nazir Arsen Avakovun sərəncamında 340 minə qədər qüvvə var və beləliklə, Donbasa 600 minlik qüvvə hücuma keçəcək.  Ona görə də “Donetsk və Luqansk xalq respublikaları” hökmən Rusiyanın köməyinə müraciət edəcəklər. Rusiyalı hərbi analitik Yuri Kotyonok isə vurğulayır ki, Moskva Donetsk və Luqanskdakı separatçı qurumlara hərbi yardım göstərəcək və Birləşmiş Hərbi Əməlliyyatlar zonasından kənarda olan obyektlərə də zərbələr endirəcək: “Sirr deyil, Rusiya “respublikalara” hərbi yardım göstərəcək. Bu yardımın miqyası düşmənin hərəkətlərinin yaratdığı təhdidlərlə mütənasib olacaq. Ukrayna ordusunun hücum bölmələri vurulacaq, əlavə qüvvələrin gəlməsinin, sursat tədarükünün qarşısı alınacaq”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ