“Bu məktubu Sizə Vətəndən uzaqlarda yaşayan, lakin ürəkləri daim Vətən sevgisi ilə dolu olan Rusiya Federasiyasının Belqorod vilayətinin Starıy Oskol şəhərindən ünvanlayırıq!
...Artıq illərdir ki, biz Azərbaycandan çox uzaqda yaşayırıq. Amma uzaqda yaşamağımıza baxmayaraq, ölkəmizdə baş verən 44 günlük Vətən Müharibəsi zamanı hər gün xalqımızı, Vətənimizi fikirləşib, onun mübarizliyinə, qətiyyətli qələbəsinə inanıb və həmin şərəfli günü gözləmişik. Şükür olsun böyük Allaha! Azərbaycan xalqı, yenilməz ordusu ilə məhz Sizin uzaqgörən siyasətinizlə mənfur düşmən üzərində öz şanlı qələbəsini əldə etdi.
...Bizlərə yaşatdığınız bu böyük Qələbə sevincinə görə öz ailəmiz adından və eləcə də Starıy Oskol şəhərində yaşayan azərbaycanlılar adından Sizə böyük ehtiramımızı və dərin təşəkkürlərimizi bildiririk. Bu gün bizlər çox qürur və fəxarət hissi ilə Azərbaycan adlı dövlətlə, heç vaxt unudulmayan şəhidlərimizlə və öz müdrik siyasəti, müxtəlif dillərdə səlis nitqi ilə fikirlərini açıq şəkildə dünya ictimaiyyətinə bildirə bilən, görkəmli Azərbaycan şəxsiyyətləri olan ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın oğul övladı – Azərbaycan Prezidenti İlham Əliyevlə fəxr edirik.
Tanrı Sizi qorusun!”
Bu fikirləri Prezident İlham Əliyevə müraciətlərində Rusiya Federasiyasının Belqorod vilayətinin Starıy Oskol şəhərindən Qaziyevlər ailəsi yazıb.
Baki-xeber.com