Bazar günü günü, 04 oktyabr 2026
     

Bakı Zəngəzur dəhlizinə regional və beynəlxalq miqyasda böyük maraq yaratdı

Image


Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra qazandığı möhtəşəm qələbə Cənubi Qafqazın geosiyasi, geoiqtidadi həyatında artıq olduqca yeni bir mühüm mərhələ açır. Bu mərhələ həm də iqtisadi əməkdaşlıq şəraitində regionda qalıcı sülhün bərqərar olması baxımından olduqca önəmli hal sayılır.

Söhbət burada ilk olaraq  Qarabağla bağlı məlum üçtərəfli anlaşmadan sonra yaranan yeni əməkdaşlıq platformasından gedir.

  • Bakı və Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi tam uzlaşır

Xatırlatmaq yerinə düşərdi ki, regionda yaranan yeni əməkdaşlıq platformasına 6 ölkə daxildir. Bunlar Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və  Ermənistandır. Bu ölkələr arasında qurulan yeni əməkdaşlıq platforması iqtisadi münasibətlərin dərinləşdirilməsi, yeni istiqamətlərin yaradılması,  kommunikasiya xətlərinin bərpasıdır. Belə kommunikasiya xətləri sırasında indi Zəngəzur dəhlizi xüsusi yer tutur. Azərbaycan bu dəhlizin mümkün qədər tez işlək vəziyyətə gəlməsində maraqlıdır. Yeri gəlmişkən qeyd edək ki, prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məsələyə yenidən xüsusi olaraq toxundu: “Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq”. 

Qeyd edək ki, Azərbaycan Zəngəzur dəhlizinin işə salınması və ölkənin bu dəhlizdən faydalanması üçün artıq müvafiq addımlar atır. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin atılması da bunun real təsdiqidir. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti strateji əhəmiyyətə malikdir. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsi yaradılacaq. Bu da Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir. Barəsində bəhs edilən dəmir yolunun digər mühüm əhəmiyyəti  Azərbaycanla qardaş Türkiyə arasında iqtisadi bağların daha da möhkəmlənməsinə verəcəyi yeni töhfələr olacaq. Belə ki, bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və Bakı-Tiflis-Qars xəttindən sonra  Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Bu yoldan region ölkələrinin hamısı, o cümlədən Ermənistan da istifadə edə bilər. Azərbaycan bununla postmüharibə dövründə regional əməkdaşlığın inkişaf etdirilməsində maraqlı tərəf olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda rəsmi Bakının mövqeyi həm də bundan ibarətdir ki, bölgənin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün nəqliyyat layihələri xüsusi rol oynayır. Başqa sözlə, sözügedən nəqliyyat layihələrinin həyata keçməsi Azərbaycanın sülhə verdiyi vacib töhfələrdəndir.  Sadəcə, Ermənistan indi ölkə daxilində yaşanan siyasi böhran fonunda Zəngəzurdan keçən dəmir yolunun inşasında müəyyən problemlər yaratmğa can atır. Lakin o da birmənalı həqiqətdir ki, Ermənistan Zəngəzur dəhlizinin işə salınmasına maneə yaratmaq gücündə deyil. Digər tərəfdən prosesdə Ermənistana hələ də böyük təsir gücünə malik Rusiya da olduqca maraqlıdır. Bunu Ermənistanın “Mühafizəkar” partiyasının sədri Mikayel Hayrapetyan da xüsusi olaraq vurğulayır: “Rusiya məhz bu günlərdə Dağıstanda dəmir yolu, hava limanı, gəmi limanı, avtomobil yollarının təmirləri və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tikintiyə başlayıb, yeni terminallar inşa edir. Onlar bizim üçün yeni bir Moskva-Qars müqaviləsinin fəlakətli nəticəsinə sahib olmaq üçün əsas rus-türk “3+3 platforması”nın həyata keçirilməsinə hazırlaşırlar. Əsas hədəf Mehridir, Ermənistanın dövlətçiliyinin ürəyi orada döyünür. Zəngəzur ətrafında yaranmış hazırkı vəziyyət narahatvericidir. Rusiya buradan keçən dəhlizin hazırlanması istiqamətində fəal addımlar atır. Bu da Azərbaycanın istəklərinə uyğundur”.

  • Laçın dəhlizi ermənilər üçün Domokl qılıncıdır

Hazırda Ermənistanda davam edən siyasi böhran fonunda ölkə müxalifəti Zəngəzural bağlı durumdan hakimiyyətə qarşı istifadə etməyə çalışır. Bundan ehtiyat edən Nikol Paşinyan iqtidarı Zəngəzur dəhlizinin açılmasını yubatmağa cəhd edir. Lakin əldə edilən razılıqlar fonunda Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı müqaviməti əbəs sayılır.

Düzdür, İrəvanda iddia edilir ki, Zəngəzur dəhlizinin açılması daha çox Bakıya lazımdır. Çünki bu, Bakıya Naxçıvanla daha rahat əlaqə yaratmağa imkan verir. Naxçıvanla Azərbaycanı birləşdirən dəhliz həqiqətən də Bakı üçün vacibdir, amma ermənilər də bundan faydala bilər. Lakin  ermənilər müqavilə öhdəliklərindən imtina edərsə, onda Azərbaycanın Laçın dəhlizini bağlaması mümkündür. Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da bunu mümkün sayır: “Zəngəzur dəhlizinin açılmasını tezləşdirmək üçün Azərbaycan Laçın dəhlizi məsələsindən istifadə edə bilər. Yəni, İrəvana təzyiq üçün onun qapadılması mümkündür”. Onun sözlərinə görə, bu layihəni dəstəkləyən ən birinci faktor Rusiya özüdür: “Rusiya özü bu layihəni daha çox dəstəkləyənlərdəndir. Moskva “Şimal-Cənub” dəhlizinin işə salınmasında maraqlıdır. Bu, Rusiya üçün vacib layihədir. Hətta bununla bağlı müəyyən işlər var idi. Rusiya-Azərbaycan-İran üçtərəfli görüşləri keçirilirdi. Astara tərəfdə bu layihənin tikintisi də başlayıb. İndi Zəngəzur dəhlizinin açılması da kommunikasiya baxımından yeni reallıqlar yaradır”. Politoloqun sözlərinə görə, bu prosesə Türkiyənin qoşulması da çox vacibdir: “Çünki Rusiya-Türkiyə arasındakı mal mübadiləsi, ticarəti də artıb. Bu da ona gətirib çıxarır ki, dəhliz mütləq açılmalıdır. Hazırda Bakı-Tiflis-Qars marşrutundan istifadə olunur. Amma Rusiya bu marşrutdan istifadə edə bilmir. Ona görə ki, Moskva ilə Tiflis arasındakı hazırkı münasibətlər buna maneə yaradır. İki tərəf arasındakı əlaqələr imkan vermir ki, bu tranzit tam şəkildə həyata keçirilsin. Bu baxımdan hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması üçün Azərbaycanın “Laçın dəhlizi kartı”ndan daha çox, Rusiya özü Ermənistanı Mehridən dəhlizin açılmasına təhrik edəcək. Üstəlik, burada İranın da maraqları var. Ermənistan hazırda Zəngəzur dəhlizininin açılmasını bilərəkdən yubatmağa çalışır. Yəni, İrəvan olmayan yerdən nəsə qazanmaq istəyir. Tərəflərin çoxu bu dəhlizin açılmasının, işə düşməsinin tərəfdarıdır. Azərbaycanla yanaşı, İran, Rusiya, Türkiyə də Zəngəzur dəhlizinin açılmasını istəyir. İnanmıram ki, Ermənistan bu məsələdə uzun müddət dirənc göstərsin. Yəni, İrəvan Zəngəzur dəhlizinin açılmasını uzun müddət ləngidə bilməz”.

Qeyd edilənlər fonunda görünən odur ki, Naxçıvanla dəhlizin açılması və bölgənin ticari əlaqələrinin inkişafı üçün Zəngəzur dəhlizinin açılmasını çox gözləməyəcəyik. Ən azından burada Türkiyə və Rusiya amili var. Rusiya öz for-postuna hələ də mühüm təsir imkanlarına malikdir. Elə Türkiyə də Ermənistana qarşı müəyyən sərt tədbirlər almaqla İrəvanın Zəngəzur daşını ətəyindən tökməsində mühüm rol oynamaq iqtidarındadır. Digər tərəfdən İrəvanın müqaviməti halınd  Azərbaycanın Laçın dəhlizini bağlaması isə təkcə Ermənistanı yox, eləcə də Rusiyanı çətin vəziyyətə sala bilər. Bunu Kreml də, İrəvan da çox yaxşı anlayır.

  • Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıran mühüm məqamdır

Beynəlxalq miqyasda mövcud yanaşma da ondan ibarətdir ki, bu gün Ermənistan üçün inkişafa gedən yol Azərbaycanla əməkdaşlıqdan keçir. Bu əməkdaşlığın qurulmasında isə Zəngəzur dəhlizinin açılması və təhlükəsiz fəaliyyəti müstəsha əhəmiyyət kəsb edir.

Qeyd edilənlərlə bağlı Avropanın aparıcı onlayn nəşrlərindən  biri olan  “Modern Diplomacy” portalı da yazır ki, Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıran mühüm məqamlardan biri ola bilər: “Əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün əsas vasitənin əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Ermənistan Zəngəzur dəhlizinin qeyd olunan üstünlüklərindən yalnız öz qonşularına qarşı 30 ilə yaxındır həyata keçirdiyi təcavüzkar siyasət əvəzinə daha çox regional əməkdaşlığı seçərsə faydalana bilər. Ermənistan iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişaf imkanları əldə etməyi istəyirsə, bunun yeganə yolu regional əməkdaşlığa qoşulmaqdan keçir. Əks təqdirdə, Ermənistanda yüksək işsizlik səviyyəsi, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət hökm sürəcək və ölkə uzunmüddətli iqtisadi inkişaf perspektivləri fürsətini əldən verəcək.

Zəngəzur dəhlizinin yaradılması və bütün iqtisadi kommunikasiyaların bərpası ilə bölgənin xarici investorlar üçün cəlbediciliyi də artacaq. Uzun illərdir Cənubi Qafqazda bir sıra mühüm enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi biznes mühitinə mənfi təsir göstərmiş və nəticədə Ermənistan özünü bütün regional layihələrdən kənarda qoymuşdu. Artıq münaqişənin başa çatması ilə bütün region ölkələri qarşısında bölgənin iqtisadi potensialından tam istifadə etmək, fərqli layihələrin həyata keçirilməsi üçün əlavə sərmayələr cəlb etmək imkanı yaranıb. Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün təqdim etdiyi bütün imkanlar onu göstərir ki, bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz, həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və “Orta dəhliz” kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Dəhlizin iqtisadi faydaları ilə yanaşı, onun reallaşması nəticəsində iqtisadi əlaqələrin genişlənməsi də bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanmasına əhəmiyyətli dərəcədə töhfə verəcək. Dayanıqlı iqtisadi inkişaf və sülh isə, öz növbəsində, gələcəkdə zərərli millətçi fikirlərin yayılmasının və yeni münaqişələrin yaranmasının qarşısını alacaq”. Bütün bunlar Zəngəzur dəhlizinin dünya miqyasında da xüsusi diqqət mərkəzində olduğunu bir daha nümayiş etdirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ