Bakının Sabunçu rayonundan akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevə müraciət edib:
“Azğın, harınlamış düşmənlə olum-ölüm savaşında müdrik siyasətiniz, möhkəm iradəniz, xalqımızı birləşdirən dəmir yumruğunuz sayəsində Azərbaycanımıza bəxş etdiyiniz şanlı qələbə, şərəf və qürur ölkəmizin hər bir vətəndaşı kimi mənim üçün də dəyəri heç bir qiymətlə ölçüyə gəlməyən ən yüksək mükafat oldu. Belə bir gündə mənim təvazökar əməyimi "Şərəf" ordeni kimi ali dövlət mükafatı ilə dəyərləndirməyinizi həqiqətən də özümə şərəf bilirəm. Çox sağ olun, var olun, əziz Prezidentim! İnanıram ki, bütövləşdirdiyiniz Azərbaycan çox keçmədən, yenə Sizin rəhbərliyinizlə, sözün əsl mənasında cənnətə dönəcək!”
Baki-xeber.com