Bazar günü günü, 04 oktyabr 2026
     

"Freedom House" və "Sərhədsiz Reportyorlar"ın hesabatlarında diqqətçəkən nüanslar...

Image


"Freedom House" təşkilatı 2020-ci ilin “Qlobal azadlıqlar indeksi”ni açıqlayıb. Hesabatda  Azərbaycanın adı qeyri-azad ölkə kimi işarələnib. Ermənistan isə bizdən öndə,  qismən-azad ölkələrin sırasında yerləşdirilib.

Bundan bir qədər əvvəl isə "Sərhədsiz Reportyorlar" (RSF) təşkilatı 2020-ci il üzrə "Dünyada media  azadlığı indeksi"ni yayımlayıb, ölkəmizə qarşı eyni yanaşmanı sərgiləyib. Hesabatda 180 ölkənin  vəziyyəti təhlil edilib, Azərbaycanın adı  medianın vəziyyətinin qeyri-azad olduğu ölkələr sırasında qeyd edilib. Hətta vurğulanıb ki, “vəziyyət son bir il müddətində  ötən illərlə müqayisədə daha da pisləşib və Azərbaycan 166-cı yerdən 168-ci yerə geriləyib”. Ermənistan bu siyahıda  bizdən 107 pillə  öndədir,  61-cı yerdə, yarım-azad ölkə kimi işarələnib. 

Bütün beynəlxalq statuslu təşkilatlar illik hesabatlarını, adətən, növbəti  ilin yanvar-aprel ayları aralığında açıqlayırlar. Ənənəvi olaraq, hər il bu dönəmdə əvvəlcə  "Freedom House" və "Sərhədsiz Reportyorlar"ın,  ardınca isə  "Human Rights Watch", "Amnesty International", CPJ (Jurnalistləri Müdafiə Komitəsi)  kimi digər   məşhur beynəlxalq təşkilatların  hesabatları açıqlanır. Demək olar ki,  bu hesabatların hər birində eyni yanaşma  simvolik redaktələrlə təkrarlanır. Bu il də eyni növbələşmə davam edir.  Azərbaycan oxucusu da bu hesabatlarda ənənəvi olaraq antiazərbaycan ovqatın əks olunacağını  təxmin edir.

Amma nə qədər adiləşmiş olsa da,  istənilən halda sual yaranır: “Ermənistan media azadlığı, insan haqları  sahəsində gerçəkdənmi bizdən 107 addım öndədir? Vəziyyəti  dəyişmək  mümkün deyilmi?  ”

  • Rəqəmlər üzərində manipulyasiya

Beynəlxalq  təşkilatlar öz hesabatlarını hazırlayarkən, dünya ölkələrindəki media mühitinə xüsusi  diqqət yetirir, o cümlədən, qətlə yetirlmiş,  həbs edilmiş, təhdidə məruz qalmış  jurnalistlərin sayına istinad edirlər. Bu  hesabatlarda maraq çəkən  bir nüans var:  öldürülmüş, həbs edilmiş, təhdidə məruz qalmış  jurnalistlərin sayı ilə bağlı fərqli  rəqəmlər təqdim edilir.  Məsələn, dünyanın ən nüfuzlu 6  jurnalist təşkilatından biri- “Sərhədsiz Reportyorlar” (RSF) 2020-cı il üzrə hesabatında göstərir ki, bu il ərzində dünya ölkələrində ümumilikdə 50 nəfər jurnalist qətlə yetirilib ( https://rsf.org/en/news/rsfs-2020-round-50-journalists-killed-two-thirds-countries-peace  ). Həmin 6 nüfuzlu təşkilatdan digərinin- Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ)  analoji hesabatında isə göstərilir ki, 2020-ci ildə dünya ölkələrində ümumilikdə 42 nəfər jurnalist qətlə yetirilib (  https://www.ifj.org/media-centre/news/detail/category/health-and-safety/article/10-december-the-ifj-launches-a-white-paper-on-global-journalism.html  ).

Jurnalistlərin Müdafiə  Komitəsi (CPJ) isə 2020-ci ildə dünyada qətlə yetirilmiş jurnalistlərin sayını 32 nəfər göstərir (  https://cpj.org/data/killed/2020/?status=Killed&motiveConfirmed%5B%5D=Confirmed&type%5B%5D=Journalist&start_year=2020&end_year=2020&group_by=location  ).  Linklərdən  görünür ki, RSF 2020 –ci ildə  qətlə yetirilmiş jurnalistlərin sayını İFJ-dən 8  rəqəm, CPJ-dən isə 18 rəqəm fərqli göstərir.  

Təkcə qətlə yetirilən deyil, həm də  təhdid edilən, həbsə salınan jurnalistlərin sayı ilə bağlı rəqəmlərdə də fərqliliklər mövcuddur.  İFJ göstərir ki, 2020-ci ildə dünyanın ayrı-ayrı ölkələrində  873 nəfər jurnalistə qarşı təhdid, izləmə və hədələmə halı qeydə alınıb. RSF-nin hesabatında isə bu rəqəm təqribən 700 civarında göstərilir. Ortada yenə də fərqlilik var, özü də yüksək rəqəmlə. Biri 873, digəri isə 700 yazır.  Hesabatlarda digər kateqoriyalar üzrə təqdim edilən rəqəmlərdə də fərqliliklər mövcuddur. 

Maraqlı deyilmi, “Sərhədsiz Reportyorlar”ın hesabatlarında təqdim edilən rəqəmlərdə belə fərqlilik  nədən yaranır? Axı bu təşkilatların hər birinin monitorinq etdikləri  obyektlər də, mövzuları  da eynidir. Hər ikisi bütün dünya ölkələrini monitorinq edirlər,  ikisinin də  obyekti  jurnalistikadır. 

Sualların cavabları çox da  mürəkkəb  deyil,  problemin səbəbini araşdırmaq üçün baş sındırmağa zərurət qalmır. RSF-nin  saytında ayrı-ayrı ölkələr üzrə təqdim edilmiş faktları araşdırmaqla, bu suallara cavab tapmaq mümkündür. Həm "Freedom House", həm də RSF-nin hesabatlarını incələyərkən, məlum olur ki, onlar  bəzi  ölkələrdə baş verən neqativləri, sadəcə olaraq, qeydə almırlar. Yaxud, əksinə, bəzi ölkələrdə mövcud olan neqativləri süni şəkildə şişirdirlər. Problemin kökü siyasi konyukturadır. Uzun illərin müşahidəsi göstərir ki, bu təşkilatlar Azərbaycan və Ermənistana qarşı münasibətdə də eyni mövqeni sərgiləyirlər. Azərbaycanın  adını  “qara” (azad olmayan) rəngdə , Ermənistanın adını  isə sarı (yarım-azad) rəngdə göstərmək üçün rəqəmlər üzərində manipulyasiya edirlər. Bunun isbatı "Freedom House" və  RSF-nin syatlarında/hesabatlarında var.

  • Üzə çıxan təzadlar

Sadəcə 2 nümunə verməklə, dediklərimizi sübut etmək mümkündür. Məsələn, əksər beynəlxalq təşkilatlar 2020-ci ildə baş verən 44 günlük müharibə (II Qarabağ savaşı) dövründə həm Azərbaycan, həm də  Ermənistanda cərəyan edən prosesləri diqqətlə izlədilər. Xüsusi olaraq,   bu ölkələrdə  hərbi vəziyyət kontekstində media azadlığını, insan hüquqlarının durumunu dəyərləndirdilər. Açıqlanan bəyanatlardan aydın olurdu ki, Ermənistanda hərbi vəziyyət rejiminin şərtləri çox ağır olub, medianın fəaliyyəti  tamamilə məhdudlaşdırılıb,  insan haqları pozuntuları intensiv hal alıb. İş o yerə çatdı ki, Ermənistan Jurnalistlər Birliyinin sədri  Satik Seyranyan sərt bəyanatla çıxış etdi, Ermənistan hakimiyyətini hərbi vəziyyət rejimi adı altında media azadlığını tamamilə boğmaqda ittiham etdi. Həmin bəyanatda Ermənistanda jurnalistlərin təqib edilməsi, həbsə atılması, yüksək məbləğlərlə cərimə edilərək qorxudulmaları  halı qeyd edilib. Əksər beynəlxalq təşkilatlar Ermənistan Jurnalistlər Birliyinə dəstək verərək, Ermənistandakı durumu pisləyən bəyanatlar yaydılar. Bu məqam Beynəlxalq  Jurnalistlər Federasiyasının açıqlamasında öz əksini tapıb ( https://europeanjournalists.org/blog/2020/10/13/armenia-new-amendments-to-the-martial-law-seriously-undermine-media-freedom/  ). Amma  “Sərhədsiz Reportyorlar”  Ermənistan Jurnalistlər Birliyinə dəstək  vermədi;  bu bəyanata heç bir münasibət bildirmədi;  Ermənistanda hərbi vəziyyət dövründə təqib edilən jurnalistlərin siyahısını hazırlamadı, onlar haqqında öz saytında heç bir məlumat yerləşdirmədi. Yaxud, 2020-ci il noyabrın 10-da  “Azadlıq” Radiosunun Yerevan bürosunun redaksiyasına basqın edildi, redaksiyanın avadanlıqları dağıdıldı, jurnalistlərə xəsarətlər yetirildi. Beynəlxalq Jurnalistlər Federasiyası daxil olmaqla, əksər beynəlxalq təşkilatlar bu faktı pislədilər, Ermənistan hökumətini qınayan açıqlamalar verdilər  (  https://www.ifj.org/media-centre/news/detail/category/press-releases/article/armenia-crowd-attacks-bureau-of-radio-free-europe-radio-liberty.html   ). Maraqlıdır ki, nə “Sərhədsiz Reportyorlar”, nə də “Freedom House” bu məsələlərə də yer ayırmadılar, bu halları pisləyən bəyanatlar vermədilər. “Freedom House” və   RSF-nin   saytlarına daxil olub axtarış aparan hər bir şəxs görə bilər ki, onlar Ermənistanda baş vermiş bu iki neqativ halı qeydə almayıblar, onları pisləyən bəyanatlar yaymayıblar. Məsələ ondadır ki, Ermənistanda media azadlığının məhdudlaşdırılması, insan haqları pozuntuları sahəsində baş verən, RSF tərəfindən qeydə alınmayan  neqativlər bu iki hadisə ilə yekunlaşmır. Bənzər hadisələrin sayı 10-larladır. Bunların hamısını bir yazıda göstərmək mümkün deyil. Biz bu  2 faktı sadəcə  nümunə üçün təqdim etdik, tendensiyanı göstərmək istədik. İl ərzində Ermənistanda 10-larla  neqativ hal baş verib ki, bu faktların heç biri  “Freedom House” və   RSF-nin   saytlarında öz əksini tapmayıb. Bu faktların hamısını toplayıb diqqətə alsaq, onda yuxarıdakı suallara aydınlıq gələr. Məlum olar ki, digər təşkilatların hesabatlarında  2020-ci ildə dünyanın ayrı-ayrı ölkələrində  jurnalistlərə qarşı təhdid, izləmə və hədələmə halı 873 rəqəmi ilə ifadə olunduğu halda, nə üçün RSF-nin hesabatında  bu rəqəm aşağı rəqəmlə, 700 civarında göstərilir. Həmçinin, bəlli olar ki, Ermənistan bizdən nə üçün 107 pillə öndə yer tutur. Onlar Ermənistanda baş verən neqativləri, sadəcə olaraq, qeydə almırlar. Buna görə də sonucda Ermənistanın adı Azərbaycana nisbətən 107 pillə öndə olur.

Bu tendensiya uzun illərdir ki, davam edir. Bir nümunə də verməklə, yanaşmanın tendensiya xarakterli olduğunu göstərək,  fikrimizi tamamlayaq.

Cənubi Qafqazda jurnalistlərin fəaliyyətinə görə siyasi motivlərlə qətlə yetirlməsi faktı ilk dəfə  Ermənistanda baş verib. 2002-ci ildə Ermənistanda İctimai TV-nin rəhbəri Tiqran Nağdalyan  qətlə yetiriləndə heç kəs şübhə etmirdi ki, bu, həmin dövrdə prezident olan Robert Köçəryan komandasının əməlidir.Çünki, qətlindən bir müddət əvvəl Nağdalyan mediaya informasiya sızdırmışdı ki, onun əlində 1999-cu ildə Ermənistan parlamentində baş vermiş terror hadisəsində- parlament qətliamında Köçəryan-Sarkisyan komandasının  iştirakını sübut edən videogörüntülər var. Nağdalyanı öldürdülər, məsələni bitirdilər. Bizim üçün maraqlı olan budur ki, həmin ildə- 2002-ci ildə də  "Freedom House" təşkilatı Ermənistanın adını media azadlığının durumu üzrə normal ölkələr sırasında göstərdi. 2002-ci ildə müşahidə edilən tendensiya bu gün də davam edir.

  • Vəziyyəti dəyişmək mümkündürmü?

“Freedom House” və “Sərhədsiz Reportyorlar” uzun illərdir ki,  belə mövqe sərgiləyirlər, ikili standartlarla davranırlar,Ermənistana dogma, Azərbaycana isə ögey münasibət bəsləyirlər. Niyə, səbəb nədir? . Səbəblər bizə məlumdur, amma bu yazının mövzusu deyil, hamısını bir yazıda təqdim etmək imkansızdır, başqa bir yazıda münasibət bildirərik. İndi zəruri olan bir nüansı da vurğulamaqla, yazımızı tamamlayaq. Beynəlxalq təşkiltlar sırasında  fərqli davrananlar, ədalətli mövqe tutanlar, Azərbaycandakı durumu real dəyərləndirənlər də var. İstənilən halda sual yaranır: nə üçün bir qrup təşkilat obyektiv, digər qismi isə qərəzli hesabatlar hazırlayırlar? Onların Azərbaycanla davalarının səbəbi nədir? Durumu dəyişmək mümkündürmü?  Qısa olaraq  qeyd edək ki, Azərbaycanın içində  normal partnyorları olan beynəlxalq təşkilatların hesabatları da normal olur, obyektivlik gözlənilir. Azərbaycanda partnyoru heç olmayan, yaxud,  normal partnyoru olmayan təşkilatların hesabatları isə, məhz  “Freedom House” və  “Sərhədsiz Reportyorlar”-ın hesabatı kimi olur. Bu məqama diqqət yetirilməli, boşluqlar aradan qaldırılmalıdır.

Müşfiq Ələsgərli




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ