Əməkdar artist Elnur Əhmədov Prezidentə müraciət etdi

“Bu müraciəti Sizə dərin minnətdarlıq hissi ilə yazıram.
30 il işğal altında qalan torpaqlarımızı yağı düşməndən azad etdiyinizə görə Sizi ürəkdən təbrik edirəm. Vətən müharibəsi bizim haqq savaşımız idi. Hər bir azərbaycanlı kimi mən də, Sizin rəhbərliyiniz altında Qarabağın yenidən çiçəklənəcəyini və dünyanın ən gözəl bölgələrindən birinə çevriləcəyini səbirsizliklə gözləyirik.
Bu gərgin və məsuliyyətli bir zamanda Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycan milli musiqi təhsilinin inkişafında xidmətlərinə görə Milli Konservatoriyanın bir qrup əməkdaşı, o cümlədən məni "Tərəqqi" medalı ilə təltif etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!”
Bunu Prezident İlham Əliyevə müraciətində Bakı şəhərindən Əməkdar artist, dosent Əhmədov Elnur bildirib.
Baki-xeber.com