Cümə axşamı günü, 08 oktyabr 2026
     

1. Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Image


Son günlərin ən çox diqqət cəlb edən hadisələrindən biri yanvarın 11-də Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə keçirilmiş Moskva görüşü oldu. Məhz bu görüş Azərbaycanın məlum 44 günlük müharibənin gedişində qazandığı möhtəşəm tarixi qələbəsinin diplomatik müstəvidə növbəti mühüm təsdiqinə çevrildi. Ermənistan üçün yeni fiasko mərhələsi sayılan Moskva görüşü Azərbaycanın Dağlıq Qarabağ məsələsində tam söz sahibi olmasının da daha bir sübutu kimi yadda qaldı.

Şərtləri Bakı diqtə edir

Moskva görüşündə Azərbaycanın diqqət mərkəzinə gətirdiyi əsas məqam Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşması ilə bağlı oldu. Bu fonda Bakı regionda iqtisadi əməkdaşlığın artıq ön plana çıxdığını da xüsusi olaraq bəyan etdi. Qeyd edilən xüsusda Prezident İlham Əliyev bildirdi: “İmzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər”. Nəqliyyat kommunikasiyalarının açılmasının Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, qonşularımızın mənafelərinə cavab verdiyini vurğulayan dövlət başçısı qeyd edib: “Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”. Azərbaycan Prezidenti onu da qeyd edib ki, 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib.

Beləliklə, Bakı Ermənistanla münasibətdə yeni mərhələyə start verməyə hazırlaşır. Özü də o fonda ki, Azərbaycan Qarabağ məsələsini istədiyi şərtlər əsasında həll edir. Ermənistanın buna əngəl yaratmaq cəhdləri isə əbəs sayılır. Bunu yenə Moskva görüşü təsdiq etdi. Hərbi əsirlərin və girovların dəyişdirilməsi, eləcə də “Qarabağın statusu” kimi Nikol Paşinyan tərəfindən Moskva görüşündə gündəmə gətirilən məsələlər də bunu göstərdi. Yumşaq şəkildə deyilsə, Paşinyanın dediklərinə əhəmiyət verən olmadı. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin mətbuata açıqlamasında və hər üç ölkə rəhbərinin imzaladığı yeni birgə Bəyanatda bu məsələlərlə bağlı heç bir müddəa yer almadı. Heç prezident Vladimir Putin də mediaya açıqlamasında Paşinyanın dediklərinə toxunmadı. Rusiyalı politoloq Sergey Markov da bunları Azərbaycanın yeni diplomatik nailiyyətləri kimi təqdim edir. O, Rusiyanın Paşinyanın yeni avantüralarına uymayacağını xüsusi vurğulayır: “Çünki Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük diqqət yetirir. İlk növbədə o baxımdan ki, bu, Rusiyanın dünya arenasında nüfuzunu artırır. Rusiyanın mövqelərini bütün ölkələrlə gücləndirir. Hesab edirəm ki, Putin, Əliyev və Paşinyan arasındakı danışıqlar uğurlu alındı”. Onun sözlərinə görə, ən əsas məsələ bölgədəki kommunikasiyanı bərpa etmək üçün baş nazir müavinlərindən yüksək səviyyəli bir işçi qrupun yaradılmasının qəbul edilməsidir: “Bu da o deməkdir ki:

1. Ermənistandan Rusiyaya gedən yol yaradılacaq. Bu, Ermənistanın Gürcüstandakı qərbyönümlü antirusiya rejimindən və İrandan asılılığını azaldacaq.

2. Azərbaycandan Naxçıvana və Türkiyəyə yol yaradılacaq. Yenə də Rusiya və Türkiyə Gürcüstan ərazisindən yan keçən dəmir yolu ilə birləşdiriləcək.

3. Dağlıq Qarabağın hələlik Ermənistan tərəfindən idarə olunan hissəsi ilə Azərbaycanın əsas hissəsi arasında yollar yaradılacaq. Bu, Bakının Dağlıq Qarabağın hələlik Ermənistanın nəzarətində (əslində isə rus sülhməramlılarının nəzarətində) olan hissəsinin Azərbaycana inteqrasiyasının növbəti, dinc iqtisadi mərhələsinə başlamasına imkan verəcək.

4. Ermənilərlə azərbaycanlılar arasında barışıq mərhələsi başlayacaq. Putin və Əliyev onsuz da bundan danışır - bu səhifəni bağlamalı və gələcəyimizi düşünməliyik.

5. Paşinyan hərbi əsirlərlə bağlı məsələni həll etməyin mümkün olmadığından şikayətləndi. Yəni Azərbaycan sülh müqaviləsi imzalandıqdan sonra əsir düşən 62 erməni əsgərinin Ermənistana verilməsinə razı olmadı, çünki onlar Azərbaycanın nəzarətində olan ərazilərə hərbi basqın etmişdilər.

6. Paşinyan Dağlıq Qarabağın statusu məsələsinin həll olunmadığından şikayətləndi. Ermənistan bunun Dnestryanı kimi muxtariyyət, demək olar ki, müstəqillik olmasını istəyərdi. Azərbaycan isə bunun Qaqauziya kimi ən minimum mədəni muxtariyyət olmasına razı ola bilər.  

7. Yerlərdə tərəflərin bölünməsi ilə bağlı suallara da baxıldı. Bir çox detal var. Liderlər bunlara ətraflı girmədi.

8.Sülh müqaviləsinin ATƏT və ya BMT vasitəsilə beynəlxalq səviyyədə konsolidasiyası məsələləri nəzərdən keçirildi. Orada rolunu artırmaq və Ermənistanı daha güclü dəstəkləmək istəyən Fransanın inadkar mənfi mövqeyini aradan qaldırmaq lazımdır. Bu, Putin üçün bir işdir. Danışıqlar hamı üçün mənfəətli bitdi. Ən çox isə Rusiya üçün. Əlbəttə ki, Putin böyük siyasətçidir”.

İrəvan razılaşmağa məcburdur

Rus ekspertin qeyd etdikləri və görüşdən sonra yayılan məlumatlar proseslərin Azərbaycanın istədiyi məcrada getdiyini bir daha təsdiq edir. Belə bəlli olur ki, Moskvadakı müzakirələrin əsas mövzusu 9 noyabr bəyanatının 9-cu bəndində nəzərdə tutulan nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin bərpası ilə bağlı olub. Belə görünür ki, yaxın zamanlarda Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə və Ermənistan-Azərbaycan-Rusiya, eləcə də Ermənistan-Azərbaycan-İran marşrutları üzrə nəqliyyat dəhlizlərinin işə salınması qaçılmazdır. Bu da Azərbaycanın istədiyi məsələlərdir və indi İrəvanın buna razılıq verməkdən başqa yolu yoxdur. Erməni ekspert Tiqran Abrahamyan da məsələyə bu prizmadan yanaşır: “Azərbaycan və Rusiya bu görüşdən istədiyini aldı, Ermənistan baş naziri isə yalnız qeyd etdi ki, onun qaldırdığı 2 problem - Qarabağın statusu və əsirlərin mübadiləsi məsələləri həll olunmamış qaldı: güman edirəm ki, bunlar hətta ciddi şəkildə müzakirə də olunmayıb. Əliyev, Putin və Paşinyanın birgə mətbuat konfransından məlum oldu ki, müzakirə oxunda regional iqtisadi münasibətlərin qaydasına salınması məsələləri - kommunikasiyaların açılması, infrastrukturlar, beynəlxalq nəqliyyat və təhlükəsizlik və onun təmin edilməsi mexanizmləri haqqında yalnız ümumi xarakterli formalar idi. Ermənistanın istəklərinə isə məhəl qoyulmadı”.

Bütün bunlar bir daha təsdiq edir ki, Moskvada danışıqlarda mövqe üstünlüyü birmənalı olaraq Azərbaycanın tərəfində olub. Regiondakı bütün nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası yolu ilə bölgədə sülhə nail olunması ideyası məhz Azərbaycanın mövqeyidir. Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistan hökumətinin keçmiş nümayəndəsi Gevorq Kostanyan bundan sonra da Azərbaycanın istədiyinə çox asanlıqla nail olacağını qeyd edir: “Hələ o vaxt demişəm, daha insanlara necə izah etmək lazımdır ki, Ermənistan rəhbəri bu məsələni həll edə bilməyəcək? Məsələn, Moskvada Paşinyan əsirlər məsələsini uğursuz etdi və məcburən bu barədə bildirdi. Amma Azərbaycan rəhbəri istədiyinə nail oldu”. Kostanyan qeyd edib ki, Paşinyan qarşılığında hər hansı bir şey almadan Ermənistanın maraqlarına qarşı fəaliyyət göstərməyə davam edir: “Paşinyan əsirlər məsələsini həmişəlik uğursuz etdi, çünki onunla heç kim danışıq aparmır”.

Azərbaycanın qələbəsi Türk dünyası üçün də önəmlidir

Beləliklə, Moskva görüşünün nəticələri qarşıdakı dövrdə regionda yeni imkanlar açır. Ekspertlər hesab edir ki, 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanat Azərbaycanı strateji hədəflərinə daha sürətlə yaxınlaşdırır. Bəyanatda qeyd olunan əsas məsələlər bilavasitə yol-nəqliyyat infrastrukturunun bərpa edilməsinə aiddir və hazırkı mərhələdə bu olduqca prioritet məsələdir. Çünki regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması və bunun 30 ildən çox davam etməsi regional inteqrasiya və iqtisadi inkişafa çox böyük zərbə idi. Amma indi bu məsələ çözülür. Ən əsas məsələlərdən biri isə Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir. Bu olduqca vacib kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir. Bundan ümumiyyətlə Türk dünyasının ciddi mənfəət əldə edəcəyi də birmənalıdır.

Təhlillər göstərir ki, imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan vacib addımdır və bunu əngəlləməyə artıq kimsənin gücü yetməz. Maariflənmiş Ermənistan Partiyasının sədri Edmon Marukyan da bu reallığı qəbul edərək bildirir ki, Azərbaycan gündəliyi müəyyən edən əsas tərəfdir: “Moskvadakı görüşdə qəbul edilən sənədin yayımlanmasından sonra bütün mümkün hökumətyönlü kanallar, yeni razılaşmaya uyğun olaraq, Ermənistanı İran və Rusiya ilə birləşdirəcək dəmir yolunun açılacağını məmnuniyyətlə elan etdilər. Bu arada, erməni xalqı görüşdən bir şey gözləyirdi - hərbi əsirlərin qısa müddətdə geri qaytarılmasına dair razılaşmalar. Lakin bu baş vermədi”. Marukyan bildirib ki, müzakirə yalnız Azərbaycan gündəmi ətrafında baş tutub. Proseslərin bundan sonra da Azərbaycanın şərtləri əsasında inkişaf etməsi qaçılmazdır və bunu indi ermənilər də yaxşı başa düşür.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ