Bazar günü günü, 04 oktyabr 2026
     

Paşinyan rəqiblərinə qarşı sərt gedişlər edir - sadə xalqı ələ almağı yenə bacardı...

Image


Ermənistanda mövcud siyasi böhran getdikcə şiddətlənməkdə, hakimiyyət və müxalifət arasında ziddiyyət dərinləşməkdədir. Hazırda görünən budur ki, müxalifət ordunun yardımı ilə baş nazir Nikol Paşinyanın hakimiyyətdən devrilməsinə xüsusi səy göstərir. Amma Paşinyanın hələ də cəmiyyətdə müəyyən dəstəyə malik olması rəqiblərinin işini çətinləşdirir. Bu fonda Paşinyan onun üçün problemə çevrilmiş Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifədən azad edilməsinə də nail olmaq üzrədir.

Məsələ burasındadır ki, Ermənistan prezidenti Armen Sarkisyan Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə Nikol Paşinyanın təqdimatı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Armen Sarkisyan Konstitusiya Məhkəməsinə müraciətində məhkəmədən 2018-ci ildə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qəbul edilmiş qanuna, Əsas Qanuna dəyişikliyə nəzər yetirməsini xahiş edib. “Armenianreport” portalı yazır ki, bu da o deməkdir ki, Qasparyanın vəzifəsindən azad edilməsi barədə Paşinyanın təqdimatı avtomatik qüvvəyə minəcək. Konstitusiya Məhkəməsi isə prezidentin təqdimatında istefa məsələsinə yox, sadəcə qanuna dəyişikliyə nəzər salacaq. Rusiyanın “Kommersant” qəzeti bütün bunların Paşinyanın mövqeyini gücləndirdiyini yazır: “Nikol Paşinyan 1 mart küçə qarşıdurmasında müxalifətə qalib gəldi. Onun İrəvanda çağırdığı axşam mitinqi şəxsən cənab Paşinyanın rəhbərliyilə şəhər boyu gecə yürüşü ilə davam etdi. Hökumət başçısı rəqiblərinə qarşı əks-hücuma keçdi və göstərdi ki, eyni zamanda həm iqtidar ola, həm də rəqiblərilə tamamilə inqilabi mübarizə apara bilər.

Portal yazır ki, Nikol Paşinyan siyasətdə mümkün olmayanı mümkün etmək təcrübəsi göstərir. Ölkədə bütün hakimiyyət əlində olduğu halda, nə vaxt lazım olursa, dərhal inqilabçı roluna girir. Və bu sehr işə yarayır. 1 martda onun çağırışı ilə on minlərlə tərəfdarı itaətkarlıqla paytaxtın mərkəzi “Respublika” meydanını doldurdu. Həmin gün onlar burada cənab Paşinyana lazım idi. Baş nazirin keçirdiyi aksiya ilə, demək olar ki, eyni zamanda “Vətənin xilası uğrunda hərəkat”da birləşən müxalifət parlament yaxınlığında öz mitinqini keçirirdi. Və Nikol Paşinyan üçün dəstəyin kimin tərəfində olduğunu göstərmək vacib idi. Bu alındı. “Respublika” meydanındakı izdiham hökumət əleyhinə olan etiraza nisbətən daha təsirli görünürdü.

Baş nazir meydana birbaşa hökumət binasından öncədən polisin yaratdığı təhlükəsizlik dəhlizi ilə keçdi. O, səhnəyə çıxdı və kütləyə bir saatdan çox dirijorluq etdi. Nikol Paşinyan kinoda rol oynasaydı, “Oskar”a iddiaçı ola bilərdi. Əgər səhnədə çıxış edən adamın artıq 3 ildir ölkəni idarə etdiyi məlum olmasaydı, düşünmək olardı ki, bu parlaq natiq xalqı rejimlə mübarizəyə qaldıran müxalifət lideridir. Paşinyan yalnız çıxışının əvvəlində iqtidar kimi buraxılan səhvlərə görə üzr istəyərək, son Qarabağ müharibəsində ölənlərin xatirəsini yad etmək üçün hamıdan öz mobil telefonunun işığını yandırmasını xahiş etdi. Və meydan işıqlarla parıldadı. Çıxışın yerdə qalan hissəsini isə baş nazir Paşinyan deyil, inqilabçı Paşinyan etdi. O bəyan etdi ki, Ermənistanda hakimiyyətdə kimin ola biləcəyinə ancaq xalq qərar verə bilər. Bu, müxalifətin və Baş Qərargahın zabitlərinin onun  istefasını tələb etməsinə cavab idi. Baş nazir bu tələbi “hakimiyyəti xalqın əlindən alma cəhdi” adlandırdı.

“Biz bu gün bura yığışmışıq deyək ki, buna yol verməyəcəyik. Bizim ölkədə xalq hakimiyyətdə olmağa davam edəcək”, – Paşinyan bəyan etdi. Özü ilə xalq arasında bərabərlik işarəsi qoymaq erməni hökumət başçısının sevimli fəndidir. Özü də effektlidir. Belə ki, meydan onun bu sözlərinə alqışla, “Paşinyan – baş nazir!” hayqırışı ilə cavab verdi. Nikol Paşinyan onun istefasını tələb edən Baş Qərargahı hərbi çevriliş cəhdində ittiham etdi. O, kütləni inandırdı ki, hərbçilərin bəyanatının arxasında Ermənistanın keçmiş lideri Serj Sarkisyan durur. Paşinyan onu 2018-ci ilin aprelində “küçənin” köməyi ilə istefa verməyə məcbur etmişdi. Nikol Paşinyan dedi: “1 mart 2008-ci ildə hakimiyyət ordunu xalqa qarşı qaldırdı və nəticədə 10 Ermənistan vətəndaşı öldürüldü. Bu gün ordunu xalqa və bu xalq tərəfindən seçilən hakimiyyətə qarşı elə həmin adamlar qaldırmaq istəyir. Serj Sarkisyan Baş Qərargahdan olan generallara təsir göstərib ki, onlar mənim istefa verməyimlə bağlı tələblə çıxış etsinlər”.

Buna görə o, Baş Qərargah rəisi Onik Qasparyanı Serj Sarkisyanın əmrlərini icra etməkdə suçlayaraq “xain” adlandırdı. Nikol Paşinyan bəyanatı imzalayan digər generalları, öncədən onlara heç nə edilməyəcəyini qeyd edərək, bu ideyadan imtina etməyə və xidmətə dönməyə çağırdı. Paşinyan “Ermənistan ordusunda vendetta olmayacaq” deyərək, onları sakitləşdirdi, lakin əlavə etdi ki, Onik Qasparyan öz postunu tərk etməlidir. O, bir neçə dəfə təkrar etdi ki, “Bu, Baş Qərargahın siyasi bəyənatına görə qaçılmazdır”. Və sadə bir şəkildə cənab Qasparyana müraciət etdi: “Onikcan, sən səhv buraxdın, sən öz rəhbərinin əmrlərini yerinə yetirmədin, ancaq rədd edilmiş birinin (Serj Sarkisyan) əmrlərini yerinə yetirdin. Bu, zabit və onun şərəfi üçün utancvericidir”. Paşinyan hər bir sözünü acgözlüklə qəbul edən kütləyə xəbər verdi ki, bu ilin oktyabrında yarım-prezidentlik üsuli-idarəsinin geri qaytarılması üçün konstitusiya referendumu keçiriləcək. Baş nazirin sözlərinə görə, 2015-ci ildə qəbul edilən və 3 il öncə qüvvəyə minən konstitusiyanın çox sayda çatışmazlığının və böhranlı vəziyyətlər yaratma risqinin olduğu ortaya çıxıb: “Biz hesab edirik ki, yarım-prezidentlik üsuli-idarəsinə keçid ən yaxşı variantlardan biri olacaq”. O əlavə etdi ki, Əsas Qanunun dəyişilməsi üçün plebissit keçirməyə ehtiyac olmayan ayrı-ayrı maddələrini parlament dəyişə bilər.

Hökumət başçısı hesab edir ki, mövcud böhranı erkən parlament seçkiləri ilə həll etmək olar. Baş nazir bəyan etdi ki, parlament müxalifəti onlarla memorandum imzalayarsa, o və komandası buna hazırdır. O, parlamentin buraxılmasına necə təşəbbüs ediləcəyini dəqiqləşdirmədi. Konstitusiyaya görə, erkən parlament seçkisinin keçirilməsi üçün baş nazir istefa verməli, parlamentdə isə yeni hökumət başçısının namizədliyi üçün keçirilən səsvermə 2 dəfə uğursuzluğa düçar olmalıdır. Bu yaxınlarda baş naziri dəstəkləyən “Mənim addımım” fraksiyası erkən seçkilərin keçirilməsi üçün parlamentin özünü buraxması ideyasını irəli sürüb. Hazırkı Konstitusiyada belə bir mexanizm nəzərdə tutulmayıb, lakin hakimiyyət müvafiq düzəlişi etməyə hazırdır. Doğrusu, bundan bir neçə ay öncə bunu çətinlik çəkmədən etmək mümkün olsa da, hazırda müvəffəqiyyət təminatlı deyil. Çünki “Mənim addımım” fraksiyasından 5 deputat çıxıb və blok artıq konstitusiya çoxluğuna sahib deyil.

“Kommersant”ın “Mənim addımım” fraksiyasında olan mənbəsi anonimlik şərtilə xəbər verib ki, erkən seçkilərin keçirilməsi prosesi ən yaxın zamanda, Baş Qərargah rəisi məsələsi həll edilən kimi “işə salınacaq”. Həmsöhbətimizin sözlərinə görə, prezident Baş Qərargah rəisinin istefaya göndərilməsi haqqında baş nazirin təkrar verdiyi vəsatəti imzalamağa hazırdır. İqtidar blokundan olan deputat “Kommersant”a deyib ki, “Armen Sarkisyan onu imzalayan kimi biz erkən seçkilərin təşkilinə başlayacağıq. Biz ona yaranmış durumdan çıxış üçün fürsət kimi baxırıq”.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ