şənbə günü, 10 oktyabr 2026
     

"Möhtərəm Prezidentimizin “İlin siyasətçisi” seçilməsi Lider kimi bütün keyfiyyətlərinin bir daha təqdimatıdır" - Vüqar Rəhimzadə

Image


«Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik fəaliyyətinin zirvəsi kimi dəyərləndirilən Zəfərimiz istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə keçirilən sorğularda da yüksək qiymətləndirilir. 

Təbii ki, bu uğur  bugünün səylərinin deyil, illərin qətiyyətinin, düşünülmüş və məqsədyönlü siyasətin, ölkəmizin istər daxildə, istərsə də beynəlxalq aləmdə  qazandığı uğurların, eyni zamanda, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin prioritetliyi fonunda atılan addımların məntiqi nəticəsidir. Prezident  İlham Əliyev dekabrın 23-də   xanımı Mehriban Əliyeva ilə işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı  əsgərlərlə  görüşündə bir daha bu məqamı xüsusi qeyd etmişdir ki, peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi. İstifadə etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək. Ancaq bu gün də artıq xarici mətbuata sızan məlumatlar  onu göstərir ki, bu müharibə döyüş əməliyyatlarının gedişində  hərbi ekspertlər tərəfindən çox ciddi təhlil edilirdi və indi də edilir.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib.  Prezident İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib. Nəşr yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar.

Baş redaktor diqqətə çatdırıb ki, 30 il həllini gözləyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  44 gündə  Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatması dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətli mövqeyinin,  illərdir Ali Baş Komandandan  «Azərbaycan əsgəri, irəli!» əmrini gözləyən ordumuzun qüdrətinin, döyüş ruhunun yüksəkliyinin, Vətən, torpaq sevgisinin nəticəsidir: «Dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə ulu öndər Heydər Əliyevin  siyasi kursunu bütün sahələrdə uğurla davam etdirərək, davamlı inkişafa nail olması  bu Qələbəmizə  gedən yolu hər an yaxınlaşdırırdı. Beynəlxalq münasibətlər sistemində güc və beynəlxalq hüquq amillərinin önəmini nəzərə alsaq, Azərbaycanın hər iki istiqamətdə üstünlüyü göz önündədir. Müstəqil və praqmatik siyasətində dövlətin və xalqın  maraqlarının ifadəsinə əsaslanan addımları ilə hər günümüzü tariximizə  önəmli hadisələrlə dolu zəfər günləri kimi yazan dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarında bu inam öz əksini tapırdı ki, üçrəngli bayrağımız işğal altında olan torpaqlarımızın hər bir guşəsində dalğalanacaq. Bu əminliyə əsas verən təbii ki, Azərbaycanın bütün sahələrdə  qazandığı uğurlar, eyni zamanda, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılması  idi.  Ötən 30 ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icrasını gözləsə də, Azərbaycan Ordusu bu missiyanı özü təkbaşına 44 gündə həyata keçirdi, işğala son qoydu. Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut etdi ki,  yenilməz, məğrur ordusu olan Azərbaycandır. Ermənistanın illərdir yaratdığı «yenilməz erməni ordusu» mifi darmadağın edildi. Torpaqlarımızı heç zaman geri qaytarmayacaqları xülyası ilə yaşayan Ermənistan rəhbərlərinin bu ərazilərimizdə yaratdıqları istehkamlar dağıdıldı, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında diz çökdü. 10 noyabr üçtərəfli Bəyanatı dünyaya Azərbaycan Prezidentinin qətiyyətini, ordumuzun gücünü,  qüdrətini göstərdi.  44 gündə Azərbaycana nə qədər təzyiqlər göstərildi, müharibənin dayandırılması ilə bağlı tələblər irəli sürüldü. Bütün təzyiq və təhdidlərə əsl Liderə xas olan  mərdliklə sinə gərən dövlətimizin başçısı İlham Əliyev mövqeyindən geri çəkilməyərək Ermənistanın baş naziri Nikol Paşinyanın 7 şərtinin qarşısında bir şərt qoydu - torpaqlarımızdan çıxsınlar, rayonların boşaldılması ilə bağlı cədvəl  təqdim etsinlər. Əks  təqdirdə müharibə sonadək aparılacaq.»

Vüqar Rəhimzadə Azərbaycan Ordusunun döyüş  meydanında qalibyyətindən, şücaətindən bəhs edərək bildirib ki, bütün bu uğurlarımız 10 noyabr Bəyanatının imzalanmasını şərtləndirdi, Ermənistan kapitulyasiya  aktına imza atdı: «Ötən 30 ilə müxtəlif baxışlar mövcud olsa da,  real olan budur ki, bu müddətdə işğalçı dövlət ona olan diqqət və qayğıdan ərköyünləşərək beynəlxalq hüquq amilinin mövcudluğundan xəbərsiz olub,  xülyalarla yaşayıb, yeni ərazilər uğrunda müharibə planı hazırlayıb. Azərbaycan isə bu müddətdə güclənib, haqqın-ədalətin  kimin tərəfində olduğunu  əsaslı şəkildə dünyaya çatdırmaqla yanaşı, bu reallığın beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapmasına nail olub. Məhz bu kontekstdən yanaşdıqda açıq-aydın görmək olur ki, bu gün bir tərəfdə  yenilməz ordusu olan qalib Azərbaycan, digər tərəfdə isə  ordusu məhv edilmiş məğlub Ermənistan dayanıb.»

Baş redaktor vurğulayıb ki,  dövlətimizin başçısı İlham Əliyevin ölkədə və beynəlxalq aləmdə qazandığı imic, yaratdığı ümumi portret budur ki,  o, praqmatik siyasətçidir.  Hadisələri, prosesləri dəqiq qiymətləndirməyi, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim etməyi bacaran, ən əsası  öz xalqının, dövlətinin gələcəyini  düşünən, dövlət maraqlarını hər şeydən üstün tutan, müstəqil siyasəti ilə öz qətiyyətli mövqeyini ortaya qoyan alternativsiz Liderdir.  Zəfərimiz möhtərəm Prezidentimizin   bu keyfiyyətlərinin real mənzərəsini bir daha    dünyaya təqdim etdi.   Rusiyanın məşhur “Vedomosti” nəşrinin seçimi bunun bir daha təsdiqidir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ