Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycan jurnalistləri 2020-ci ildə: JuHİ ənənəvi illik hesabatını açıqladı

Image


Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci ildə sosial durumlarını və media ilə bağlı baş vermiş önəmli hadisləri əks etdirən hesabatını açıqlayıb.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, hesabat təşkilatın 55 KIV redaksiyasının əməkdaşları arasında keçirdiyi sorğu və 2020-ci il ərzində  aparılan monitorinqin nəticələri əsasında hazırlanıb. Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, həmçinin, 2020-ci ildə onların diqqətini çəkən hadisələr barədə sualları cavablandırıblar. Sorğu və monitorinqin yekunu olaraq  aşağıdakı nəticələr əldə edilib:

Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində durum

Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə davam etdirilən  islahatlar  əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də müsbət  təsir göstərib, KİV redaksiyalarında işçilərlə əmək müqavilələrinin  bağlanılması sahəsində ciddi nəticələr əldə edilib. Sorğuya cəlb edilənlərin 98 %-i bildiriblər ki,  çalışdıqları redaksiyalarda əməkdaşlarla  əmək müqavilələri bağlanılıb. Bununla yanaşı, əvvəlki illərdə bu müstəvidə müşahidə edilən bəzi  problemlər də davam edib. Bu sırada 2 məqam diqqəti çəkir:

-  Fərdi  əmək müqavilələrinin müddətli bağlanılması və ya fərdi əmək müqaviləsi əvəvzinə “xidmət müqaviləsi”nin tətbiq edilməsi,

- Real əmək haqqının əmək müqavilələrində göstərilənlərlə uyğunsuzluğu.

Qeyd edək ki, daimi çalışan jurnalistlərə  “müddətli müqavilənin”nin  tətbiq edilməsi və ya onlarla əmək müqaviləsi əvəzinə xidmət müqaviləsinin bağlanılması əmək  hüquqlarını məhdudlaşdırır, ixtisarlar, əmək münasibətlərinə xitam verilmə hallarında  jurnalistləri çıxılmaz duruma salır, onların  işçi hüquqlarından istifadələrini imkansız edir.

Əməkhaqqı, orta aylıq gəlirlər sahəsində durum

Bu kontekstdə 2020-ci ildə ciddi dəyişiklik müşahidə edilməyib. Rəyi soruşulanlardan:

  • 74 faizi aylıq gəlirlərinin 700-900 manat;
  • 22 faizi aylıq gəlirlərinin 500-700  manat;
  • 4   faizi aylıq gəlirlərinin 250-500 manat civarında olduğunu bildirib.

Media sahəsində 2020-ci ildə diqqətçəkən hadisə və tendensiyalar

  • Dövlət və hökumət təmsilçilərinin sosial media müstəvisində  aktivliyi, auditoriya ilə interaktiv münasibətləri, KİV-lərlə təmaslarını intensivləşdirdikləri diqqət çəkib. 2018-ci ildən etibarən müşahidə edilməyə başlayan bu tendensiya 2020-ci ildə daha da sürətlənib. Bu dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həm milli, həm də transmilli KİV-lərlə canlı təmaslarının intensivləşməsi müşahidə edilib. Prezidentin köməkçiləri Anar Ələkbərovun, Hikmət Hacıyevin KİV təmsilçiləri ilə vasitəsiz görüşləri xarakterik hal alıb.
  • 2020-ci ildə həyatın digər  sahələri kimi, media təsisatları da COVİD-19  pandemiyasının  təsiri altında olublar. BJF-nin hesablamalarına görə, 2020-ci ildə pandemiya dövrünün iqtisadi-maliyyə durğunluğuna uyğun olaraq, maliyyə gəlirlərindən, reklamlardan  məhrum olaraq fəaliyyətlərini dayandıran KİV-lərin sayı ümumilikdə dünya media təşkilatlarının 25%-i həcmindədir.  Dünyada hər 3 jurnalistdən 2-si əmək haqqının azaldılması, iş yeri ixtisarı / itkisi və ya iş şəraitinin pisləşməsi ilə üzləşib. Dünyanın 58 ölkəsində 615 nəfər jurnalist virusa yoluxaraq həyatını itirib.

Azərbaycanda isə, monitorinqin nəticələrinə görə,  117 nəfər jurnalist  COVİD-19-a yoluxub, 8 nəfər jurnalist həyatını itirib. Azərbaycanda pandemiyanın KİV-in fəaliyyətinə təsirini azaltmaq üçün dövlət bir sıra  addımlar atıb; “Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramı KİV sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində  KİV-lərə dövlət dəstəyi göstərilib ki, bu da  KİV-lərdə  iş yerlərinin qorunub saxlanılması üçün stimul olub. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu   KİV-lərə maliyyə yardımının  göstərilməsini davam etdirib. Ənənəvi yardım proqramının Fond  tərəfindən il boyu tətbiq edilməsi media çalışanları, xüsusilə qəzet redaksiyaları üçün əlavə  xilas rolu oynayıb. Monitorinqlər göstərir ki, Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran KİV qurumu  yoxdur. Bununla yanaşı, iş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılan  ixtisarlar, iş yeri itkisi  ölkədə KİV çalışanlarının 4%-ni əhatə edib.

Ermənistanın 2020-ci il boyunca yaratdığı gərginlik fonunda Azərbaycanlı jurnalistlər də ciddi insidentlərlə qarşılaşıblar:

  •  Brüsseldə fəaliyyət göstərən azərbaycanlı jurnalist- Real Təhlil və İnformasiya Mərkəzinin (“Real TV”) Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızı iyul ayında erməni millətçiləri  tərəfindən döyülərək ağır bədən  xəsarətləri alıb.
  • KİV işçiləri 44 günlük Vətən müharibəsində, cəbhə xəttində  həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində  cəlb edilmiş döyüşçü qismində iştirak ediblər.

Döyüş bölgəsində fəaliyyət göstərən jurnalistlər dəfələrlə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıblar: Azərbaycan Dövlət Televiziyasının (AzTV) və İctimai Televiziyanın (İTV) əməkdaşları xüsusilə şiddətli atəş altına düşüb, şirkətlərə məxsus avtomobillər sıradan çıxarılıb.  Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktoru Zibeydə Şakir isə işğaldan azad edilmiş ərazilərə səfər edərkən, minaya düşərək həlak olub.  

Bu dövrdə təqribən 29 nəfər  jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb edilib, cəbhə xəttinə göndəriliblər. Onlardan 4 nəfəri  döyüşlərin gedişində yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alıblar. ATV-nin keçmiş montajçı-əməkdaşı   Davud Qurbanov isə şəhid olub.

29 nəfərin sırasından 11 nəfərin döyüşlərdə fərqləndikləri üçün orden və medallarla təltif edilmələri barədə KİV-də və sosial şəbəkələrdə məlumat yayılıb.  

  • 2020-ci ildə ümumrespublika yayımlı  KİV qurumlarından 3-ü  öz fəaliyyətini qismən dayandırıb və ya dövriliyini azaldıb. Bu sırada məhkəmə  “Lider” TV-ni  iflas həddində elan edib; “Kaspi” qəzeti gündəlik çapını dayandıraraq, həftəlik çap versiyasına keçib.   “Azadinform” İnformasiya Agentliyi isə fəaliyyətini minimuma endirib.

Buna rəğmən, 2020-ci ildə təqribən 15  yeni onlayn KİV qurumu fəaliyyətə başlayıb.

  • Azərbaycanda sərbəst çalışan (freelance ) jurnalistlərin fəaliyyətinin rəsmi qurumlar müstəvisində tanınması epizodu ilk dəfə 2020-ci ildə qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistləri adından ünvanladığı müraciəti  nəzərə alaraq, sərt karantin rejimi dövründə fəaliyyətinə icazə verilən kateqoriyalar sırasına VÖEN əldə  edib sərbəst çalışan jurnalistləri də daxil edib. Məlumat üçün bildirək ki, sərbəst çalışan jurnalistlərin sayı yüksək rəqəmlərlə ifadə olunsa da, Azərbaycanda onların fəaliyyətinin hüquqi tənzimlənməsi mövcud deyil. 
  • Adları beynəlxalq təşkilatların hesabatlarında “həbsdə olan jurnalistlər” kimi hallandırılan şəxslərdən bir qismi 2020-ci ildə sərbəst buraxılıb və ya üzərlərindən şərti məhkumluq götürülüb. Bu sırada  Əfqan Muxtarlının, “Kanal-13” internet televiziyasının rəhbəri Əziz Orucovun, “Xeber44 saytı”nın təsisçisi Araz Quliyevin, "Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədlinin, Realliq.info saytının təsisçisi İkram Rəhimovun adları qeyd edilib.
  • Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun və Milli Televiziya və Radio Şurasının rəhbərliyi yenilənib. İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri, Əhməd İsmayılov KİVDF-nin icraçı direktoru təyin edilib.
  • Siyasi aktivliyin artdığı dönəmlərdə, ekstremal vəziyyətlərdə  informasiya bolluğu yaratmaq, informasiyanın əlçatımlığını təmin etmək, KİV təmsilçilərinin uyğun dövlət orqanları ilə təmaslarının intensivləşdirilməsi üçün marağın artdığı diqqət çəkib. Bu sırada 2020-ci ildə Milli Məclis seçkiləri zamanı aktivləşdirilən  “Seçkilər” İnformasiya Mərkəzi”nin işini, COVİD-19 pandemiyasına uyğu olaraq tətbiq edilən sərt karantin rejimi zamanı “Nazirlər Kabineti yanında Operativ Qərargah”  vasitəsilə  keçirilən gündəlik brifinqləri, 44 günlük Vətən müharibəsi günlərində formalaşdırılan “Hərbi informasiya mərkəzi”nin fəaliyyətini göstərmək olar. Dövlət qurumlarının, rəsmi şəxslərin iştirakı ilə gündəlik brifinqlərin keçirilməsi, jurnalistlərin suallarının operativ cavablandırılması göstərdi ki,  informasiya ilə iş Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Hesabat  haqqında daha ətraflı məlumat almaq üçün JuHİ sədri Müşfiq Ələsgərli ilə əlaqə saxlaya bilərsiniz.

Email: [email protected]




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ