“Göydə Uca Allah, yerdə Sizin qarşınızda baş əyirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Mən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 30 il xidmət etmişəm. Müharibə veteranıyam. Xidmət vaxtı aldığım güllə yarası məni incitmirdi, ancaq torpaqlarımızın düşmən əlində olması məni rahat yaşamağa qoymurdu.
Beş il torpaqlarımızın müdafiəsi üçün vuruşmuşam. 1992-ci ilin fevral, mart aylarında Şuşa şəhərində döyüşmüşəm.
Artıq bu gün Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad etdiyi üçün Sizə və Azərbaycan Ordusuna minnətdaram”.
Bunu Ukraynanın Xarkov şəhərindən ehtiyatda olan polis mayoru Əliyev Fərman Şaban oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com