ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri, xarici işlər və Avropa işləri naziri Edi Rama Dağlıq Qarabağ münaqişəsi çərçivəsində döyüş əməliyyatlarının dayandırılmasına dəstəyini bildirib.
Trend-in məlumatına görə, o, bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında deyib.
O, döyüşlərin dayanmasını alqışladığını vurğulayıb: "Yaxşı ki, döyüş əməliyyatları dayanıb. İndi üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirmək vaxtı çatıb".