Bazar günü günü, 04 oktyabr 2026
     

“Təəssüf ki, erməni sevgisi Rusiya sülhməramlılarına missiyalarının mahiyyətini unutdurub” - Vüqar Rəhimzadə

Image


“Dağlıq Qarabağ münaqişəsi  arxada qalıb. Artıq  bu səhifə bağlanaraq qarşıdakı dövrün prioritetləri müəyyənləşdirilir. Bugünümüzün əsas məsələsi Azərbaycanın möhtəşəm hərbi və siyasi Qələbəsini və Ermənistanın biabırçı kapitulyasiyasını təsdiq edən 10 noyabr üçtərəfli razılaşmasının əsas şərtlərindən olan Rusiya sülhməramlılarının öz missiyasını necə yerinə yetirməsidir.

 

Reallıqda onların əsas missiyası bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək verməklə üzərinə düşən vəzifəni yerinə yetirməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyev  Xocalı faciəsinin 29-cu ildönümü günündə  yerli və xarici  media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Rusiya sülhməramlıların fəaliyyəti ilə  bağlı Azərbaycan ictimaiyyətində haqlı narahatlıq  doğuran məqamlara diqqəti yönəldərək bəzi mesajlarını  çatdırmışdır.»

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, sözügedən  sülhməramlı kontingent fəaliyyətə başladığı gündən   Ermənistana dəstəyini açıq-aşkar ortaya qoyaraq tərəfsizlik prinsipini kobud şəkildə pozmaqla    Rusiyanın  44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmüharibə dövründə sülh razılaşmasının əldə olunması istiqamətində göstərdiyi səylərin üzərinə kölgə salmaqla məşğuldur:  «Rusiyalı sülhməramlılar dərk etməlidirlər  ki,  onlar bölgədə  erməni sevgilərini ortaya qoymaq məqsədilə  ssenarilər  cızmaq, qeyri-adekvat hərəkətləri ilə Azərbaycan xalqının səbrini daşdırmaq  üçün   yerləşdirilməyiblər.  Bu, artıq beynəlxalq səviyyədə qəbul olunmuş qaydadır ki, sülhməramlılar tərəfsiz olmalıdırlar. Məsələyə bu kontekstdən yanaşsaq açıq-aşkar görərik ki, Rusiya  sülhməramlılarının fəaliyyət istiqamətləri 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatla təsbit olunub. İrəvandan Xankəndiyə erməni daşımaq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə gül-çiçək dəstəsi ilə  təbrik etmək sülhməramlıların vəzifəsi deyil.  Rusiya sülhməramlıları bu mühüm məqamı da unutmamalıdırlar ki, onların  bir vəzifələri də bölgəni silahsızlaşdırmaq, tərəflər  arasında  atəşkəs rejiminə riayət olunmasına nəzarət etmək, dinc vətəndaşların, xüsusilə Qarabağa Böyük Qayıdışa hazırlaşan azərbaycanlıların   təhlükəsizliyini qorumaqdır.  Amma görünən odur ki,  onların atdıqları bəzi addımlar missiyalarına uyğun deyil. 10 noyabr razılaşmasının tələblərinin Rusiya sülhməramlıları tərəfindən gizli, yaxud açıq şəkildə pozulması rəsmi Moskvanı düşündürməli, vəzifəsi bölgədə dayanıqlı sülhü və təhlükəsizliyi bərpa etmək olan sülhyaratma qüvvələrinin fəaliyyətində  bitərəfliyə nail olmaq üçün  ciddi addımlar atılmalıdır.»

Baş redaktor bildirib ki, postmüharibə dövrünün reallıqlarından bəhs edərkən cənab İlham Əliyev  44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində, eyni zamanda, bu günlərdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında  gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasının təmin edilməsinin vacibliyinə toxunub. Azərbaycan lideri aydın şəkildə xalqların sülh şəraitində yaşamasını təmin edəcək belə bir konstruktiv model təklifini ortaya qoyduğu  halda Rusiya sülhməramlılarının birtərəfli mövqe nümayiş etdirməsi sual  doğurmaya bilməz. Missiya unutmamalıdır ki,  bu torpaqların  sahibi Rusiya və Ermənistan deyil,  Azərbaycandır.

V.Rəhimzadə qeyd edib ki,  bizim qeyd etdiyimiz məqamlar, necə deyərlər, aysberqin yalnız  görünən tərəfləridir: «Yaxşı olar ki, Rusiya sülhməramlıları  10 noyabr razılaşmasının şərtlərinə uyğun olaraq soydaşlarımızın işğaldan azad edilmiş ərazilərimizə qaytarılması prosesini həyata keçirməyə dəstək olmaq üçün bölgədə təhlükəsizliyin təminatında mühüm rol oynayacaq minalardan təmizlənmə işinin sürətləndirilməsi üçün Ermənistandan  minalanmış sahələrin xəritələrini  almağa yardımçı olsunlar: «O zaman  missiyalarının adında özünü ehtiva edən mənanın yükünü dərk edər, ən əsası 30 ilə yaxın müddətdə erməni sevgilərinin sonda hansı nəticəyə gətirib çıxardığını bir anlıq da olsa düşünərlər. Bu gün Qarabağ bölgəsində hələ də erməni yaraqlılarının qalmasına sülhməramlıların  seyrçi mövqedən yanaşması haqlı olaraq Azərbaycan vətəndaşlarının narazılığına səbəb olur. Hesab edirəm ki, 10 noyabr razılaşmasında tərəf kimi  Rusiya həm  Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, həm  də  regiondakı fəaliyyətində bu torpaqların əzəli sahibi olan  Azərbaycan dövlətinin və xalqının  maraqlarını öndə saxlamalıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə bu faktı bir daha əyani şəkildə çatdırdı. Tarixi Qələbəmizdən sonra Prezident İlham Əliyevin bütün çıxışlarında  Ermənistanın hər hansı revanşist addımına veriləcək adekvat cavabı xatırlatması da səbəbsiz deyil. Bu, işğalçı dövlətə və ona hələ də yardım göstərmək istəyənlərə ciddi mesajdır.»




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ