Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycanda KİV sahəsində əsaslı islahatlara tələb heç vaxt indiki qədər olmayıb - KİVDF yeni mərhələdə…

Image


Son günlər media sahəsində ciddi islahatların aparılmasına ciddi zərurət olduğu ilə bağlı ictimai müzakirələrin aparılması daha intensiv hal almağa başlayıb.

Bir sıra ekspertlər hesab edirlər ki, xüsusilə də 1999-cu ildə qəbul edilən KİV haqqında qanun müasir dönəmin tələbləri ilə qəti uyğunlaşmır. Xüsusilə də bu sahəni tənzimləyən geniş səlahiyyətli bir qurumun olmasına ciddi ehtiyacın olduğu bildirilir.

  • Aydın Quliyev:  “KİVDF-nin səlahiyyətləri və əhatə dairəsi genişləndirilməli…”

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev  mediaya açıqlamasında bu mövzuya toxunub. O qeyd edib ki, Azərbaycanda KİV qanunu müstəqilliyin ilk illərində qəbul edilib və bu gün ciddi dəyişikliklərə ehtiyac var: "Çap medianın yeni inkişaf meylləri qanunvericilik yolu ilə müəyyən olunmalıdır, sosial medianın statusu qanuniləşdirilməlidir, internet jurnalistikanın statusu qanuni təyinat almalıdır, internet məkanda və sosial şəbəkələrdə fəaliyyət göstərən subyektlərin statusu dəqiqləşdirilməlidir və bütün bunlar yeni KİV qanununda öz əksini tapmalıdır. Ən ciddi problemlərdən biri çap medianı müasir milli sivilizasiyanın dəyərlərindən biri kimi qoruyub saxlamaq və inkişaf etdirmək üçün yeni trendlər müəyyən etməkdir. Bütünlüklə medianın sərbəst fəaliyyət imkanları genişləndirilməlidir". Baş redaktorun sözlərinə görə, müasir şəraitdə anormal görüntülərdən biri odur ki, bir halda medianın hansısa bir seqmenti rəsmi qurum tərəfindən idarə edilir və ya maliyyələşdirilir, medianın başqa seqmentləri isə sanki idarəolunmaz bir halda buraxılıb:

"Konkret deyilsə, KİV-in dövlət tənzimlənməsinin və dövlət maliyyələşməsinin tək çap mediaya şamil edilməsi tələbata cavab vermir. KİVDF-nin səlahiyyətləri və əhatə dairəsi genişləndirilməli, tək çap medianı yox, həm də ən müxtəlif media seqmentlərini əhatə etməlidir".

Aydın Quliyevin fikrincə, medianın inkişafına dövlət dəstəyi mexanizminin əsaslarının qorunub saxlanması vacibdir, lakin dövlətin mediaya dəstəyinin vahid qurum və vahid mexanizm halında həyata keçirilməsi daha əhəmiyyətli olardı.

  • Müşfiq Ələsgərli: “KİVDF-nin digər funksiyaları da aktivləşməlidir”

Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda qüvvədə olan “KİV Haqqında” Qanun zamanı üçün mütərəqqi sayılıb: “İndi isə media ilə bağlı bəzi yeni reallıqlar ortaya çıxıb. Xüsusilə də onlayn medianın bazarda ənənəvi media qədər inkişaf etməsi sözügedən qanunda bəzi boşluqların olduğunu üzə çıxarmış olur. Həmin qanundan irəli gələn bir sıra müddəalar tam yerinə yetirilmədi. Məsələn, 1999-cu ilin qanununda deyilir ki, medianın üzərindən dövlət tənzimlənməsi götürülür, yerində özünüidarəetmə qurumları yaradılır. Mətbuat Şurası və Milli Teleradio Şurası yaradıldı. Ancaq bu qurumlarla bağlı xüsusi bir qanun qəbul edilmədi. Bugünə qədər də Mətbuat Şurasının statusu haqda qanun yoxdur. Bu detallar  yarımçıq qaldığı üçün həmin qurumların fəaliyyətində problemlər yarandı. Məsələn, peşə etikasını pozan KİV-ə Mətbuat Şurası xəbərdarlıq edir, ancaq həmin sayt öz ənənəvi fəaliyyət metodunu davam etdirir. Qurumun əlində prosesə ciddi təsir etmək səlahiyyəti yoxdur. Bəlli  olur ki, zamanında mütərəqqi olan qanun bugünün tələblərinə cavab vermir”.

Ekspertin sözlərinə görə, KİVDF-nin səlahiyyət çərçivəsinin genişləndirilməsinə də ciddi ehtiyac var:

 “Bu qurum indiyə qədər əsasən çap medianın maliyyələşməsi ilə məşğul olub. Hazırda onlayn media  da günümüzün vacib elementi sayılır. Ancaq bu sahənin maliyyələşməsi səlahiyyəti hələlik KİVDF-də yoxdur.  Qurumun nizamnamə və səlahiyyətləri bir qədər də genişləndirilməlidir ki, o yalnız çap medianı deyil, həm də elektron KİV-i əhatə edə bilsin. KİVDF-nin digər funksiyaları da aktivləşməlidir. Onlar əsasnamədə var.  Digər vacib bir məqam isə dövlət qurumlarının media orqanları təsis etmək səlahiyyətilə bağlıdır. 2005-ci ildə “İnformasiya Əldə Etmək Haqqında” Qanunun tələblərində deyilir ki, dövlət qurumları öz veb səhifələrini yaratmalı və informasiyalarını həmin resurs vasitəsilə paylaşmalıdır. Belə olan halda həmin qurunların əlavə media təsis etməsi nəyə lazımdır?  Həmin KİV-lər cəmiyyətdə tanınmaslar da, onlar həmin qurumun reklam dövriyyəsində mühüm rol oynayırlar”.

Ekspertin sözlərinə görə, bu cür hallara da son qoyulmalıdır ki, qurumların reklamı bir cibdən o biri cibə getməsin, həm də müstəqil medianı əhatə etsin.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ