Bazar günü günü, 04 oktyabr 2026
     

Cənubi Qafqazda rusdilli azlığa iki münasibət - Azərbaycan və Ermənistan modelləri..

Image


Bu gün Azərbaycanda 150 mindən çox rus yaşayır, tədrisin rus dilində aparıldığı məktəblər və ali təhsil ocaqları, Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, beş rus pravoslav kilsəsi fəaliyyət göstərir, böyük rus şairi Aleksandr Puşkinin abidəsinin ucaldığı bağ bakılıların sevimli istirahət məkanıdır.

Bütün bunlar onu göstərir ki, Azərbaycanda Rus icması diqqət və qayğı ilə əhatə olunub və cəmiyyətin tamhüquqlu üzvüdür.

  • Azərbaycan  ərazisində  ilk  rus  yaşayış məskənləri XIX əsrin 30-cu illərində meydana gəlib

Azərbaycanda əhalinin milli tərkibində həm sayca, həm də xüsusi çəkisinə görə ikinci yeri ruslar tutur. XIX əsrin 30-cu illərindən sonra Azərbaycana köçürülən rus əhalisini iki qrupa bölmək olar. Həmin əsrin 70-80-ci illərindən sonra burada məskunlaşan rusların bir qismi müflisləşmiş və yerlərdə torpaqdan məhrum olmuş kəndlilər, digər qrup isə xristian dininin müxtəlif cərəyanlarına məxsus olan təriqətçilər idi. XX əsrin 20-30-cu illərində respublikaya rusların miqrasiyası güclü olmuşdur. Onlar təsərrüfatın müxtəlif sahələrinə aid mütəxəssislərdən, alimlərdən, fəhlələrdən ibarət idi. Azərbaycan  ərazisində  ilk  rus  yaşayış məskənləri XIX əsrin 30-cu illərində meydana gəlib. Bunlar əsasən çar hökuməti tərəfindən sürgün edilmiş və ya Rusiyanın cənub əyalətlərindən könüllü olaraq köçüb gəlmiş malakanlar, duxoborlar, subbotniklər olub.

  • Ruslar Azərbaycan millətinin tərkib hissəsi kimi dövlətçiliyə sanballı töhfələrini veriblər

Azərbaycan  ərazisində bu gün də rusların kompakt yaşayış məskənləri qorunmaqdadır. Onlardan  ən böyüyü İsmayıllı rayonundakı İvanovka kəndidir ki, burada 3 min nəfərdən artıq rus yaşayır. Nikitinin adını daşıyan  kolxoz isə respublikadakı ən stabil təsərrüfat olaraq qalır. XIX əsrdə ölkəmizə köçürülən ruslar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə, həm də bölgələrdə yerləşdirilib. Ruslar  Azərbaycan  millətinin tərkib hissəsi kimi iqtisadiyyata, dövlətçiliyə, elmə, mədəniyyətə və təhsilə sanballı töhfələrini veriblər. Bakı neftçisi Nikolay Konstantinoviç Baybakovun həyatı buna bariz nümunədir. Vaxtı ilə o, Azərbaycan neft kompleksində rəhbər vəzifələrdən birini tutmuş, Neft Sənaye Xalq Komissarı, sonra SSRİ Dövlət Plan Komitəsinin sədri olub. Azərbaycanın mərhum  Prezidenti Heydər Əliyev  N.K.Baybakovun səmərəli  fəaliyyətini  unutmamış  və  1995, 1998, 1999-cu illərdə onu Azərbaycanda şəxsən qəbul edib. Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə N.K.Baybakov “Şöhrət” Ordeni ilə təltif olunub. 

  • Bütün digər vətəndaşlar kimi, ruslar da öz dini mərasimlərini azad keçirmək imkanına malikdir

Ölkəmizin bütün tarixi boyu ilk dəfə olaraq Rus Provaslav Kilsəsinin Başçısı, Moskva Ümumrusiya Patriarxı, mərhum II Aleksey Azərbaycana səfər etdi. Bu tarixi səfər bir daha  təsdiq edirdi ki, Azərbaycan  respublikada yaşayan rus vətəndaşlarına, provaslav xristianlara necə böyük diqqət və qayğı göstərir. Bütün digər vətəndaşlar kimi ruslar da öz dini mərasimlərini azad keçirmək imkanına malikdir.  Ölkədə 10-dan çox molokan dini icması, dörd adventist icması, yeddi xristian-baptist yevangelist icması fəaliyyətdədir. 90-cı illərin ortalarında Rus Pravoslav Kilsəsinin (RPK) Müqəddəs Sinodunun qərarı ilə mərkəzi Bakıda olan müstəqil Xəzər yeparxiyası bərpa  edilib. Rus mədəniyyəti və rus dilinin qorunması, məktəblərdə rus dilində dərslərin tədris olunması, Bakı Slavyan  Universiteti kimi unikal tədris müəssisəsinin yaradılması, rus dilində qəzet və jurnalların nəşri, Bakı şəhərində A.S.Puşkinin abidəsinin ucaldılması və s. tədbirlər bütünlüklə Azərbaycan dövlətinin demokratik cəmiyyət quruculuğundakı səmərəli milli siyasətini bir daha təsdiq edir.

  • Rus dilində həm dövlət, həm də özəl kanallarda xəbərlər proqramı təqdim olunur...

Rus dili məişətdə hələ də geniş istifadə olunur. Əksər şəhərlilərin və hətta kənd sakinlərinin danışığında Azərbaycan dilinə rus sözlərinin qatılması nadir hal deyil. Rus dili və rus mədəniyyətinin əhatə dairəsi və təsiri rusların respublika əhalisindəki xüsusi çəkisindən olduqca böyükdür. Nə qədər təzadlı olsa da, bu gün ölkəmizdə rus dilinin və rus mədəniyyətinin əsas daşıyıcıları ruslar yox, əksəriyyətini rus təhsili almış azərbaycanlılar təşkil edən rusdilli şəhər sakinləridir. Rusiyaya və rus mədəniyyətinə olan böyük maraq hələ də qalmaqdadır. Hazırda rus dilində həm dövlət, həm də özəl kanallarda xəbərlər proqramı təqdim olunur, ayrıca CBS kanalı isə birbaşa rus dilində yayımlanır.

Azərbaycandakı Rus İcmasının 2015-ci ildən roa.az saytı fəaliyyət göstərir. Bu saytda respublikamızın daxili həyatı və rus icmasının fəaliyyəti haqda  məlumatlar yayımlanır. Rus icmasının fəaliyyəti – tədbirləri, icma rəhbərliyinin çıxışları, məqalələri, müraciətləri saytın fəaliyyətinin əsas hissəsini təşkil edir. Azərbaycanda yaşayan rusların bir neçə  ictimai  və  mədəni  birliyi  (“Sodrujestvo”,  Slavyan Mədəniyyət Mərkəzi və s.) mövcuddur. Bunların sırasında Milli Məclisin deputatı Mixail Zabelinin (o, hakim Yeni Azərbaycan Partiyasının siyahısından keçib) başçılıq etdiyi rus icması daha çox nüfuzludur.

  • Ermənistanda yalnız Rusiyanın hərbi bazalarında xidmət keçən və onların ailə üzvləri olan rus millətinin nümayəndələrinə rast gəlmək mümkündür

Ermənistanda  isə vəziyyət tam fərqlidir. Həmin ölkədə milli azlıqlara qarşı ictimai həyatda baş verən mənfi münasibət özünü müxtəlif formalarda göstərir. Ermənistanda yaşayan bütün xalqlar demək olar ki, bu  ayrı-seçkiliyə məruz qalıb. YUNESKO-da səsvermə nəticəsinə əsasən “monoetnik dövlət” elə anlayışdır ki, burada mədəni sərhədlər siyasi sərhədlərlə toqquşur. Belə ölkələrdə yalnız bir millətin nümayəndəsi olur, digər milli nümayəndələrin sayı ya olmur ya da nəzərə çarpmıyacaq dərəcədə az olur. Monoetniklik özlüyündə mədəni pluralizm və ya multikulturakizmlə ciddi toqquşur.  Ermənistan monoetnik ölkədir.  Bu xüsusiyyəti ermənilər süni olaraq yaradıblar. Dənizdən dənizə böyük Ermənistan yaratmaq xülyası ilə yaşayan ermənilər ağılasığmaz vəhşiliklərə əl atıblar.  Ermənistanın monoetnik dövlət siyasətinin nəticəsi olaraq Ermənistanda hal-hazırda bir nəfər belə azərbaycanlı qalmayıb.  Ermənistanda ruslara qarşı da aqresiv münasibət var.  Həmin ölkədə demək olar ki, Ermənistan vətəndaşı olan ruslar qalmayıb. Ermənistanda yalnız Rusiyanın hərbi bazalarında xidmət keçən və onların ailə üzvləri olan rus millətinin nümayəndələrinə rast gəlmək mümkündür.

  • Ruslar guya xristianların Azərbaycanda sıxışdırılması ilə bağlı ermənilərin yaydığı saxta məlumata qarşı çıxıb…

Azərbaycanda 10 milyon əhali var. Bunun 96 faizi müsəlman, 4 faizə qədəri isə qeyri-müsəlman əhalidir. Bütün dinlərin nümayəndələri Azərbaycanda sülh və tolerant şəraitdə yaşayır. Azərbaycanda yaşayan  ruslar  44 günlük müharibə zamanı   Ermənistanın ölkəmizə hərbi təcavüzü, həmçinin Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə almasına  sərt etiraz ediblər. Onlar xüsusilə də mülki vətəndaşları, azyaşlı uşaqları, qadınları yaşadıqları evlərdə hədəf alan hücumları pislədiklərini deyiblər. 60 yaşını tamamlayan Olqa Doqadina öz vətənim dediyi Azərbaycana dəstəyini bildirmək üçün müraciət edib. Yeraslav Trifonov isə Rus Dram teatrının aktyorudur. O da Bakıda doğulub, Azərbaycan vətəndaşıdır. Deyir ki, Azərbaycan uğrunda ölümə də gedər:  ”Azərbaycan özünün tolerantlığı və multukulturalizm siyasəti ilə seçilir. Elə buna görə də ölkəmizdə yaşayan digər millətlər də bizimlə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmağa hazırdırlar”. Elə həmin vaxt Azərbaycanda yaşayan ruslar ermənilərin yaydığı yalan informasiyaları ifşa etmək üçün videomüraciət yayıblar. Onlar xristianların Azərbaycanda sıxışdırılması ilə bağlı ermənilərin yaydığı saxta məlumata qarşı çıxaraq, bildiriblər ki, burada sakit yaşayırlar və ölkəmizdə din azadlığı var: “Biz xristianlar Azərbaycanda xoşbəxt yaşayırıq. Bu gün Azərbaycan öz torpaqları uğrunda döyüşür. Biz bütün həyatımız boyu Azərbaycanda yaşayan xristianlarıq. Bizim ölkəmizdə din azadlığı var”.

  • “Biz ölkələrimiz arasında mövcud olan münasibətlərdən çox məmnunuq”

Rusiyada Ümumrusiya Azərbaycan Konqresi bağlananda Azərbaycan Rus İcmasının rəhbəri başda olmaqla, ölkənin rusdilli əhalisini birləşdirən bir sıra ictimai təşkilatların rəhbərləri Ümumrusiya Azərbaycan Konqresinin bağlanması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar. Həmin müraciətdə deyilirdi:  “Biz anlayırıq ki, bu qərar siyasi xarakter daşımır və iki ölkə arasında münasibətlərə heç cür mənfi təsir etməyəcək. Azərbaycanda yaşayan rusiyalı həmvətənlilər ölkənin ali rəhbərliyinin və bütün Azərbaycan cəmiyyətinin rus dilinin qorunması, millətlərimizin mədəniyyət və ənənələrinin dəstəklənməsi və inkişafı istiqamətindəki qayğıkeş münasibətini yüksək qiymətləndirir. Biz ölkələrimiz arasında mövcud olan münasibətlərdən çox məmnunuq. Onun əsasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənəsi, bir-birinin maraqlarına hörmət dayanır”.

  • “Azərbaycan xalqının gözəl bayramları burada doğulan, böyüyüb boya-başa çatan rusların qanına hopub”

Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelinin sözlərinə görə, Azərbaycanda yaşayan digər xalqlar milliyyət baxımından fərqləndirilmir. Özlərinə qarşı hər zaman isti münasibətin şahidi olduğunu deyən icma rəhbəri qeyd etdi ki, bu gün ruslar Azərbaycandakı ən çoxsaylı milli azlıqlardan biridir: “Hazırda Azərbaycanda 150 min nəfərə yaxın rus yaşayır. Rus icması respublikanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında yaxından iştirak edir, dövlət qurumlarında, icra orqanlarında, parlamentdə təmsil olunur. Rus icmasının təşkilatlanması 1993-cü ildə başlanıb. Azərbaycan Rus İcmasını təşkilat olaraq yaratmaqda məqsədimiz buradakı rus əhalisinin müstəqil Azərbaycanın yeni həyatına uyğunlaşmasına kömək etmək idi. Heydər Əliyev Azərbaycan Prezidenti seçiləndən sonra ilk dəfə olaraq 1994-cü ilin yanvarında bizim keçirdiyimiz Milad bayramı konsertində iştirak etdi. O, insanların qarşısında çıxış edərək dedi: “Mən Azərbaycan Prezidenti kimi sizin hüquqlarınızın müdafiəsinin qarantıyam. Heç yerə getməyin və hesab edin ki, bura sizin vətəninizdir”. Ruslar bu dəyərli sözlərə inandılar və Azərbaycanda qaldılar”.

Mixail Zabelin deyir ki, indi Azərbaycan Rus İcması təşkilati cəhətdən möhkəmlənərək respublikada müəyyən nüfuz qazanıb. İcmanın fəaliyyətində Rusiya Mədəniyyət Mərkəzinin xüsusi yeri var: “Mərkəzdə mədəni fəaliyyət üçün hər cür şərait yaradılıb. Bunun üçün Azərbaycan dövlətinə minnətdarıq. Rus icması özünü Azərbaycan cəmiyyətindən ayıra bilməz. Biz bu xalqın bir hissəsiyik. Azərbaycan xalqı rus xalqına yaxındır. Qonaqpərvərlik, xoş rəftar, başqa xalqların nümayəndələrinə hörmətlə yanaşma - bunlar bizi birləşdirən ümumi oxşarlıqlardır. Azərbaycan xalqının gözəl bayramları burada doğulan, böyüyüb boya-başa çatan rusların qanına hopub. Bizim bayramlarımız heç vaxt milli mahnı və rəqs ifa edilmədən keçirilmir”.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ