Bakının Nəsimi rayonundan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Axundova Sevda Hidayət qızı Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Sizi Vətən müharibəsində qazanılan böyük Qələbə münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzulayıram. Çox sağ olun ki, Siz Qarabağımızı, Şuşamızı geri qaytardınız.
2020-ci il dünyada bütün ölkələr üçün sınaq ili kimi yadda qalacaq. Azərbaycan isə Sizin sayənizdə bu sınağı alnıaçıq, uğurla başa vuracaq.
Sizin sayənizdə başı dik, qürurluyuq. Sizin sayənizdə tələbələrimizə şanlı zəfər tarixləri barədə fəxrlə danışacaq, onları səfalı Qarabağın tarixi yerlərinə ekskursiyaya aparacağıq.
Mən xalqımıza yaşatdığınız zəfər sevinci ilə yanaşı, koronavirus pandemiyasının geniş yayıldığı bir vaxtda xalqımıza göstərdiyiniz dəstək və qayğıya görə də kollecimizin kollektivi və şəxsən öz adımdan sonsuz təşəkkürümü bildirirəm.
Sizinlə fəxr edirik!
Qarabağ Azərbaycandır!”
Baki-xeber.com