Bazar günü günü, 04 oktyabr 2026
     

Sünik, Zaqedzor, nəhayət, Zəngəzur - İlham Əliyevə cavab verən iranşünas erməni alimi öz tarixi yalanlarını “bir qəpiklik” elədi...

Image


İkinci Qarabağ müharibəsində uğradıqları ağır məğlubiyyət erməniləri o qədər sarsıdıb ki, yeni-yeni sayıqlamalara, cəfəngiyyatlara başlayıblar.  Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın tarixi torpağı Zəngəzurla bağlı səsləndirdiyi fikirlər, Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu bildirməsi rəsmi İrəvanın yuxusunu qaçırıb və bu ölkənin qondarma tarixçilərinin, şərqşünaslarının yeni saxta iddialarla ortaya çıxmasına səbəb olub.

Belə ki, İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin İranistika kafedrasının müdiri Vardan Vaskanyan Prezident İlham Əliyevin Zəngəzurun tarixi Azərbaycan torpağı olduğuna dair fikirlərinə guya öz aləmində cavab verib. Olduqca mənasız və yalan üzərində qurulan “arqument”lə çıxış edən erməni alimi iddia edib ki, əslində, bu yerin adı Zəngəzur olmayıb, ora “Sünik vilayəti”dir. Həyasızlığını, yalanlarını davam etdirən iranşünas iddia edib ki, “Sünik” heç zaman “Azərbaycanın tərkibində olmayıb, guya ki, həmin yerin Zəngəzur adlandırılması “linqvistik təhrif” olub. O, ağ yalan danışaraq qeyd edib ki, guya  bu yerin türklərlə bağlılığı (?) yoxdur, bu yerin adı “Zaqedzor”dur.

Bu yerdə deyirlər, “atını o yana çək, bura sənin örüşün deyil”. Yalan və saxtakarlıq əsasında qondarma tarix yazan erməni alimlərinin özləri də, əslində, elmin başına bir bəladırlar.

  • “Azərbaycan Prezidentinin Zəngəzurun tarixi Azərbaycan ərazisi olduğunu dəfələrlə vurğulaması erməni tarixçilərinin illərdir uydurduqları mifləri məhv edir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Prezidenti, həmişə olduğu kimi, YAP-ın son qurultayında da tarixi ərazilərimiz haqqında həqiqəti vurğulayıb və haqlı olaraq Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu bir daha bəyan edib.     

“Yersiz gəldi yerli qaç”, yaxud “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” - inanırıq ki, bu zərbi-məsələləri babalarımızın başqa ölkələrin ərazilərindən köçürülərək torpaqlarımızda məskunlaşdırılan haylar haqqında dediyini bildirən Q.Hacıyevin sözlərinə görə, Azərbaycan Prezidenti tarixi faktları, həqiqətləri vaxtaşırı olaraq mötəbər tədbir və görüşlərdə səsləndirdiyi, onların qondarma alimlərinin yalanlarını alt-üst etdiyi üçün Vaskanyan belə əl-ayağa düşüb və cəfəngiyyat danışmağa girişib. Q.Hacıyev deyir ki, Zəngəzur tarixi Azərbaycan torpağıdır və minillər boyu orada Azərbaycan türkləri yaşayıblar. Bu bölgədə bütün toponimlər, tarixi yer-yurd adları və sairin türk mənşəli olduğunu deyən Q.Hacıyev hesab edir ki, erməni alimləri uzun illərdir saxta tarix yaradaraq, erməni xalqının beynini zəhərləyiblər. Azərbaycan Prezidentinin tarixi həqiqəti dilə gətirməsi erməni alimlərinin, siyasət və saxta tarixbazlarının yazdıqlarını ifşa edir, iflasa uğradır. “Zəngəzurdan söhbət gedirsə, ilk növbədə, onu deməliyik ki, Zəngəzur Azərbaycanın tarixi və geniş ərazilərindən biridir. Yəni vaxtilə imperiyalar zamanında Azərbaycan ərazisi 410 min kvadratkilometr olanda Zəngəzur da, digər ərazilərimiz də qədim Azərbaycan dövlətlərinin tərkibində olub. Əvvəla Zəngəzurun ermənilərə verilməsi, ermənilər tərəfindən qəsb edilməsi tarixi XIX əsrə gəlib çıxırsa, onu qeyd etmək lazımdır ki, XIX əsrə qədər də Zəngəzur bu adda mövcud idi, onun tarixi abidələrinin, toponimlərinin adları türk mənşəlidir. Qədim türk yurdu Zəngəzur tarixdə mövcud olduğu vaxtda, ümumiyyətlə, Qafqazda erməni yox idi. Qafqazın harasındasa kiçik bir erməni kütləsi olsaydı, hardasa bu iddiaları nəzərə almaq olardı. Ermənilər özləri də birmənalı şəkildə yaxşı bilirlər ki, Zəngəzurun onlara heç bir aidiyyəti yoxdur. Sadəcə, özlərinin uydurub quraşdırdıqları yalanlara erməni xalqını inandırmağı bacarıblar. Zəngəzurla ermənilərin tarixi bağlılığının olduğunu iddia etmək sərsəmlikdir, necə ki, bu cəfəng iddialarla Vaskanyan kimi saxtakarlar çıxış edirlər. 

Birincisi, XIX əsrə qədər erməni kütləsi Qafqazda olmayıb. İkincisi, biz haqlı olaraq Zəngəzuru Azərbaycan dövlətinə aid olan və ölkəmizin qədim ərazilərindən biri kimi nəzərdə tuturuq. Bu da onunla bağlıdır ki, Zəngəzur adının etimologiyasından da, oradakı toponimlərdən, onların adlarından da məlum olur ki, bunlar hamısı Azərbaycan-türk mənşəlidir.

Zəngəzur sözünün mənşəyi Zəngi çayının, Zəngi dərəsinin adından götürülüb. Tarixi mənbələrin göstərdiyinə görə, bu dərə təxminən 133 kilometr uzunluğunda olan böyük bir çay dərəsidir və eyni zamanda, zəngi sözünə birləşən zur isə yenə də türk sözüdür, mənası isə yarğan, dərə deməkdir. Deməli beləliklə, Zəngəzur Zəngi dərəsi mənasını daşıyır. Həmçinin, Zəngəzurun ermənilərə verilməsi məsələsinə gəldikdə, bunun tarixi məlumdur.

Ciddi tarixçilər yaxşı bilirlər ki, Zəngəzur mahalı da, İrəvan mahalı da, Dərələyəz də, Vedi mahalı da yüzlərlə məscidin, qalanın, azərbaycanlılara-türklərə məxsus qəbiristanlıqların salındığı yerlər, kəndlər şəhərlər idi. XX əsrin əvvəllərində təkcə İrəvan qəzasında erməni daşnaklarının silahlı dəstələri 200 dən artıq kəndi yandırıb, dağıdıb, yer üzündən siliblər. Sonrakı dövrlərdəki deportasiya abidələrin dəhşətli şəkildə yox olmasına səbəb oldu. Hansı ki, Zəngəzur Azərbaycanın tarixi ərazisidir və eyni zamanda, tarix və maddi mədəniyyət abidələrinin zəngin olduğu yurd yerlərimizdən biridir.

Zəngəzurun ermənilərə verilməsi məsələsini konkret desək, XX əsrin əvvəllərində Birinci Dünya müharibəsində Türkiyə çox əziyyət gördü, müharibə bitdikdən sonra cəbhədən qayıdan ruslar öz silahlarını ermənilərə verdilər. Ermənilər də rusların onlara verdikləri silahlarla Azərbaycanın ayrı-ayrı yerlərində qırğınlar, soyqırımlar törətdilər”.

Q.Hacıyev qeyd etdi ki, Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla həll olunub. Bolşevik Rusiyasının təkidilə Zəngəzurun ermənilərə verildiyini deyən Q.Hacıyev hesab edir ki, Zəngəzur Azərbaycan torpağıdır: “Təəssüflər olsun ki, İrəvan ermənilərə siyasi mərkəz kimi verildi, bundan kifayətlənməyən ermənilər Azərbaycana qarşı yeni ərazi iddiaları qaldırdılar. Əslində, onlar Zəngəzura iddia etməli deyildilər. Amma onlar Zəngəzurdan əl çəkmək istəmədilər və sovet hakimiyyətinin ilk dövrlərində Zəngəzurun Ermənistana verilməsinə nail oldular. Zəngəzur Azərbaycandan zorla qoparılaraq Ermənistana 1920-ci ilin noyabrında, sovet hakimiyyətinin ilk illərində verilib. Ermənilər Zəngəzuru da, Göyçəni də, digər torpaqlarımızı da sovet hökumətinin dəstəyilə ələ keçirdilər. Beləliklə, Azərbaycanın qədim ərazilərindən olan Zəngəzur da ermənilərə verilmiş oldu. Bilirsiniz ki, Zəngəzur iki hissəyə bölünmüşdü, Azərbaycan tərəfdə qalan hissədə Laçın, Qubadlı, Zəngilan, Ermənistana verilən hissədə isə Gorus, Qarakilsə vardı. Beləliklə, bir ərazi iki yerə bölündü. Hələ bu azmış kimi, sonra sovet dövründə, qeyri-rəsmi olaraq, Qarabağın da onlara verilməsi ilə bağlı Myasnikovun təklifi ilə ərazi bölgüsü haqda qərar çıxarmışdılar. Amma Nəriman Nərimanovun böyük təkidilə Kirov və Myasnikovun çıxardığı qondarma qərarlar ləğv olundu, Azərbaycan əraziləri olan Qarabağ və Zəngəzurun bir hissəsi Azərbaycanda saxlandı. Amma digər hissəsi ermənilər tərəfindən qəsb edildi. Bunları ona görə qeyd etdim ki, bu tarixi həqiqəti hər kəs bilir, elə qondarma erməni tarixçiləri də.

Vaskanyan Zəngəzurla bağlı “arqument”ləri ilə özünü və miflər yaradan digər erməni tarixçilərini ifşa etdi. Çünki onlar indiyə qədər erməni xalqına nağıl danışıblar, miflər uydurub onları yuxuya veriblər. Azərbaycan Prezidentinin Zəngəzurun tarixi Azərbaycan ərazisi olduğunu dəfələrlə vurğulaması erməni tarixçilərinin illərdir uydurduqları mifləri məhv edir, ona görə də onlar bu şəkildə narahat olurlar. Çünki onlar illər boyu yalan uydurub, yalan yazıblar” - deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ