Cümə axşamı günü, 08 oktyabr 2026
     

Əliyev və Putin irəli gedir, Paşinyan hələ də 8-ci maddəni terrorçu canilərə şamil etməkdədir...

Image


Məlum olduğu kimi, yanvarın 11-də Kremldə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağla bağlı keçirilən danışıqlar baş tutub. Dörd saatadək davam edən danışıqlardan sonra görüşün yekunu ilə bağlı hər üç lider mətbuata bəyanatla çıxış edib.

Azərbaycan və Rusiya prezidentləri görüşün nəticələrindən razı qaldıqlarını və irəliyə, inkişafa doğru addımlar atıldığını qeyd etsələr də, erməni baş nazir, həmişə olduğu kimi, yenə də “suyu bulandırmaq”da davam edib.

Paşinyan bildirib ki, Moskva görüşündə hərbi əsirlər məsələsi həll olunmayıb və bu istiqamətdə işlər davam etdiriləcək: “Təəssüf ki, bu gün hərbi əsirlər məsələsini həll edə bilmədik. Bu, ən həssas və ağrılı məsələdir. Çünki bu, humanitar bir məsələdir və bu istiqamətdə işlərin davam etdiriləcəyinə dair razılığa gəldik”.

Əlbəttə, Paşinyan “ən həssas və ağrılı məsələ” deyərkən burada 62 nəfər erməni terrorçusunu nəzərdə tutub. Qeyd edək ki, dekabr ayında postlarımıza hücum etməyə cəhd göstərən 62 nəfər silahlı erməni terrorçusu qəhrəman əsgərlərimiz tərəfindən əsir götürülüb. Onların hərbi əsir deyil, terrorçu olduğu isə bütün dünyaya məlumdur.

  • “...onları “hərbi əsir” kimi qələmə verir”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Moskvada baş tutan üçtərəfli görüşün nəticələri bir sıra cəhətlərinə görə təhlil olunmalıdır. “Bu adi məsələ deyil. Açıqlanmayan məsələlər də var, açıqlanan məsələlərin içində ziddiyyətli məqamlar da yox deyil. Paşinayana gəlincə, Paşinyan görüşdə hərbi əsirlərin məsələsini xüsusi olaraq qabartdı, bu onun az qala danışıqları o müstəviyə endirmək cəhdi idi. Görüş ərəfəsində də bu istiqamətdə münasibətlər bildirirdi. Görünür, Ermənistanı ən çox “narahat” edən məsələ budur. Həm bütövlükdə onların əsirləri və itkin düşənləri çoxdur, yığıb yığışdırıb Ermənistan cəmiyyətinə təqdim edə bilmirlər, qorxurlar. İndiyə qədər say da deməyiblər. Digər tərəfdən də orada terror qrupları yaradırlar, o terror qruplarını da Azərbaycan tərəfi məhv edir, yaxud ələ keçirir. Bu da Ermənistanı ciddi şəkildə narahat edir. 62 nəfər terrorçunu Azərbaycan tərəfi ələ keçirib, təbii ki, onların üzərində məhkəmə olacaq. Azərbaycan Prezidenti birmənalı şəkildə bildirdi ki, onlar hərbi əsir deyil, terrorçu qrupdur. Əlbəttə, terrorçu qrupa qarşı necə hərəkət olunursa, onlara da o cür hərəkət olunacaq. Ermənilər açıq döyüşdə, müharibə meydanında Azərbaycana qarşı heç nə edə bilmədilər. Ona görə də öz ənənəvi metodlarına, terrora əl atmağa cəhd göstərirlər. Digər məlumatlar da var ki, ermənilər Rusiya ərazisində güclü terror şəbəkəsi yaratmaq istəyirlər, bu işə külli miqdarda maliyyə vəsaiti buraxırlar. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılır. Yəni ola bilər ki, ermənilər həm Rusiya, həm Avropa, həm də Azərbaycan ərazilərində terror hərəkətinə əl atsınlar. İndidən özləri üçün hazırlıq işləri görürlər ki, terrorçular ələ keçiriləndə və sair bununla bağlı hay-küy salıb onları “hərbi əsir” kimi qələmə versinlər.

Moskvada keçirilən üçtərəfli görüşdə aydın görsəndi ki, Azərbaycan tərəfdən ermənilərin bu cəhdinə qarşı yumşalma hiss olunmadı və Paşinyan da öz “narazılığını”, “narahatlığını” bildirdi ki, bu məsələ açıq qaldı. Demək, Azərbaycan bu məsələdə güzəştə getməyib, terrorçu ilə hərbçini fərqləndirib, terrorçular necə lazımdır, o cür də cəzalandırılmalıdırlar”.

A.Nağının qeyd etdiyinə görə, Paşinyanın əndişəsinin, suyu bulandırmaq cəhdlərinin kökündə əsas iki məsələ dayanır. “Birincisi, Ermənistanın əsirləri və itkin düşənləri çoxdur. Paşinyan bu məsələni ona görə qabardır ki, Azərbaycan kömək etsin və bu problemi həll etsin, əsirlər qaytarılsın. Bilirsiniz ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri ilə Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri son 1 həftə ərzində iki dəfə görüşüblər, hər dəfə də itkinlərlə, əsirlərlə bağlı məsələ müzakirə edilib. Bu, Ermənistan cəmiyyətini ciddi narahat edən məsələdir. Paşinyan hökuməti ölkəsində bu narazılığı aradan qaldırmaq istəyir, vəziyyətdən çıxmağa çalışır. İkincisi, Paşinyan bununla işə saldıqları terror qruplarına qarşı cəza tədbirlərinin görülməsini istəmir, ona görə də onları “hərbi əsir” kimi qələmə verir. Paşinyan “əsirlər” məsələsini qabartmaqla onu əsas məsələyə çevirmək istəyib, lakin Azərbaycan buna yol vermədi, verməməlidir də” - deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ