Tarixin səhifələrində nəinki iz salmaq, heç onu sadəcə, vərəqləmək belə hər adama nəsib olmur. Ərinməyin dünyanın istər fəlsəfi, istər mədəni, istərsə də iqtisadi inkişafını əks etdirəm kitabları vərəqləyin, təkamül tarixinə baxın.
Paradokslarla, absurdlarla, bəzən isə paralellərələ zəngin olan müxtəlif zaman kəsiklərində müxtəlif şəxsiyyətlər millətləri və xalqları ağır durumdan, çıxılmaz vəziyyətdən xilas edib onu inkişafın hamar yoluna gətirmişdir. Mistik mənada götürdükdə onları təmsiletdikləri xalqın Dankosu adlandırırdılar. Reallıqda isə onlar tarixə öz adları ilə düşürlər.
Ölkəmizin başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqinə qulaq asdıqca fikrləşdim: doğrudan da Tanrı Heydər Əliyevin şəxsində Azərbaycan xalqına elə bir sənətkar bəxş edib ki, bu sənətkar ən gözəgəlimsiz rənglərdən belə hər bir kəsə xoş gedəcək rəngləri tutuşdurub milyonların qəlbini ehtizaza gətirməyi bacarır. Bu şəxsiyyətin sadəcə varlığı taliman kimi ləyaqətlə təmsil etdiyi millətinin boyunbağısına çevrilib.
Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
Dövlətin maraqları və müstəqillik Ulu Öndər Heydər Əliyevin siyasətində mütləq prioritet kimi çıxış edib. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Naxçıvan Muxtar Respublikasında Ulu Öndər referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi.
Bu bir faktdır ki, ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başlayıb. 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.
1993-2003-cü illər ölkənin inkişafında həlledici illər olub. Bu illərdə dövlətçiliyin əsasları qoyuldu. 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Yalnız Ulu Öndər 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Senzura məhz onun göstərişi ilə, Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.
Bu gün hər kəsin özünə dayaq bildiyi ölkəmizin başçısı İlham Əliyev çox haqlı olaraq bildirdi ki, partiyanın VI-cı qurultayından ötən 3 il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. 3 il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir.
Cənab Prezident yekun nitqində dedi:
Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.
Onun son fikri isə məni necə də qürurlandırdı: Beləliklə, bir çox hallarda dediyim kimi bu günkü qurultayı da bu sözlərlə yekunlaşdırmaq istərdim: «Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»
Hər zaman fikirləşmişəm ki, bu xalqın övladları olduğumuza görə xoşbəxtik. Və mən dövlətimin başçısına Azərbaycanı dünyaya tanıdan, söz sahibi edən İlham Əliyev cənablarına üz tutaraq söyləyirəm yaşımızdan asılı olmayaraq hər birimiz sizi özümüzə ata hesab edirik. Var olun ki, Azərbaycanı məhf olmaqdan qurtaran ulu Öndərin siyasi kursunu əzimkarlıqla davam etdirirsiniz. Bunu görmək bizim sabaha olan inamımızı artırır, daha bəxtəvər, daha xoşbəxt oluruq.
Əminə YUSİFQIZI, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri