Bazar günü günü, 04 oktyabr 2026
     

Gürcüstanla bağlı ABŞ və Rusiyanın gizli kəşfiyyat və siyasi planları…

Image


ABŞ-da son hakimiyyət dəyişikliyindən sonra burada iqtidara gəlmiş yeni administrasiya ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda geosiyasi rəqabətin yenidən gərgin mərhələyə keçməsi müşahidə edilir. Real vəziyyət bu rəqabətin əsas məkanı qismində Ermənistan və Gürcüstanın çıxış etməkdə olduğunu göstərir. Azərbaycan isə yeni balanslı, hərətərfli düşünülmüş xarici siyasət nəticəsində ABŞ və Rusiyanın qarşıdurma yaşadığı məkan olmayacaq. Əksinə, görünən odur ki, həm ABŞ, həm də Rusiya indi Azərbaycanla bərabər səviyyəli əməkdaşlıqda olduqca maraqlıdır.

 

Ermənistan və Gürcüstanla bağlı vəziyyət tamam fərqlidir. Artıq sirr deyil ki, siyasi böhran yaşayan Ermənistanda eyni zamanda ABŞ və Rusiyanın kəskin mübarizəsi gedir. ABŞ Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün aktiv fəaliyyətini davam etdirir. Erməni mediasının iddiasına görə, bu günlərdə ABŞ-da  Ermənistandaki daxili siyasi proseslər barədə görüş keçirilib və ABŞ-dan maliyyələşən müəyyən qüvvələrə tapşırıqlar verilib. ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bu xüsusda bildirir: “Düşünürəm ki, ABŞ Ermənistandakı siyasi böhranın aradan qalxmasını və ölkənin normal vəziyyətə qayıtmağını görmək niyyətindədir. ABŞ eyni zamanda hərbi müdaxilənin əvəzinə Ermənistanda demokratiyanın güclənməsini və ikinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən qəti şəkildə məğlub edildikdən sonra yaranan psixoloji böhrandan qurtularaq bu fürsətdən istifadə edib regional iqdisadiyyata yenidən inteqrasiya olunmasını istəyər”. Hazırda ABŞ Ermənistanda fəaliyyətini genişləndirir. Rusiya isə buna qarşı ciddi müqavimət göstərir. Amma təkcə Ermənistanda yox, həm də Gürcüstanda. Bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin ABŞ administrasiyasının Gürcüstandakı vəziyyətlə bağlı yanaşmasını tənqid edən bəyanatı da təsdiq edir. Sənəddə son zamanlar Vaşinqtonda Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının hərəkətləri ilə bağlı narazılığın artdığı bildirilib. Qeyd olunub ki, ABŞ hələ Mixail Saakaşvilinin vaxtında Gürcüstanda siyasi proseslərin idarə olunması, hakimiyyətin fəaliyyəti və müxalifətə münasibətdə hansı xətti tutmasını diktə etməyə öyrəşib. Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin bəyan edib ki, ABŞ Gürcüstanda vəziyyəti qaydasına salmaq üçün müxalifətçilərə dəstəyin göstərilməsi və eyni zamanda Gürcü Arzusunun mövqelərini sarsıtmaq üçün sistemli iş qurmağı planlaşdırır. Bəyanatda qeyd olunub ki, Ağ Evdə hakim partiya üzvlərinin Avroatlantik inteqrasiya istiqamətində qeyd-şərtsiz irəliləməsi ilə bağlı göstərişi tam yerinə yetirməmələrinə görə qıcıqlanıblar: “Vaşinqton Gürcüstan hakimiyyətinə çatdırmaq istəyir ki, Ağ Evin Tiflisə münasibətdə gələcək xətti Gürcüstan hakimiyyətinin Amerikanın göstərişlərinə dəqiqliklə əməl etməsinə hazırlığı ilə müəyyən olunacaq”. Belə bir vaxtda hakim düşərgə ilə bağlı yaranan qalmaqal da təsadüfi sayılmır. Xatırladaq ki, bu günlərdə Gürcüstanın "Pirveli" televiziya kanalı hakim Gürcü Arzusu Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səsyazısını yayıb. Yazıda B.İvanişvili İ.Qaribaşvilidən feysbuk sosial şəbəkəsində mənfi şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir. Gürcüstanın müxalifət partiyaları audioyazının təqdim olunmasından sonra baş nazirin istefasını tələb ediblər. Avropalı Gürcüstan Partiyasının lideri Gigi Uqulava bildirib ki, növbədənkənar seçkilərə qədər İ.Qaribaşvili istefa verməlidir. Lelo Partiyası bəyanat yayaraq audioyazı ilə bağlı araşdırmanın aparılması və hökumət başçısının istefasını tələb edib. Hakim partiyanın parlamentdəki fraksiyasının sədri Mamuka Mdinaradze səsyazısını saxta adlandıraraq bildirib ki, yazı "KQBsayağı" montaj olunub. Gürcüstan ombudsmanı Nino Lomcariya audioyazı ilə bağlı təhqiqat aparmağa çağırıb.

Məsələyə yenidən münasibət bildirən hakim partiya audioyazının 2010-2011-ci illərə aid danışıqlardan ibarət olduğu və kobud formada hazırlandığı bildirilib. Qeyd olunub ki, qanunsuz dinləmələr aparmaq və ondan istifadə müxalif Vahid Milli Birilik Hərəkatına aid əməllərdir: “Radikal müxalifət bu yazı ilə danışıqlardan imtina üçün səbəb kimi istifadə etmək istəyir. Onların yeni kampaniyasının heç bir perspektivi yoxdur, çünki saxtakarlığa əsaslanıb”. Xatırladaq ki, Vahid Milli Birilik Hərəkatı məhz ABŞ-la səx işbirliyində olan qüvvə kimi tanınır. Bu səbəbdən həmin siyasi qüvvəyə qarşı Rusiya da fəal iş aparır. Belə bir vaxtda gürcü ekspert Yeqor Kuroptev qeyd edir ki, Berya İvanişvilinin baş nazirlə və güc strukturları ilə səs yazısı bir-birinə qarşı ictimai təzyiq üçün yalnız aysberqin görünən hissəsidir: “Müxalifətin indiki görünüşü ilə bu prosesdən qalib kimi çıxacağını da gözləməyə dəyməz, ona görə ki, hakim komandanın destruktiv fəaliyyətləri müxalifətin etdiklərindən daha effektivdir. Əgər Gürcü Arzusu xalqın müəyyən etdiyi sərhədi keçməsə, Gürcüstanda hakim partiyanın parçalanması və müxalifətdəki məntiqli dəyişikliklər sayəsində ciddi proseslər görəcəyik. İvanişvilinin özü Gürcü Arzusunun dağılması, Vahid Milli Hərəkatın yekun olaraq zəifləməsi, siyasi landşaftı onu həbsə salmaq istəməyən mötədil qüvvələrin tutmasında maraqlıdır. Bunda həmçinin müxalifətin bir hissəsi də maraqlıdır. Bu, Vahid Milli Hərəkatı dəstəkləməyən və Gürcü Arzusundan yorulan cəmiyyətin bir hissəsini, eləcə də Gürcüstanda özbaşınalıqdan bezən Qərbi də qane edir. Bu gün məhz bu konstruksiya nəzərdən keçirilir. Suallar çoxdur. Gürcü Arzusunun qocamanları hakimiyyətə sarılırlar, çünki bu onlar üçün mövcudluq məsələsidir. Onlar elə şey edə bilərlər ki, küçədən başqa heç bir çıxış yolu qalmaz. Bu da bütün ssenariləri və planları dağıda bilər”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ