44 gündə yeni tarix yazdınız – Abşeronun İctimai Şura üzvlərinin Azərbaycan Prezidentinə müraciəti…

img

“Sizi və xalqımızı tarixi Qələbəmiz münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri adından qürur və fərəh hissi ilə səmimi qəlbdən təbrik edirik.

Sizin müdrik siyasətiniz nəticəsində Noyabrın 10-da döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Rusiya və Ermənistanla birlikdə imzaladığınız üçtərəfli bəyanat çoxillik qarşıdurmaya, bu torpaqlarda qan tökülməsinə son qoydu. Həsrətində olduğumuz, lakin illərdir mənfur düşmənin tapdağı altında qalan torpaqlarımız Sizin əzmkar mübarizəniz sayəsində azad olundu. Bu tarixi gün əsrlər boyunca xalqımızın fəxarət və qürur mənbəyi kimi gələcək nəsillərin də qəlbində özünə yer alacaqdır.

…Siz bu tarixi Qələbə ilə müzəffər Azərbaycan Ordusunun hansı gücə qadir olduğunu, qəhrəman əsgər və zabitlərimizin yenilməzliyini, xalqın yenilməz birliyini bütün dünyaya nümayiş etdirdiniz. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu 44 gün davam edən əməliyyat gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. Azərbaycan xalqının illərdən bəri torpaqlarımızın azad olunması ilə bağlı xəyalları gerçəkləşdi. Şəhidlərimizin qanı yerdə qalmadı!

Müzəffər Ali Baş Komandan, Siz 44 gün davam edən əməliyyatların nəticəsində yeni tarix yazdınız. Bu, rəşadət və şücaətlə, qalibiyyət səhifəsi ilə başlayan yeni tarixdir. Siz Azərbaycanın üçrəngli Bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmağa nail oldunuz. Bu milli dirçəlişi və böyük qalibiyyəti Azərbaycan xalqına yaşatdığınıza görə Sizə sonsuz minnətdarıq!

Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan xalqının əzmini, qətiyyətini, mübarizliyini, doğma torpaqları uğrunda hər cür fədakarlığa və qəhrəmanlığa hazır olduğunu göstərdi. Biz hamımız əminik ki, Sizin qətiyyətiniz sayəsində azad olunan torpaqlarımızda tezliklə yeni həyat canlanacaq, qaçqın və məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdacaqdır.

Sizin adınız gələcək nəsillərin qəlbində Azərbaycan xalqının qürur mənbəyi olaraq əbədi yaşayacaq! Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri olaraq Sizinlə fəxr edirik. Allah Sizi və şanlı Ordumuzu qorusun! Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Bunu Prezident İlham Əliyevə müraciətlərində Abşeron rayonunun Xırdalan şəhərindən Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri qeyd ediblər.

Baki-xeber.com

Son xəbərlər