Bazar günü günü, 04 oktyabr 2026
     

Tək cümlədə Ermənistan: İlan öz quyruğunu dişləyir...

Image


“Dünya dəyişir” – bu söz köhnə sözdür, dünya dəyişsə də, bu deyim, deyimin ifadə etdiyi anlam dəyişməyib deyə bilərik. Din də, elm də, dünyanın dəyişdiyini deyir, necə deyərlər, özümüz öz ömrümüzdə gördüklərimizlə də bu deyimin anlam sabitliyini qoruduğunu bilirik: dəyişir dünya.

Dünya dəyişimlərinə qarşı bir çox hallarda hazırlıqsız yaxalandığımız olub. Özəlliklə, XX yüzilin başlarında və sonlarında... – Torpaq itirmişik, soydaşlarımızı, vətəndaşlarımızı itirmişik, özümüzə məhəbbəti, inamı itirmişik, mədəni abidələrimiz dağıdılıb yaxud dəyişdirilrilib, özgələşdirilib, mənimsənilib və s. Tanrıya çox şükürlər, bütün itkilərə, bizə qarşı fitnə-fəsadlara, oyunlara baxmayaraq, bugün müstəqil dövlətimiz var, tarixi torpaqlarımızın 86.6 min kv. km.-ində olsa da, suveren respublikamız var, daha böyük hədəflərə, tarixi haqlarımıza yönümüz var, eşqimiz, ruhumuz var! Bunlar çox-çox önəmli məqamlardır.

Dünyanın yeni dəyişim dönəmində Azərbaycanın əldə etdiyi uğurlar gözardı edilə bilməz. Şükranlığa layiq bu uğurların memarı var, əlbəttə. Əlbəttə, ölçülü-biçili siyasət, bu siyasətin alovlu vətənpərvərliklə, daha irəli sözlə desək, vətəncanlılıqla görülməsi uğurlarımızın təməlini təşkil edir. Əgər XX yüzilin başlarında, XX yüzilin sonlarında böyük itkilərimz oldusa, bizim torpaqlarda Ermənistan adlı “dövlət” yaxud oyuncaq rejim yarandısa, insanlarımız soyqırım aktlarına məruz qaldısa, bu dəfə biz öz gücümüzü göstərdik, haqqımız olanı aldıq, qorduduq, işğalçının başını əzdik. Müzəffər Ordumuz Ali Baş Komandanın başçılığı ilə xarüqələr yaratdı!

Qarabağımız işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçid mərhələsindədir. İllərlə dünya erməniliyinin toruna düşmüş yaxud özünü qanmaz yerinə qoyanlar ayılıb, ayıldılıb, yeni reallıqlarla barışmağa məcbur qılınıb...  

Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbət olub. Bizim kimi qonşu, tərəfdaş hər kəsin şansı, qazancıdır. Bunu idrak etməyən uğursuz dövlət artıq ənənəvi havadarlarından belə istədiyi dəstək və məhəbbəti görmür, görməyəcək də. Maşa olmaq, başqasının qısqırtması ilə şirnikmək İlahi ədalətlə elə bir geridönüş edib ki, indi ilan öz quyruğunu dişləyir...  Azərbaycanın dövlət başçısının 26 fevral 2021-ci il tarixli (və tarixi!) mətbuat konfransında  vurğuladığı kimi, respublikamız öz müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə  yerini, tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Tərəfdaş ciddiyyəti! – bu çox önəmli təsbitdir. Aleksandr Dümaya aid olan bir dəyərləndirmənin məzmununu burada xatırlatmaq istərdim: “Qafqazda üç əsas xalq var, onlardan azərbaycanlılarla (Dümaya görə, “Qafqaz tatarları”) iş görmək istəsən, kişi sözü al, yetərlidir; gürcülərlə müqavilə bağla, sonra iş gör, ermənilərlə müqavilə bağladıqdan sonra da, nəzarətini, zirəkliyini itirmə, onlara etibar etmə”...

Azərbaycanın Ermənistan kimi saxta, uğursuz bir dövlətlə qonşuluğu bizimçün həm problemdir həm də başqa­larına müqayisə imkanı yaratmağı ilə, bizi (necə deyərlər) ayaqda dimdik durmağa vadar etməsi ilə hansısa faydaları da vardır. Təsəvvür edin: Ermənistan kimi birgəyaşayışdan uzaq, monoetnik, işğalçılıq və terrorçuluğu nominal dövlət siyasətinə çevirmiş, başqalarının yaxşı nəyi varsa özününküləşdirməyə çalışan uğursuz dövlət, digər tərəfdə həqiqi, ədalətli sülhün tərəfdarı və təsisçisi, birgəyaşayışın ən gözəl örnəklərinə malik – sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanına çevrilmiş, çkiçəklənən Azərbaycan! Bu iki açıqara fərqli zehniyyət (mədəniyyət) sınır qonşusu olunca Şərlə Xeyir, Cəhalətlə Aydınlıq üz-üzə gəlmiş olur...

Bəli, Azərbaycan öz xeyirxahlığı və tərəfdaş ciddiyyəti ilə seçilir. “Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib”. – Bu böyük tabloya qarşılıq Ermənistan nə durumdadır? Xeyirxahdır? – Deyil! – Xeyirxah təfəkkür soyqırım, işğal, köçə məcburetmə, terror siyasətini yaxına qoymamamlıydı. Hansısa layihələrin başlanğıcı, müdafiəçisi, töhfə verənidir? – Əsla! – Tam əksinə bölgə üçün, elə Ermənistanın özü üçün həyati önəm daşıyan layihələrin önündə əngəl olub yaxud əngəl olmağa çalışıb. Öhdəliklərinə sadiqdir? – Əsla və əsla! – Uzağa getmədən, 44 günlük Vətən Müharibəsində, müharibəsonrası iki Üçtərəfli Bəyanatda ehtiva olunan öhdəliklərinə sadiq olmadığı hər halından bəlli... Bununla belə, artıq daş qayaya rast gəlib, bu dəfə kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini ya yerinə yetirəcək ya iflas edəcək. Belə olan halda Ermənistan və etibarlı tərəfdaş sözlərini bir cümlədə işlətmək belə günah sayıla bilər...

Sosial-iqtisadi sahədə Ermənistanın uğurlarımı var? – Bu yəqin ən yaxşı yumor hissi olanlar üçün belə çətin ifadə olardı... “Covid19” Ermənistanın iç üzünü göstərmişdi, qalanını da 44 günlük müharibə gün üzünə çıxardı... Hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıq qavramı isə Ermənistan üçün ancaq bu şəkildə ifadə oluna bilər: “Hərbi-təhlükəsizlik sahələrində asılılıq. Növbəti asılılıq”... 

Ermənistan bütün öhdəliklərində qətiyyətsiz olub, yıxılmağa yer gəzib, pozuculuq etmək istəyib. SSRİ dövrü tam dotasiyada oturub, sonra işğal çörəyi ilə zəhərlənib, diaspor çörəyi yeyib – hər iki halda halallıq, comərdlik, haqq-hüquq olmayıb. İndi lələhüy qalan uğursuz dövlət, Dəmir Yumruğun diqtəsi ilə davranmağa məcburdur. Pis-yaxşı əməkdaşlıq sistemi içidnə olduğu ölkələrdə rəğbətlə qarşılanması, etibar qazanması, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməsi qayət mümkünüsüzdür; çünki maşa, oyuncaq yerinə qoyulub – elə dövlətlərçün cızığından çıxa, boyundan yuxarı hoppana bilməz; ya da, oyunbazlıq edib, qeyri-səmimi olub və bu üzsülüyü də üzə düşüb... Di gəl, etibar qazan, di gəl, bərabərhüquqlu ol, görüm, necə olursan..?

Bəli, tam haqqımız var deyək ki Azərbaycan müttəfiqləri ilə səmimi olub. Çünki xarici siyasət kursunda özünəməxsus ardıcıllığı qoruyub; istərsə iqtisadi, istər də siyasi məsələlərdə həmişə ardıcıl, birmənalı mövqe nümayiş etdirib.

Dövlət başçısı öz çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunarkən vurğuladığı kimi, bizim xarici siyasətimiz açıq və prinsipial siyasətdir. Respublikamızın xarici siyasətində gizlədiləsi məqam yoxdur. Bu da ondan irəli gəlir ki bizim milli maraqlarımıza əsaslanan xarici siyasətimiz, işbirliyinin möhkəmlənməsi üçün nəzərdə tutulur. Biz kiminsə haqqına girmirik, kiməsə aid olana haqq iddia etmirik, beynəlxalq hüquq normalarına zidd addımla planlaşdırmırıq. Kimdənsə umacağımız, yardım istəyimiz də yoxdur. Nəyi gizlədəcəyik ki? Hər kəs ədalətli olsun, beynəlxalq hüquqa sayğılı olsun, bizim haqqımıza girməsinlər – bizim meyarımız budur.

Respublikamızın beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış etdiyi birmənalı həqiqətdir. BMT başda olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiqlik nümayiş etdirən Azərbaycan, müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı məhz öz ədalətli qərarları, doğru səs verməsi, düzgün yanaşması ilə seçilib. Bütün açıq, gizli çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə min bir zəhmətlə formalaşan şərəfli, ciddi imicini qoruyub saxlayır. Respublikamızın bu mövqeyi zamanın sınağından çıxmış qətiyyətli mövqedir. Örnəyi, BMT-də, digər beynəlxalq platformalarda həlledici səsvermələr zamanı biz Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik, onlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Bir sözlə, müstəqil Azərbaycan Respublikasının bütün əməli fəaliyyət sahələri üzrə, ədalətə, haqq əsaslanan strateji baxışı, özünəxas yanaşması var. Dövlətimizin iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı, təsəvvürü var. Ölkəmiz bu ümumi plan, bu aydın baxış əsasında əmin addımlarla irəliləyəcək, yeni uğurlar qazanacaqdır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

BAYRAĞIMIZ UCA OLSUN!

Əkbər QOŞALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ